Bahar nəğməsi
Bahardır, gəl çıxaq düzə, sevgilim!Dara saçlarımı, bəzə, sevgilim!Bizim ki, eşqimiz gəlməyəcəkdir,Bu şirin dünyada gözə, sevgilim!
Bahardır gün doğub, quşlar oyanmış,Dağlar dilə gəlir, daşlar oyanmış.
Bahardır, ləkəsiz, səmadan təmizSalınsın çəmənə güllü süfrəmiz.Göylərə, yerlərə meydan oxuyaqİşdə biz, gücdə biz, ləyaqətdə biz.
A dostum, bəri gəl, verək qol-qola,Ağ gün dünyasında çıxmışıq yola.
Başqa aləmi var baharın, yayın,Gəlişi xoş olur hər il Bir mayın.Xınalı toğlunu kəsib asmışıq,Dostlar, sumaq verin, şiş hazırlayın!
Bizim ki, nəşəmiz oynağan atdır,Dostumuz gələcək, bir də həyatdır.
Bahardır, nə bilir zövqü hər naşı,Çağır dil biləni, yarı, yoldaşı.Nəğməyə söz verək, ötək ucadan,Şirin bülbül kimi hər addımbaşı.
Torpaqda Bəstidən, göydə Leyladan;Bizim şerimizin ruhudur insan.
Yaşıllıq baharın əlamətidir,Yaz gəlir, bülbülün qiyamətidir.Səhərin mehində duyduğun ətir,Mənim dildarımın təravətidir.
Gülün bir yeri var, yarın bir yeri,Sazın bir yeri var, tarın bir yeri.
Könlüm bu gün istər bir Xəyyam olsun,Əlləri dolaşan qızıl cam olsun.O küt münəqqidi siz salın başa,Ömründə bir dəfə qoy adam olsun!
Çalışmaq haqqını verən bu VətənDeyib, hallanmağı almadı bizdən.
Bahardır, gəl çıxaq düzə, sevgilim!Dara saçlarını, bəzə, sevgilim!Bizim ki, eşqimiz gəlməyəcəkdirBu şirin dünyada gözə, sevgilim!
Ömrümüz keçirir sənət baharı,Azadlıq, səadət, qüdrət baharı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-bahar-negmesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ovçunun dəftərindənMən turac gəzirəm kollar içində,
XaqaniYaxın dostum kimi sevinc yanımda,Sakit oturmuşdum öz eyvanımda
Hər şey baqidirDeyirlər: baqidir hər şey cahandan,Qayıdır aləmə dünyadan köçən.
Pərvanə və şamBizim qoca dünyanı dolaşır bu əfsanə;Şam gözəldən gözəl qız, oğlan imiş pərvanə.