Xəstəxana həyətində bülbül oxuyur
Həkim dostum Cəfər Quliyevə
Xəstəxana həyətində bülbül oxuyur,Tibb bacısı dönüb baxır əlində dərman.Nə yaxşı ki, dərdi yoxdur,Dərmanı yoxdur,Xəbərsizdi bu dünyanın gedişatından.
Yuva qurub bir ağacın uc budağında,Layla çalır? Himn oxuyur? –Sirdən də sirdi......Xəstə qoca titrək qalxır öz yatağından,Bəlkə ölüm bu fürsətdə içəri girdi?
Bülbül ötür,Bütün səslər kəsir səsini.Yarpaqlar da bir-birinə ehmal toxunur....Xəstəxana həyətində həkim gəzişir,Xəstəxana həyətində bülbül oxuyur.
Bülbül ötür...Nə ayırar bülbülü çağdan?Çalağanı marıqdadır – duyur quşcuğaz....Gözüyaşlı qadın çıxır qonşu otaqdan,Gedən getdi...Səs ayıltmaz, haray ayıltmaz...
Çalağanlar Yer üzündə səs oğruları,Sərhədlərdən sərhədlərə ölüm çəkənlər,Meşə qırıb, dağ uçurub,Çay, dəniz yarıb,Yer şarının nüvəsinə nüvə əkənlər...
Çalağanlar caynağında ölkələr itər,Çalağanlar, dimdiyində qanadlı raket!Ayıq olunƏqidələr! Millətlər! Dinlər!Daha yekə vəd verəcək caynağı yekə!
Məqam var ki, göz baxmasa qulaq da daşdı,Bəzən olur: ən xoş səsi səssizlik udur,Kim ümidli,Kim narahat, kimsə təlaşlı...Bülbül ötür, qəlbimizdən xəbəri yoxdur...
Bu dünyadır:Biri susdu, yüzü çağlayır:Son anda da bal dadı var, havanın, suyun,Təbiətin hikmətinə qulaq bağlayın,Xəstəxana həyətində bülbül oxuyur...
29 noyabr 1983
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-xestexana-heyetinde-bulbul-oxuyur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Ben bülbüliyem gül özini goncede gizlerBen bülbüliyem gül özini goncede gizlerIşkum denizini bili bir incede gizler
Hər kim ki, hicri-yar ilə düşsə dimağdənHər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördümVücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.