Görəsən bu dünyada qəlbi dalğalanmayan,Məhəbbətlə yanmayan,Bir cavan tapılarmı?Sevişməyən də varmı?..İki həyat aşiqi, iki dost, iki yoldaşŞirin söhbət eləyib gedirlər yavaş-yavaş.Mühəndis Günəş deyirYoldaşına xeyli şad:– Həyat eşqin, ay PoladDərindir Xəzər kimi.Coşursan hər sahədəMavi ləpələr kimi.İşdə-gücdə qabaqsan;Cavab verir Polad ki:– Bəlkə sözündə haqsan...– Birinci yer tutursan üzməkdə sən hər dəfə.Nişana atan zaman sərrast dəyir hədəfə...Belə söhbət edəndə iki yoldaş mehribanGəlib keçir onların bir sadə qız yanından.Ötür salamlaşaraq, incə gülümsəyərək.Ötür səhər yeli tək.Qız bu iki cavandan azca aralanmamışPolad çevrilib dala,Baxır gedən marala.Görəsən bu dünyada qəlbi dalğalanmamışBir cavan tapılarmı?Sevişməyən də varmı?..Mühəndis yoldaşının Günəş baxıb üzünəDavam edir sözünə:– Bir dəfə dedilərmi, ay Polad, çox dalasan!Elə bir sahə varmı ki, sən geri qalasan?Polad bir ah çəkərək, əziz Günəş, var, dedi,Açıb gizli sirrini yoldaşına söylədi:– Dostum, eşqə düşəliMən sevgi dünyasında geri qalıram, bəli.Bax, o gedən qızla heç dil tapa bilməyirəm.Görünür az sevirəm, ya ki, sevilməyirəm.Ya da ki, çox sevirəm, eşqimiz şiddətlidir,Ya mən acıdiləm çox, ya da qız hiddətlidir.Deyirəm: xoşdur səhər,Deyir o dərhal: məgərMümkünmüdür unutmaq şən gecənin hüsnünü?Deyirəm: sevimlidir qarlı, gözəl qış günü,Deyir: qışın öz yeri, baharın öz yeri var,Gözəl görünməyirmi gül açanda ağaclar?Əslində bu da düzdür, etiraf edirəm mən.Sözümüz çaş-baş gəlir bilməyirəm bəs nədən?Ah, nə deyim, bəlkə də, belə olur məhəbbət?!Deyib qəlbində riqqətDöndü həmən geriyə gördü baxır qərarsızYanlarından gedən qız.Dostundan ayrılaraq onun yanına getdi,Bizim bu sevgililər qoşa nəzərdən itdi...Görəsən bu dünyada qəlbi dalğalanmayan,Məhəbbətlə yanmayanBir cavan tapılarmı?Sevişməyən də varmı?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви