Deyirlər ay səpəndə sulara son işığı,Tamara boğdurarmış hər gecə bir aşiqi.

Deyirlər ki, DaryalınKöpüklü boğazındanKeçən Terek, azındanMin gecə nəş aparmış,O zamanlar qanlı KürAğlayıb hönkür-hönkürXeyli nalə qoparmış...

Öz yurdundan qovulmuş bir şair də, deyirlərBu afətin halından yazmış çoxlu şeirlər.Deyirlər ki, sənin də adın Tamaradır, qız!Dolaşır sahilləri şöhrətin ağız-ağız.Olsun, çox Tamara var Gürcüstanı arasan,Nə mən qərib şairəm, nə sən o Tamarasan.Sən, günəşlə ayılan, qəmərlə yatanların,Balıqçı gürcülərin, Kürə tor atanlarınİçində bir dənəsən, –Sədəfsən, dürdənəsən.

Sən boynundan asmadın Məryəm oğlunu dardan,Mən də ki, heç olmadım əliquranlılardan.Nə mən Şeyx Sənanam, nə sən nazlı Xumarsan,Nə mən səndən gözlərəm, nə sən məndən umarsan.

O keçən ərkanları,Tarix o zamanlarıBir də qaytarmayacaq,Torpaqdan ayrılanlarBir daha varmayacaqBu sevdiyim cahana.Gəl, gəl çıxaq cövlana,Qoy qızışsın ortalıq,Çayda yan gedən balıqSəsimizi dinləsin.Conqurun bəstəsindən,Elin şikəstəsindənRuhumuz sərinləsin.Kədər sənə günüdür,Sabah bayram günüdür.Gəl oturma belə tək,Kürdə bir əmlik kəsək.Yansın kabab köz üstə,Hər nə desən göz üstə!Oxu, ucalsın səsin,Eşqin, hissin, həvəsinÇaylar kimi çağlasın,Bizi Kür qucaqlasın.Alqış yeni dövrana,Gəl, gəl çıxaq cövlanaBir sən,bir mən,bir də Kür;Bu ki, dünyaya dəyər!

Düşün, sular pərisi, mən deyil, bu gün əgərSağ olsaydı Şotanız, yaşasaydı Füzuli

İzləyərək bu yoluBelə etməzlərdimi?Buynuzdan piyalə, ney,Bir də gürcü gözəli,Əli meyli-məzəliQocurun yamacınaSeyrə getməzlərdimi?

Biz ki, qəmi vermişik çoxdan elə sadağa,Sevmək, sevilmək deyil əsrimizdə qadağa.

Sən günəşə, ağları,Bu sevdalı çağlarıBoşa verməyək heç, gəl!Sən, ey gözəldən-gözəlGürcüstanın qoqosu!Burax, bu çağlayan suRuhumuza çilənsin,Üstümüzə dünyanınNəşələri ələnsin.

Nə olar bu arzuma eyləyəsən meyl sən;Sən ki, şair Fikrətin balıqçısı deyilsən!

Ac ki deyil körpələr!Qoy bu mavi ləpələrSalımızı aparsın,Nəğməmiz xəncər kimiÇağlayan Kürü yarsın.Bir sən,bir mən,bir də Kür;Bu ki, dünyaya dəyər!

Düşün, sular gözəli, mən deyil, bu gün əgərSağ olsaydı Şotanız, yaşasaydı Füzuli

İzləyərək bu yoluBelə etməzlərdimi?Buynuzdan piyalə ney,Bir də gürcü gözəli,Əli meyli-məzəliQocurun yamacınaSeyrə getməzlərdimi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов