Qara rəng və qara gözlər
Bizim ellər sevməmiş əzəl gündən qaranı,Vurmuşlar bu rəng ilə həmişəlik aranı.Cavanlar qırmızını, yaşılı, ağı, sevmiş,Könül verib sevimli, laləyanağı sevmiş.
“Qara – matəm rəngidir” belə demişlər hamı,Qara örpəkli gördüm qoca vaxtı anamı.Çoxlarında bu rəngə hüsn-rəğbət görmədim,Düzü, mən də könlümü heç qaraya vermədim.
Lakin o gün keçəndə önümdən narın-narın,Ah, nə gözəl göründü şəvə kimi saçların!Qapqara gözlərində nə qədər də həyat var!Sönükdür qabağında ən işıqlı ulduzlar.
İndi mənə xoş gəlir qara, zil qara yalnız,İndi mənim önümdən keçib gedəndə, ay qız,Baxışında eləyib təsadüf gündüzlərə,Canım qurban, deyirəm bu zil qara gözlərə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-qara-reng-ve-qara-gozler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · Плачи
Gəldi məhərrəmlik, kəsdi qabağı,Çıxmaq olmaz bir kənara, çətindi.
Qardaşım torpaqUşaqlıq dostlarım Hüseynlə Mikayılın xatirəsinə*Bu bahar günü qorxum yox,
20 yanvarHaqq deyib, haq dilədi haqqa tapan yurddaşlar,Haqq deyən milləti susdurmaq olarmı tankla?!
Xəlil Rzaya mərsiyəQırx il öz kəfənini boğazında daşıdın,Sinəni səngər etdin, səngərlərdə yaşadın.