Demişdin: “gələrəm, yar düşən zaman qaranlıq”,Quşlar öz yuvasına döndü, niyə gəlmədin?Özündən qabaq gəlib həsrətin, nigaranlıq,Al şəfəqlər üfüqdə söndü, niyə gəlmədin?

“Qaranlıq düşən zaman gələrəm”, ey gözəl qız!Görüş təyin eləmə bu şərt ilə gəl daha.İşə düşdü bu gündən yeni stansiyamız,Kəndimizin gecəsi döndü nurlu sabaha.

Gəl qoşa seyr eləyək bu çıraqban gecəni.Gəl ki, qüssə gəlməsin, sevindir bu aşiqi!Sənsiz necə xoşlayım, a mehriban, gecəni,Gəl, qəlbimin taqəti, gəl, gözümün işığı!

Lampalar ziya saçır, ətraf işıqlandı, gəl!Yoluna nur səpməyə ürəyim də yandı, gəl!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви