Ahənrüba
Ahənrüba – yunanca miqnatis, rusca maqnit; bu bir cövhərdir ki, dəmiri cəlb edir, yəni özünə tərəf çəkir.
Təmsil gətirsək – dəxi də açıq söyləmiş olarıq:
Məsələn, Qafqaz vilayəti. Hamıya məlumdur ki, ahənrüba dəmiri öz tərəfinə çəkən kimi, Qafqaz da İran məmurlarını buraya cəlb edir; yəni öz tərəfinə çəkir.
Ahənrüba ilə Qafqazın bir oxşarı da var: ərbabi-fünuna məlumdur ki, ahənrübanın mərkəzi qütbi-şimaliyə yavıq bir nöqtədir. Qafqaz da İran məmləkətinə nisbət qütbi-şimali səmtindədir.
Ahənrüba ilə Qafqazın bir oxşarı da var: ahənrüba dəmiri çəkəndən sonra, dəxi ötürmək bilmir. Qafqaz da İran məmurunu öz tərəfinə cəlb eləyəndən sonra, yenə ötürmək istəmir.
Amma ahənrüba ilə Qafqazın xasiyyətlərində bir fərq var: ahənrübada cəlb etmək xasiyyəti bir hikmətdir; lakin Qafqazın cəlb etmək xasiyyəti məhz bir diplomatiya məsələsidir.
Ahənrübanın hikmətini üləmalar kəşf etməkdə acizdirlər; amma Qafqaz ahənrübasının hikmətini həll etmək olar.
Bu məsələ ilə məşğul olmağa həvəsi olanlar öz mülahizələrini yazıb idarəmizə göndərsələr, çap edərik və axırda öz fikrimizi də yazarıq.
Demək müxtəsər bunu lazımdır açmaq ki, aya nə səbəbə Qafqaz vilayəti İran məmurlarını ahənrüba kimi öz tərəfinə çəkir və çəkəndən sonra, dəxi ötürmək bilmir? Belə ki, hər kəs ki, İrandan buraya düşür, qır kimi yapışır, dəxi əl çəkmək istəmir; məsələn, Danabaş nayibi Avstriya paytaxtında vitse-konsul olmaq istəməyib Danabaş kəndində qalmağı behtər bilir. “Qurbağalı” şəhərinin vitse-konsulu öz məqamını Peterburq konsulluğundan artıq hesab eləyir; “Dəvəli” şəhərinin konsulu Berlində səfirlik mənsəbini qəbul etmək istəmir.
Nədir bunun səbəbi?
İtaliya səfiri Tehrana ərizə göndərib təvəqqə edir ki, onu Qafqazda “Donquz yeyən” şəhərinə konsul təyin eləsinlər. Peterburq səfiri neçə ildir çalışır ki, onu Qafqaza general-konsul göndərsinlər.
Nədir bunun səbəbi?
Bəli, dəxi ağalara dərdi-sər verməyək; ancaq elə ərzim buradadır ki, nədir bu işlərin səbəbi?
Aman günüdür, mənə bir cavab!
Vallah mabədi var.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 30 avqust 1909, №35
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ahenruba
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xoş ol zaman ki, xalq yatıb bizəban idi,Bəzmim pilov, çay ilə rəşki-cinan idi,
Qız və nənə“Dəbistan”ın əvvəlinci nüsxəsinin 11-ci səhifəsində rus ədibi Pozdnyakovdan tərcümə*Qız nənəsinə deyir:
“Molla Nəsrəddin”in qıza cavabıQızım, sən bilmirsən, dünyada nə var,Nəql eyləyim, əgər qulaq asarsan,
Axunda müraciətAxunda, milləti etmə həvayiBizə lazım deyil bangi-dərayi
Стихи других поэтов · Сатира
Ar eyləmərəm, pəndü nəsihətdən utanmam,Hər kəs nə deyir qoy deyə, töhmətdən utanmam.
StudentStudentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,
Var özgə vilayətdə də tək-tək köpək oğluHüseyn bəyə həcv*Var özgə vilayətdə də tək-tək köpək oğlu,
Mən varlıyam, sən yoxsulBeləsi də var*İnsana ta qədimdən zinət olub ömürlük –