Birdən elə bil ki,bir səs eşitdim,Bilmədim mənası: alqış, ya qarğış.Bayaqdan üstündə oturduğum daşSən demə, bir uçuq məzar daşıymış.

Diksinib ayrıldım dalğınlığımdan,Gördüm ki, bir çiçək üzümə baxır.Bir istək boylanıb yer lağımındanHəmsöhbət istəyir Xəyyamsayağı.

Nə vaxtsa eləcə çiçəkmişəm mən,Nə vaxtsa beləcə insanmış o da.Çiçəklər insanın təbəssümündən,Daşlar qəzəbindən göyərir orda.

Hardasa özündən ayrılır insan,Nə vaxtsa qayıdır,tökülən dolur.Fəqət nə əbədi ayrılığından,Nə də dönüşündən xəbəri olur.

Şuşa, avqust, 1970

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе