Yaylaq şeri

Səni düşünürəm, sevimli dilbər,Daha gözəlləşir gözümdə yaylaq.Quşlar şirin-şirin söhbət edirlər,Dodağı nəğməli axır şən bulaq.

Rəng alıb, rəng verir güllər, çiçəklər,Ətrini duyuram mən hər birində.Gözəl surətini aydın üfüqlərGöstərir sevimli şəfəqlərində.

Səni düşünürəm mən, ancaq səni,Gözlərim dikilib uzun yollara,Səni axtarıram gəzib gülşəni,İntizar səbrimi çəkmişdir dara.

Sənsə gəlməyirsən. Nə çiçək, nə gül,Dodağı nəğməli nə büllur bulaq.Qəlbimi açmayır. Kövrəlir könül,Səni düşünürəm tək, səni ancaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе