Axunda müraciət
Axunda, milləti etmə həvayiBizə lazım deyil bangi-dərayiBemanəd salha in nəzm tərtibZi-ma hər zərrə xak üftad bəcayi.
Amandır saz qılma kərənayiKeçib Şəhnazdən başla QərayiQərəz nəqşist kəzma baz manədKi həstira nəmibinəm bəqay.
Biz olduq mollaların xaki-payiFisincanı yeyib içsünlə çayiMəgər sahibdili – ruzi berəhmətKünəd dərhəqq dərvişan duayi.
Çıxıb məclisdə tövzih etmə təqvimBizə lazımdır indi dərsi-təlimMuradi-ma nəsihət bud, kərdim.Nəvalət baxuda kərdim, rəftim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-axunda-muraciet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məlumunuz olsun ki, mən bu günlərdə Mərkəzi İcraiyyə Komitəsi üzvləri ilə bahəm Lənkəran şəhərinə gələsiyəm. Sizdən xahiş edirəm:Əvvələn – biz oraya gələn vəqt sizdən mümkün olsa bəndəni tapasınız ki, görüşək və sonra mən ora gələn vəqtədək həmin məlumatı toplayasınız ki, mən görüşəndə mühazirə eyləyəsiniz.
Həmidə! (28 dekabr 1928)Sənin kağızını aldım. Yazdığın məsələ barəsində onu deyə bilərəm ki, əgər yerli hökumət yerli seçkilərdə sənin səsini almağı lazım bilirsə, qoy alsın. Nə eləmək olar? Hətta o adamlar ki, sənin yazdığına görə sənə qahmar çıxırlar, mən onlara da məsləhət görərdim ki, bunlardan əl çəksinlər, yoxsa qaş qayıran yerdə göz çıxara bilərlər. Yadına sal ki, inişil kəndlilər Müzəffərə necə səsini vermək istəyirdilər.Mən Müzəffərə də, hətta Münəvvərə də məsləhət görürəm ki, yeni seçkilərə qarışmasınlar.
Yoldaş Əliyev (2 fevral 1929)Yazıb məlum edirik ki, Sizin abunəçilərinizə:1) Verx[nyaya] slobodka Ali Novruzali oqlı, 2) St. Qandja Verx[nyaya] slobodka İsfendiyar Rzaevu, 3) St. Qandja Nij[nyaya] slobodka Djabrailu Mamedovu – göndərdiyimiz jurnalları poçt geri göndərib, yazır ki, tapa bilmədik.
Həmidə! (28 fevral 1929)Midhətlə Tiflisə getmişdim. Orada sənə kağız yazdıq. Mən olmayanda Azərbaycan MİK sənin ərizəni Dağlıq Qarabağa göndərib ki, öz fikirlərini yazsınlar. Dünən Azərbaycan MİK-nə getdim və elə dünəncə Azərbaycan MİK-i tərəfindən Xankəndinə teleqram vuruldu ki, cavabı ləngitməsinlər. Zənnimcə sənin səs məsələn müsbət həll ediləcək; odur ki, narahat olma.Tiflisdə uşaqlar bizim gəlişimizdən çox şad oldular. Biz hər gün bir yerdə olurduq. Hətta Yusifxan bizim hamımızı sirkə qonaq elədi, sirk uşaqlar üçün çox maraqlı oldu.
Стихи других поэтов · Сатира
Bilməm nə var adında, ey şəhsəvar, ağam vay!Titrər adın gələndə, xurdü kübar, ağam vay!
Savadsız xanəndələrəXanəndəsən, oğlan, avazın yaxşı avazdır,Hərçənd ki, elmin, biliyin bir qədər azdır.
Yenə bəziləriKöhnəlikdir – dedi – bozbaşla qutab, bəziləri,Bağladı xeyli bu mənada kitab, bəziləri.
Odessa xəyalatıGündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.