Deyirəm ki, səni gördüyüm zamanÜstünə gül-çiçək səpəcəyəm mən.Deyirəm ki, səni görəndə, canan,Söz açaram təmiz məhəbbətimdən.

Sən, bahar çağında yaşıl çəməndə,Ətir saçan zaman qızıl gül kimi,Coşmaq istəyirəm fərəhlə mən dəBaharın aşiqi şən bülbül kimi.

Elə ki, qarşımda görürəm səni,Tutuluram yaman, niyə, bilmirəm?!Nədənsə bu sadə bircə kəlməni –Sevirəm sözünü deyə bilmirəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви