Salyeri
Məni bir məclisdə təriflədilər,Günahkar balaca bir şerim oldu.Motsart qığılcımım yox ikən hələ,O gündən mənim də Salyerim oldu.
Elə ki, bir qəza gəlir başıma,Bəxtimə qəfləti bir hellənc dəyir, –O günü Salyeri çıxır qarşıma,O günü üzümə xoş gülümsəyir.
Elə ki, azacıq dinc olur yerim,İstəsəm gecədən bir çimir dadam,Ürək ağrısına dönür Salyeri,Qoymayır dincələm, qoymayır yatam.
Arabir gecələr yuxumu pozanKüçə itləri də salyeriləşir.Arabir səhərlər beynimi qazanMaşın fitləri də salyeriləşir.
Sevinsəm, qarnını sancı doğrayar,Gülsəm, gülüşümü ağzımdan qapar.İstər göz yaşımla üzünü yuya,İstər göz yaşımda mirvari tapa.
Onun çəkməsinin dabanlarındaƏqrəb tikanı var, ilan dişi var.Dalımca sürünüb külək donundaKölgəmi zəhərlər, rəddimi sancar.
Hərdən də qapımda haray qoparar,Dönər yer üzünün bəd xəbərinə.
Arabir məni də alıb apararÖzünün naməlum şəhərlərinə.
Böhtan gəlinidir burda hər evin,Riya təzə bəyi, nələr görürəm...Salyeri adına qəsdçilər evi,«Salyeri» markalı zəhər görürəm.
Kim isə qibtələr yaşasın deyəYalan bir varlığa heykəllər qurur.Kiminsə yolunu keçilməzliyəYönəltmək naminə tərif yoğurur.
Az qalır özümü mən özüm yıxam,Bir «mən»də qibtəylə, mənlə əlləşir.Geriyə baxmağa bəzən qorxuram,Qorxuram kölgəm də salyeriləşib.
Nə yaxşıünvanı azıb bu naşı,Hardasa yaradır bir əl, bir qələm.Nə yaxşı,mənimlə qarışıb başı,Nə yaxşı bilmir ki, Motsart deyiləm.
Bakı – Yalta, 1967–1968
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-salyeri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əlli il! Bəsimdir orta bir ömür,Taleyin hökmü də vaxtını bilir.
Mübarəkdi, mübarək!Andım, yoxdu – bu urvadı, bu duzdu.Andın varsa – quruşdan da ucuzdu.
Qara dəniz şərqisiYer əlimdən, göy telimdən öpürkən,Mən Koroğlu,
Mənim validolumBu fikir mərhum şairimiz Əhməd Cəmilə məxsusdur.*Bir dəfə səhhətini soruşanda dedi: «Nəvəm mənim validolumdur. O, bizə gələndə bütün ağrılarımı unutdurur». Bir neçə ildən sonra bu hiss mənə də doğmalaşdı. Həmin fikri yazıya çevirməyə çalışdım.*
Стихи других поэтов
Tanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Ey fələk, netdim həmişə gözləyib azanmıEy fələk, netdim həmişə gözləyib azanmı,Dil evin ğarət qılıb pozdun rüxi-bazanmı.
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtimBürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,