Deyirəm: göylərə daldıqca bəzən,Nurlu bir ulduza çevrilərək mənO geniş dünyada parıldasaydım!

Gah da söyləyirəm: ceyranlar içən,Güllü bağçaların içindən keçənSərin çeşmə kimi şırıldasaydım!

Deyirəm: dönəydim al mərcanlara,Dost olaydım şirin – gözəl canlara,Məskənim sinələr – ağ gümüş kimi.

Çevriləydim gülə, qoparaydılar,Bir qıza ərmağan aparaydılar,Açılaydım təzə bir gülüş kimi.

Hər təzə eyvana baxıb keçəndəDeyirəm: evlərə bir daş olaydım;Qızların eşqinə sirdaş olaydım.

Ya ellər yaylağa varıb köçəndə,Dönüb gül aşiqi ötən bir quşa,Yolların üstündə qonaydım daşa.

Bəzən üfüqlərə baxıb dalınca,Bir gözəl səhnədən ilham alıncaDeyirəm: nə həsəd, nə şöhrət, ancaqŞairi yaşadan əsər olacaq!

Ürəkdə qalmasın sözüm, qoy deyim,Mənim dünyamızda budur diləyim:Tərənnüm eləyim yurdu varımla.

Gəl, çıxaq dağlara gəzişək, dalaq,Dövranımız kimi bəxtiyar olaqSən öz nişanlınla, mən öz yarımla.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе