Gəl ötmə etinasız
O bir varlı balası,Mən isə fəllah oğlu.Hər ikimiz sevirikSəni, gizli deyil bu.
Hamı bilir ki, onunVarı, dövləti vardır;Vicdanı, eşqi ancaqDinar, yenə dinardır.
Bazar kasad olandaUnudacaq o səni.Puldur dini, Allahı,Satar pula vətəni.
Düşün dediklərimiGəzərkən xurmalığı.Yaşamaz əgər sudanÇıxarsalar balığı.
Sənsiz bircə anım daOlmayacaq, gözəl qız!İnsaf elə yanımdanGəl ötmə etinasız.
Mən evə səndən ötrüHalal çörək gətirrəm.Alovlu saf məhəbbət,Təmiz ürək gətirrəm.
Əgər vətən yolundaTöksələr al qanımı.Bayraq kimi saxlaramLəkəsiz vicdanımı.
Sən ki, yoxsul qızısanUyma vara, dövlətə.Məhəbbəti dəyişməBər-bəzəyə, zinətə.
Gəzərkən göy çəməniHasar bilmə sən məni.Şanamsa, gəl balım ol.Bəxtim ol, iqbalım ol,
Səhrayam, üstümdən ötAxan sərin su kimi.Göləmsə qoynuma enSona kimi, qu kimi.
Çəmənəmsə gəl mənimGül açan baharım ol,Binayamsa – dirəyim,Sütunum, divarım ol.
Əgər göysən – ulduzun,Ayın, günəşin olum.Ocaqsansa – yox sözüm,Sönməz atəşin olum.
Mən eşqdən salmışamÜrəyimdə bağ sənə.Sürətli Dəcləsənsə,Olaram yataq sənə.
Əgər vüqarlı dağsan,Torpağın, daşın olum.Eşq həyatın naxşıdırHər şeydən bu yaxşıdır:
Həyat yoldaşın olum.Mədinə! Sevimli qız!İnsaf elə, yanımdanGəl ötmə etinasız.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-gel-otme-etinasiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bizim yerdə bu adətdir əzəldən,Hörmət olar sənətkara, sevgilim,
Yalan ha deyilDedim: gəl çıxmayaq uca dağlara,Dedi: qorxma-qorxma, duman ha deyil!
KeçdiYenə gülşəndən ötüb gözləri afət keçdi.Yenə şahanə xuram etdi, qiyamət keçdi.
Biri sənsən, biri mənGözəlim, tər qönçəsən göy yarpaqlar içində,Bərabərin tapılmaz yaşıl bağlar içində.
Стихи других поэтов
Köksümdə könül işrəti peykanın üçündür,Cismimdə bu can ülfəti qurbanın üçündür
Ya səndədi, ya məndəAla gözlüm, dərdə oldum giriftar,Dərdə dərman ya səndədi, ya məndə.
Əvvəl AllahƏvvəl Allah – imdi qüvvətHind elinin saf ürəkli ərləri!
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,