Başını qatanda qürbət çağları,Gedib son mənzildə unutma ilki..Susuz çay olmaz ki çay yataqlarıSevgisiz bir ömür ömür deyil ki?!

Vaxt üzə dayanıb baxt unutmasaSevən sevdiyini unuda bilər?Səni bir kimsənin gözü tutmasaSəni bu dünyada nə tuta bilər?..

Qəm yemə, qaldısa son ümid yeriQürbətə qarını töksə də yanvar.Bilsən ki hardasa sevdiyin biriVə səni hardasa hələ sevən var...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Unudulanların şairi

Tüstüsü kənara çıxmaz hər odunHaqqı bulanların şairiyəm mən.

1 мин
Qırxıncı qapıyam sirrim bilinməz

Qırxıncı qapıyam sirrim bilinməz,Bir sir ki, nə ahşam, nə sabah bilər.

1 мин
Tərəddüdlər

Nə qədər üzmək olarilhamın məhəlli sularında,-

1 мин
Ağacdələn, döy qapımı

Yolum hərdən-hərdən kəndimizə düşür. Orda anamdan ömürlü, məndən vəfalı evimiz hələ də tək-tənha savaşlardan geri dönməyən atamı gözləyir. Qapısı bağlı yetim,tənha evimiz. Bu dəfə payız çənində gəlmişdim ata yurduna. Həyətə çatar-çatmaz bir səs eşitdim, kimsə qapımızı döyürdü...Ayaq saxladım. Elə bil gəlişimi ayların, illərin şirinli-acılı xatirələri ilə qolboyun olan evimizə kimsə xəbər verirdi. Qapıya bir az da yaxınlaşdım, bir az da... Axı bu şərin şər vaxdı, payız çən-dumanında mənim gəldiyimdən kimsə xəbər tutmamışdı. Evimizdə isə taleyin gəzavü-qədərindən başqa kimsə yaşamırdı. Bəs elə isə kimsəsiz evin qapısını döyən kim idi? Ama bu səslər insan barmaqlarının səsinə bənzəmirdi, nəsə gaibanə bir səs idi. Payız sisi bir az da seyrəlmişdi...Sən demə qayğısız ağacdələn tənha evimizin əski, çürüməkdə olan qapısını dimdikləyirdi. O, kim idi? Bəlkə anamın ruhuydu,bəlkə atamın, bəlkə vaxdın, zamanın, ya bəlkə mənim arzularımın barmaqlarıydı ani gəlişimi yetim evimizə xabər verirdi.Ya bəlkə həqiqətən yem arayan ağacdələn idi, bilmədim. Gözümdə savaşlardan acı yadigar kimi dünya üzünə səpilən evlər canlandı, bir də təkcə ağacdələnlərin döydüyü qapılar...*Yol azıbsan bu payızın çənində

3 мин

Стихи других поэтов · О любви