Sən bir açılmalı təzə qönçəsənMən sənin yarpağın olaydım, ay qız!Nazlısan, sazlısan, tüldən incəsən,Mən sənin növrağın olaydım, ay qız!

Dilin qənd, dodağın məzədir, məzə,Görüm gül camalın gəlməsin gözə.Sən bir yeyilməli balsan – tər-təzə,Mən sənin qaymağın olaydım, ay qız!

Tərlanı olmuşam uca dağların,Rəngi soluxmasın al yanaqların.İnciməsin deyə gül ayaqların –Çəkili başmağın olaydım, ay qız!

Rahim əl çəkərmi öz diləyindən,Ölüb qurtarmadıq yad gileyindən.Sənin asılmağa ağ biləyindənQızılı qolbağın olaydım, ay qız!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов