Gözəl var ki...
Gözəl var ki, boyalıdır,Gözəl də var boyasızdır.Gözəl var ki, həyalıdır,Gözəl də var həyasızdır.Gözəl var ki, bir gülüşüMin xəstənin çarəsidir.Gözəl də var can dərmanıGözlərinin qarasıdır.Məlahətdə bu nazəninElə bil ay parasıdır.Gözəl var ki, necə deyim,Quyruqlu ulduza bənzər.Gözəl də var təbiətənDağdakı sal buza bənzər.Gözəl var ki, xislətiniGörsə qorxar şeytan belə.Gözəl var ki, yurd-yuvadırQəlbi ancaq fitnə, felə.Gözəl var ki, modabazdırTəravətin çəmənindəYamanca bir ədabazdır.Qayəsidir ancaq geyimEləsindən, nə söyləyim?Bu gözəldən, yaxşı olar,Susmasam da, mən az deyim.Boyaqçıdır, suvaqçıdırAdına qoy rəngsaz deyim.Kəsib ayna qabağınıSaçlarını rəngləyəcək,Qızardacaq dodağını.İşlədikcə bu malakeşGözlərinin kənarlarıNeçə rəngli cızıq olur.Bilməyir ki, bu halətdəÇox eybəcər, yazıq olur.Sadəliyin düşmanıdırBelə suvaq, belə boyaq.Gözəlliyin mehrabınaSaxtalığı buraxmayaq...Nə olar ki, yer üzündəFitnə-fel, riya olmasın.Qaşda, gözdə, kirpiklərdə,Dodaqda boya olmasın...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-gozel-var-ki
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəlib Tacikistana ehtiram ilə bir gün,Sədrəddin Aynimizin qəbrinə baş çəkmişəm.
Top atılırTop atılır, fişəng yanır;Sarı, yaşıl, al-qırmızı
Quba bağlarındaQubanın bağları çiçək-çiçəkdir,Sevinci bağbanın ümmana bənzər.
İçin ana yurdumun ətirli şərbətindənDostlar! İçin yurdumun ətirli şərbətindən,Bu adət babalardan bizə miras qalıbdır.
Стихи других поэтов
Sadiqlikdi, səxavətdi sənətim,Gur məclisdə, ağır eldə yaşadım.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Novruzi-bahar oldu, cahan tazətər olduNovruzi-bahar oldu, cahan tazətər oldu,Rəf oldu ələmlər,
OlaArayıb, axtarıb bir yar sevəsən,Ağıl- mərifətdən ustakar ola.