O yenə seyr edəcək
Böyük Vətən müharibəsi qəhrəmanıBaloğlan Abbasova ithaf edirəm.
Ta qədimdən Lənkəranın bir ölməyən şöhrəti var:Yer üzündən quşlar ona qonaq gəlir qatar-qatar.Bu torpağın tərlanıdır mənim ölməz qəhrəmanım,Azərbaycan iftixarı, qorxu bilməz qəhrəmanım.Az durmayıb gur suların səhər-axşam qırağında,Pərvazlanıb körpə quzum şahbazların sorağında.Bir gün uçdu bu tərlanım quşlar kimi yuvasından,Qartal kimi qanad çaldı oylağından, obasından.Bəxtiyarlar torpağına yad basmasın ayağını,Söyləyərək, daraqladı öz mehriban yarağını.Bəzən onun təmiz qəlbi bir dalğalı ümman oldu,Düşmənlərə ölüm saçan qasırğalı tufan olduLənkəranın gur bağları onsuz verdi bir il barı,Onsuz ancaq Azərbaycan heç yemədi bir nübarı.Onsuz bir il quşlar gəlib yuva saldı, bala verdi,Onsuz ancaq el söylədi: yaman olur bala dərdi.O, söylədi: “Eybi yoxdur göy bağçalar dolsun bara!”Cavab verdi ellər, dedi: “Qoy eşq olsun bu iqrara!”O: “Yurdumun gözəl çayı yada olmaz qismət!” – dedi.Cavab verib ellər: “Sənə, igid balam, hörmət!” – dedi.O, bircə gün olmadı ki, bir qəsbkar öldürməsin,Qüdrətini düşmənlərə döyüşlərdə bildirməsin.O vuruşub bu ellərinin qoruyaraq ismətini,O, verdikcə öz əlilə xainlərin qismətini,Azərbaycan iftixarla söylədi ki: “Balam vardır!Hər əməli tariximə bir qiymətli yadigardır!”O qəhrəman bu sözlərə qulaq asdı etibarla.Tüfəngini öz döşünə yenə basdı etibarla,Qırdı, tökdü düşmənləri xəzəl olmuş yarpaq kimi,Ana yurdu fərəhindən dalğalandı bayraq kimi.Bu gün-sabah bahar gələr, çayır-çəmən güləcəkdir,Yenə bizim Lənkərana quşlar uçub gələcəkdir.Ancaq mənim qəhrəmanım o quşlara dalmayacaq.
Durnaların qatarından bir də ilham almayacaq.Baxmayacaq nurlu göyə, lakin bircə həqiqət var;Yurd uğrunda candan keçən, el durduqca ölməz, yaşar!Mənim şanlı tərlanıma Lənkəranın dağlarında,Ətir saçan portağallı, sarı limon bağlarında,Göy üzünə bir vüqarlı mərmər heykəl qalxacaqdır,Onda mənim qəhrəmanım əsrlərcə baxacaqdırUzaqlardan uçub gələn qatar-qatar durnalara,Əzəmətlə söyləyəcək: “Salam olsun ilk bahara!”
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-o-yene-seyr-edecek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Əshabına bir gün dedi Loğmani-həqiqət:Etdi məni hübbülvətənim mətleyi-hikmət.
PəriQaşlarının tağınıBənzətdim kamana, Pəri!
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Naxçıvandan bir nəfər dostumaÖzgələr dərs oxuyur, alimi-ferzane olur,Özünə, millətinə qövli-həkimanə olur,