Ümitdən asılan qılınclar
Ağlımız təzəcə kəsirdi onda,Bir həsrət gəzirdi dərəni, düzü,Bir ad dolaşırdı söz arasında.Ümütdən asılan qılınç kimiydik-Analar qınından sıyırıb biziQoymuşdu nəfsiylə öz arasında.
...Elə ki, iş üstə şər garışardı,Günəş dağ dalına oğrun düşərdi.Ana gözlərinə enərdi axşam,Gəlinlər yatağa yorğun düşərdi.Kim isə qapını döyərdi onda,Aç-Mənəm, gəlmişəm- deyərdi onda.Ürəyə düşərdi addım səsləriTəzədən qayıdıb dönərdi geri...Gəlin anaların yuxularındaƏsgər ataların boş qalan yeri...
Var idi səhərə qalan ağrılar,Var idi...eşitib bilən yoxuydu.Qar idi evlərə gələn cığırlar,Qar idi...evlərə gələn yoxuydu...
Cığırlar ölmüşdü neçə həyətdəYollar üzə durub dayanmışdılar...Yuxuya bürünən o qarlı kənddəTəzəcə pöhrələr oyanmışdılar.
Ümitdən asılan qılınç kimiydik,İtiydik-“sevirəm” sözündən iti!İtiydik iynənin gözündən keçənHəris baxışların özündən iti.
Bir gəlin harayı etirazlarıBir ana qəlbini çətin isidər.Ölmüşdü hisləri, ehtirasları,Ölmüşdü məhəbbət vərdişləri də...
Hara çatasıydı ömrün axınıAlışa-alışa söndülər onlar.Şenlədə-şenlədə ər ocağını
“Namus ocağına”döndülər onlar!
Verin balıncların tanış iyiniBoğulan, soğulan həyəcanları...Verin anaların gəlinliyiniBir qəlbdə yaşayıb ölən canları...Bizim ömrümüzdə ömür payı var,Bəlkə də analar səhv eləyiblərVerin, gəlinlərin nə günahı var?
Ağlımız yenicə kəsirdi onda,Bir həsrət didirdi ürəyimiziBir ad dolaşırdı söz arasında.Ümitdən asılan qılınç kimiydik-Analar qınından sıyırıb biziQoymuşdu bəxtiylə öz arasında.Bu yerlə,bu göylə,bu dünya iləEşqiylə, əhdiylə öz arasında!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-umitden-asilan-qilinclar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
İşində sayıq ol, sözündə kamil,Ariflər içində söyülmə, könül!
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Müxəmməs-tərcinüma: Ey şövqi-ruxun gün kimi əşyaya mücəllaEy şövqi-ruxun gün kimi əşyaya mücəlla,Üşşaqa təmaşayi-cəmalın fərəhəfza,