Gəlir xəyalıma mürqülənən kənd,Qızılgül zoğunda yanan arzular.Bir də ki, cuvarın verdiyi möhlət,Ayağım altında çağlayan sular...

Keçərik qoynundan qışın, baharınVaxt bizə dəsə də irəliyə bax;Axırı torpağa hopan suların,Əvvəli dəhnədən üzülüb ancaq.

Bizim ömrümüz də bənzər o suyaDönüb neçə-neçə, hissə, duyğuya,Sozala-sozala yol gəlir hələ,Azala-azala yol gəlir hələ.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов