Bir qapı döyüləcək bu yolların başındaPəncərə işığından diksinəcək bu gecə.Bir ürək döyünəcək bu yolların başında,Buza dönmüş arzular isinəcək bu gecə.

Açacaq qollarını xoş gələn qonağına,Güləcək bir ananın divarları, daşları.Bir sevinç qışqıracaq gecənin qulağına;-Bakıdan oğlum gəlib-başında yoldaşları.

Yağdıracaq ayların, illərin gileyini,Açılacaq könlünün don vuran arzuları.Qoca qarılar kimi öz özünə deyinib,Nəfəsini dərəcək mürgüləyən buxarı.

Bir qapı döyülmədi bu yolların başında,“-Ey, kimsən?” deyilmədi.Pəncərələr kör kimi tutdu olub keçəni.Yox, bir ana qəlbinin işıqları yanmadı.Döyəclədim qapını,qucaqladım gecəni,Mənim ana hayıma “-Ey, kimsən?”oyanmadı.

Açmadı, açılmadı gecikmiş qonağına,Gülmədi bir binanın divarları, daşları.Bir sevinc qışqırmadı gecənin qulağına:-Bakıdan oğlum gəlib başında yoldaşları.

Qonşuları yuxudan oyatmadı bu xəbər,Bu xəbərdən bir qızın ürəyi döyünmədi.Gəzmədi yurd yerini bir oğul səhər-səhər,Baxıb oğul boyuna bir ana öyünmədi.

Mənə elə gəlir ki,Ya bu gündən, sabahdan,

ya da xatirələrdən,Qayıdanda səfərdən,Bir qapı döyüləcək bu yolların başında,Bir ürək döyünəcək bu yolların başında,“-Ey, kimsən”-deyiləcək,“-Ehey, kimsən” deyiləcək!...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов