Meşədə hər kəsin bir ağaç var
Toxumun göyərmək ehtiyacı varAçdım ürəyimi ehtiyaca mən.Meşədə hər kəsin bir ağacı var,Tapşırdım canımı bir ağaca mən.
Tumurcuq həvəsi göyərsin məndəAğaç-əbədiyət yolum, yaşayım.İnsan həyatıma ölüm gələndəMəşədə bir ağaç olum, yaşayım.
Mənimdi ağacın saldığı kölgəBir yorğun yolcunun könlündə nuşam.Özümdən xəbərsiz, kim bilir bəlkəBirinci ömrümdə ağaç olmuşam.
Bu qədər açdığı çiçəklə, gülləNə alma yetişir, nə alça dəyir.Görünür, arxamla atılan gülləGedib məndən öncə ağaca dəyir.
Mən burda, o uzaq meşədə qalsınFərqi nə palıtdı, qovaqdı adı.Qalsın, devin canı şüşədə qalsınAma mənim canım o ağaçdadır.
Biçarə əzrayıl yolunu sapıb,Qatıp bir birinə gündüz gecəni.Adamlar içində arayıb tapıb,Ağaçlar içində axtarır məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-mesede-her-kesin-bir-agac-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Yağış gəlir yağa-yağa,Ya rəb, yağa bizim bağa,
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.