Bu fikir mərhum şairimiz Əhməd Cəmilə məxsusdur.Bir dəfə səhhətini soruşanda dedi: «Nəvəm mənim validolumdur. O, bizə gələndə bütün ağrılarımı unutdurur». Bir neçə ildən sonra bu hiss mənə də doğmalaşdı. Həmin fikri yazıya çevirməyə çalışdım.

Mənim validolum körpəcə nəvəm...O gəldi – ürəyim ağrını danır.O gəldi – çay gəlir, çöl gəlir evə,Olur iş otağım futbol meydanı.

At kimi çullayır yazı masamı,Açıb qayışımı cilov düzəldir.«Quyruğu bəs hanı?Yalı bəs hanı?Yox, belə at olmaz! – xoşuna gəlmir.»

Kağıza bığ çəkir: uzun bığ, eşmə.«Qoy, – deyir, – babacan, çənəndən asım,Qara bığlarını buna dəyişmə,Qoy elə saqqalın bığ da saxlasın».

Sualın aramı, uyğusu yoxdur:«Niyə qaranlıqda ulduzlar azmır?»«Bəs niyə pişiyin buynuzu yoxdur?»«Göy niyə tökülmür?»«Yer niyə aşmır».

Kiminsə kəlamı yadında qalıb:Mən tutqun olanda dillənir balam:«Günəş güləyəndir,Ay qaşqabaqlı...Birisi nənəmdir, birisi babam».

Mənim validolum, – körpəcə nəvəm,Həniri gəldimi – qəm itkin düşür.O gəldi – çay gəlir, çöl gəlir evə,Gözümə, könlümə gün ilkin düşür.

Boyuna boy alım dağ zirvəsindən,Adına ad verim: qeyrət səngəri!Mən qoca qoruqçu vəzifəsində,Sən ana dilimə sərhəd əsgəri.

Suya yönəlməyə, oda varmağaQolum, qanadım ol, ey körpə nərim!Üfüqdən-üfüqə od aparmağaGözündən qığılcım gözlər gözlərim.

Pitsunda, 2 noyabr 1983

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов