Əntərə
Xəyal uçan bir qartala oxşayar,Üfüqlərdə qanad çalar, süzər hey.Əbədiyyət dəryasına baş vurar,İnci yığar, deşər, sapa düzər hey...
Ərəbistan çöllərində bir zamanBasqınçılıq, soyğunçuluq olardı.İki başçı olmayanda mehribanQəbilələr qılınc, qalxan alardı.
Bir qorxmayan qəhrəmandı Əntərə,Oymağına qəfil basqın etdilər.At belində o, batdı ki, qan-tərə,Nahaq qana susamasın bir nəfər.
Qılıncını oynadaraq havada,Şahin kimi dörd bir yana şığıdı.Obam, – dedi, – basılmasın davada,Bu meydandan, o meydana şığıdı.
Hara cumdu əcəl kimi yeridi,Pəncəsindən can qurtaran olmadı.Zərbəsindən torpaq belə əridi,Cəbhəsini əsla yaran olmadı.
Zənn etməyin qoç Əntərə yoruldu,Ya da qaldı bəd ayaqda təlaşda.Bir zəhərli xain oxla vunuldu,O qəhrəman batdı qana savaşda.
Bildirmədi bu halını düşmana,İtirmədi bəd ayaqda huşunu.“Oxbatmazdır!” deyib düşdü həycan:Daban aldı müxalifin qoşunu.
Qaçdı, yaman qaçdı atlı yağılar,Geniş, qumlu səhralardan yol aldı.Çapdı getdi quş qanadlı yağılar,Bir qırpımda gözdən itdi, yoxaldı.
Qoç Əntərə qalib dönür geriyə,Lakin həyat gözlərində sönürdü.Bir yamacdan at yeriyə-yeriyəQəmli-qəmli evlərinə dönürdü.
“Vurulmamış, ola bilməz, ƏntərəÇox güman ki, indi atdan düşübdür.Qum üstündə sərələnib o yerə,Qılınc yanda, qol səbatdan düşübdür”.
Deyib həmən qaşlarını çatdılar,Cürətləndi bayaq qaçan qəbilə.Atlarının yalmanına yatdılar,Əbaları quştək açan qəbilə...
Keçmişdisə zəhər onun canına,Yenə qüvvət Əntərəyə həyandı.Nizəsini dayaq verib yanına,Bir yamacda baxar kimi dayandı.
Durdu belə qoç qəhrəman o dikdə,Getdi artıq bir əbədi yuxuya.Əzəmətli görüb onu gədikdəÇapıb gələn dəstə düşdü qorxuya.
Dayanmışdı dağ belində sanki dağ.Elə bil ki, girəcəkdi meydana.Şimşək kimi öz yerindən qoparaq,Qılıncını çalacaqdı dörd yana.
Düşmənləri belə gəldi qərara:Demək ona ölüm yoxdur cahanda!Lərzə düşdü canlarına bu ara,Dəstələri geri qaçdı bir anda...
O, şairdi, qəhrəmandı, qoçaqdı,Batmayacaq lakin artıq qan-tərə.Nizəsinə dayanaraq, haçaqdı,At üstündə can vermişdi Əntərə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-entere
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Eşq əhli bu afaqda rüsva gərək olsun,Məcnun kimi sərgəşteyi-səhra gərək olsun.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm
İskəndərin anasıOğlunun dəfn günü lap fəğan etdi ana,Gözündən göz yaşı yox, od tökdü qəbristana.