Qoca

Al qanların şahidiyəm,Xan görmüşəm, çar görmüşəm.Vətənimdə at oynadanKor yapalaq, sar görmüşəm.Bir zamanlar dağ dələrdiKönül ahu-zarım mənim.Çalıb-çapdı cahangirlər,Hey talandı varım mənim.Çiçək əkdim, vay götürdüm;Qəmdən oldu barım mənim.İndi aldım öz haqqımı,Bilir qızım, qarım mənim.Səs verirəm səadətə,Coşur simli tarım mənim.Həyatımın bərabəriKim deyir ki, var, görmüşəm.

Döyüşçü

Əgər düşmən cəhd eləsəTorpağıma vara bilməz.İrq seçməyir qızıl əsgər,Ağ tanımaz, qara bilməz.Gücümüz var, kəc yağılar,Cəbhəmizi yara bilməz.Min il qalsa qarı düşmanBiləyimi qıra bilməz.Könül aşiq azadlığa,Qəm tanımaz, yara bilməz.Çiçəklənir ömür bağım,Əməlimdən bar görmüşəm.

Gənc

Şəfəq saçan bir gövhərdir,Bu torpağım, daşım mənim.Çox deyildir vətənimdən,Bir il artıq yaşım mənim.Səadətdir bayraqdarım,Uçur azad quşum mənim.Üfüqləri dələr keçərƏzəmətli başım mənim.Dağlar mənə deməsin ki,Mən əriməz qar görmüşəm.

Şair

Xəbər verin qoca qarıAl geyinsin, taza gəlsinİlin o dörd mövsümündənDeyin gözəl yaza gəlsin.Deyin hilal qaşlı gözəlİsmətə, Gülnaza gəlsin,Yerə ensin nurlu günəş,Məclisimə fəza gəlsin.Şair Rahim bu görüşəŞer yaza-yaza gəlsin.Bəxtiyarıq, kim deyər ki,Gen dünyanı dar görmüşəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов