Qiymət verib haqqı-sayaBaxdın günə, baxdın aya.Bel bağladın gen dünyaya,Başqa əməl puçdur dedin.Dil vermədin biinsafa,Dedin yaram çıxar safa;Dost yolunda çəkib cəfaHuşdan olan qoçdur dedin.Gəzməsən də Hindistanı,Yaratmısan el dastanı,Ala gözlü yar NəstanıSən, yaratdın bir gül kimi.Aftandili yaxdı sızı,Güldü axır bəxt ildızı.Qələmində ərəb qızıDilə gəldi bülbül kimiSən, fələklə qanlı yağı,Gəzdin solu, gəzdin sağı.Gülsün gərək ay qabağıDostun, nazlı yarın dedin.Bir şərəfdir hər insana,Qəsd eləyib şirin cana,Dost yolunda qana-qanaQoysa ömür, varın dedin.Sən yetirdin əhdi başa,Könül verdin qələmqaşa,Sərt qayaya, soyuq daşaYarın döndü, yaman döndü.Ömür güşdü sirli ağa,Bülbül kimi şax budağaQonub, dərdi dedin dağa;Dağ dolandı, duman döndü.Gül açılar xəndan olar,Aşiq yarsız candan olar.Dedin dünya zindan olarAla gözlüm şən olmasan.

Hicr əlindən haray dedin,İlə döndü hər ay, dedin.Nazlı yarım, saray, dedinNəyə lazım, sən olmasan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви