Qonun əllərimə yorulanda siz
Quşlar, yorulanda qonun çiynimə.Qonun əllərimə yorulanda siz...Uçun əllərimdən qızıl vaxt kimi,Uçun ömrüm kimi səssiz-səmirsizQonun əllərimə yorulanda siz...
Elə ağaclar da quşlara bənzər-Cücərən yarpaqlar- quş qanadları,Amma ayaqları torpağa bağlıMavi yuxusunda qara toprağınUçarlar gecələr qollu-budaqlı...
Qonun əllərimə yorulanda sizQorxmayın əllərim bənzəsə tora.Qorxmayın əllərim dönsə qəfəsəQonun əllərimə yorulanda siz!
Mən yaxşı bilirəm azadlıq nədirTorun ləzzəti də mənə tanışdır.Qəfəsə salınan yorgun ürəyimHələ də uçmağı unutmamışdır.Qonun əllərimə yorulanda siz!...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-qonun-ellerime-yorulanda-siz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
TəcnisDedim: gəl, dost, ikimiz həmdəm olalı,Ağı mən oxuyum, qarasan, qara,
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Ey dil, həzar şükr, xəbər gəldi yardənEy dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.