Qanadlı insan
Gün olur şairin xəyalı kimiBu mavi göylərə qanadlanırsan.Səni qorxutmayır göylərin dibi,Asimandan yerə hey atlanırsan.
Mənə xəbər verir səhər ulduzu,Bəzən ona yaxın göründüyünü;Səndən aşağıda, a göylər qızı,Bəyaz buludların süründüyünü.
Bəzən çubuq çəkən aqil babalar,Quyruqlu ulduza oxşadır səni.Arxanca səslənir ellər, obalar;Deyir: “Oğul kimi gözlə vətəni”.
Sən uçursan geniş, atlas göylərə,Mən də zənn eləmə durub baxıram.Doğrusu, arxanca azı yüz kərə,Mən də yüksəlirəm, mən də qalxıram.
Sənin buludları dələndə başın,Düşünüb dalıram xəyalata mən.Nə günlər yaşamış qadın yoldaşınBir çoban ərəbin şəriətindən?
Nəzər salan zaman uzaq illərə,Qadın sinəsində min dağ görürəm.Qurban atılmışdır bəzən nillərə,Daşqalaq olunub zavallı bir dəm.Ona göz yaşları qismət olubdur,Ənisi, munisi həsrət olubdur.
Tutub yusiflərin atdığı böhtanMisrin əzizini – Züleyxasını.Sən də Züleyxasan, bu deyil yalan,Cırmısan göylərin göy yaxasını.
Ucal, asimana hökmdar kəsil,Qoy bunu dünyaya mən xəbər verim.Nələr etməyəcək gələcək nəsil, –Sənin qaraşının, mənim əsmərimBəlkə də göylərdə şəhər salacaq,Ağlımız bu işə heyran olacaq!
Ey günəş yolçusu, günəş soraqlı!Bəlkə qəribədir sözlərim bir az?!Nələr etməyəcək insanın ağlı,İnsanlıq əbədi güldüyü bir yaz?!
Bilirəm gələcək elə bir zaman,Bizə gizli olan kainatlardanQəlbində ölməyən taza bir umu,Sənin gözəl qızın mənim oğlumuGözləyib duracaq, baxacaq göyə;“Nişanlım nə zaman gələcək?” deyə.
12 noyabr 1935
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-qanadli-insan
Клавиши ← → для перехода, R — случайное стихотворение