Olmasa
Düşməzdi pərvanə bu qədər diləƏgər aramızda nisbət olmasa.Möhnət əridərdi məni şam kimiŞirin xəyalınla söhbət olmasa.
Sən bir nazəndəsən ipəkdən təmiz,Mənalı sözlərin sakit bir dəniz,Mən səni tutmazdım canımdan əzizSadəlik hüsnünə zinət olmasa.
Çoxdan eşqindəyəm, ey pericəmal!Mən səni hər zaman etmişəm xəyal;Şirin olardımı bu qədər vüsalAyrılıq olmasa, həsrət olmasa?
Ey söhbəti şirin, sözü məzəli!Rahimin gül açıb eşqi, əməli,Gəl, dönüm başına, ellər gözəli;Eşqin nə mənası, hörmət olmasa...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-olmasa
Клавиши ← → для перехода, R — случайное стихотворение