Gecə
Gecədir, cəzb eləyir göy məni, hilal məni,Çəkib, çəkib aparır sevgilim xəyal məni.Söykəmişəm böyrümü əzəmətli bir daşa,Nə zamandır edirəm ulduzları tamaşa.Karvanqıran ağarır, parıldayan rız kimi,Ay da süzür aləmi bir ismətli qız kimi.Yeriyir dalğa-dalğa asimanın dağları,Mənə astadan-asta ağlımın dodaqlarıDeyir ki: “Şair, yetər, seyr etdin, daha bəsdir!”
Özüm də bilməyirəm bu həvəs nə həvəsdir!Hey baxıram, cəzb edir göy məni, hilal məni,Çəkib, çəkib aparır sevgilim xəyal məni,Söykəmişəm böyrümü əzəmətli bir daşa,Nə zamandır edirəm ulduzları tamaşa.Doldururam gecədən öz ilham piyaləmi,Gündüzün bir yeri var, gecənin bir aləmi.
Ötürmüşəm səni mən, qayıdıram geriyə,Xəyalə qərq olmuşam, yol yeriyə-yeriyə.Üç aylıq bir ayrılıq qəlbə xeyli çəkər dağ,Sənsiz keçən hər günüm ağır bir il olacaq.Sən qızıl axtarmağa gedirsən, a qaş-daşım,Üç ay təklik olacaq yaxın dostum, yoldaşım.Nədir qram-qram zər? Sən misli yox zərimsən,Sən mənim can evimdə bahalı gövhərimsən.Günahkarmıyam ki, mən coşqun illərimizdir.Könül bağında sevgi solmaz güllərimizdir.Bircə gün sənsizliyə tab etməyən, dözməyənÜç aylıq həsrətinə dözərmi? Neyləyim mən?İstəyirəm can deyəm sevimli sözlərinə.İstəyirəm heç dalam alovlu gözlərinə.İstəyirəm eşidəm həyat dolu səsini,İstəyirəm hey duyam ətirli nəfəsini.Nə günahım var axı güclüsə məhəbbətinHəyat qədər şirinsə gülüşlərin, söhbətin?..Yaxşı bil, sevimli qız, qısqanmayıram ancaq,İstəmirəm olasan bir an gözümdən uzaq.İstəmirəm, nə çarə, sən məni tərk etmisən,Urala üç aylığa kəşfiyyata getmisən.Ötürmüşəm mən səni, qayıdıram geriyə,Fikirlərin əlində yol yeriyə-yeriyə...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-gece
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bizim ellər sevməmiş əzəl gündən qaranı,Vurmuşlar bu rəng ilə həmişəlik aranı.
Gəl, gözümün işığıDemişdin: “gələrəm, yar düşən zaman qaranlıq”,Quşlar öz yuvasına döndü, niyə gəlmədin?
Deyə bilmirəmDeyirəm ki, səni gördüyüm zamanÜstünə gül-çiçək səpəcəyəm mən.
Bağda alma dərən qızSən ey kolxoz bağındaTəzə meyvə dərən qız.
Стихи других поэтов
Didələrim qan ağlayır,Nazlı yarı itirəndən.
بیر اوشاقلیقدا خوش اولدوم اودا یئر گؤی قاچاراققوش کیمی داغلار اوچوب ، یئل کیمی باغلار گئچدی
O kimdir?O kimdir: Dəndəli dəndəlani – Küçələri dolaniAxırda alim olar, amma bilməz Qurani?
Hüsni-rüsxarın, kim, oldu canü dil heyran onaHüsni-rüxsarın, kim, oldu canü dil heyran ona,Vədəyi-dövri-qəmərni tapşırır dövran ona.