İtlər qar üstündə həvirləşirlər,İtlər oynaqlayır, süpürləşirlər.Gəmirir, dişləyir biri-birini,İtcə nəşələnir, itcə sevinir,Bu onu, o bunu bulayır qara...Elə bil həsədlə baxıb onlara,Hardansa sümsünə-sümsünəbirBoz tula gəlir.İtlər duruxurlar,itlər baxırlar.

Onu imsiləyir, bunu iyləyir,Sanki it dilində nə isə deyir,Sonra hürə-hürə hasarı aşır.İtlər mırıldaşır,İtlər tutaşır...İtlər bir-birini az qalır didə,Uşaqlar tökülüb harayçı olur.İtlər qovulur,ancaqÇox nahaqİtlər inandılar üçüncü itə.

Yanvar – dekabr, 1968

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов