Gedərsən, məchula yol gedər gedən,Qürbət, bir açılmaz sirdən başlıyar.Burnunun ucunu göynədən vətənYadından çıxdığı yerdən başlıyar.

Gedərsən, vətənin qalar vətəndə,İçinin içində köz vətən olar.Dərdinə, sərinə vətənsən sən də,Qürbətdə sənə də söz vətən olar.

Özü heç, sözünü unutma, vətən,Hələlik könlünün bir yerinə yaz:Onu sənin kimi atıb tərk edən,Səni onun kimi sevən tapılmaz...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке