Ceviz axtarardıq payız gələndə
Ceviz ahtarardıq payız gələndəXəzələ dönərdi gün yavaş-yavaş.Bir həsrət nəğməsi enərdi kəndə:-“Ağ daş, qara daş,mənə bir yoldaş.”Tapmadım,tapmadım,tapaydım ey kaş...
Bəs niyə ruhumda qəm dolaşırdıNə idi könlümdə gülüb-ağlayan?!Dilim topuq çalıb,fikrim çaşırdıƏlimi-qolumu nəydi bağlayan?Qorxuram baxtımı qozda sınayamVurub çürük çıxa o ümit,-Allah.Ayağım altında qəm xəzəlləriBaşımın üstündə tərəddüt, Allah.Bu tale qisməti-ceviz falıdı,-Cüt gəlsə, istəyim çin olmalıdı,Tək gəlsə,tək gəlsə...ağ daş, qara daşSaydım düz gəlmədi,gəleydi ey kaş...
Xəzəllər cığırın qızıl başmağı,Köhnə şalvarımın balaqları yaş...Ümid közərərdi sinəmdə tək-tək,Ağ daş, qara daş:-Tapsam döyüşlərdən atam dönəcək,Tapmasam,tapmasam,tapaydım ey kaş...
Yarpaqlar payızın həsrət əlləri,Yarpaqlar-göylərin yerə minnəti.Beləcə çevirib mis xəzəlləri
Beləcə gəzərdim o ilk qisməti,Beləcə, qardaş!-Tapmadım,tapmadım,tapaydım ey kaş!
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-ceviz-axtarardiq-payiz-gelende
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəstəkar Oqtay Rəcəbov üçün*Nəfəsin üzümə dəymir nə vaxdır,
Ümitdən asılan qılınclarAğlımız təzəcə kəsirdi onda,Bir həsrət gəzirdi dərəni, düzü,
Yetim bir haray var...Gözlər də göl kimi yağışla dolmuş,Bu necə ömürmüş, bu necə yolmuş?!
Bu yolların başındaBir qapı döyüləcək bu yolların başındaPəncərə işığından diksinəcək bu gecə.
Стихи других поэтов
Aləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Sevdiyim insanlarÜrəyimin həmdəmidir,Mənə könül məlhəmidir,
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,