Elm sahibləri, fənn sahibləri bir dəqiqə bikar deyillər; gecə və gündüz çalışmaqdadırlar ki, təzə bir elm, təzə bir fənn kəşf eləsinlər. Elm və fənn sahiblərinin bu növ çalışmaqları, əlbəttə, nəticəsiz qalmır və qala da bilməz və görürük ki, hər il təzə bir iş, ağla sığışmayan bir xəbər, ağıl kəsməyən bir əməl qulağımıza çatır; ya həkimlik işlərindən, ya mexanika və elektrik dairələrindən, yainki xud kimya və təbiət aləmindən.

Rahatlıq bilməyib çalışan alimlərin vücudları biz sadə bəndələr üçün çox bahadır; ondan ötrü ki, o alicənabların növ-növ ixtiraatının bərəkətindəndir ki, biz vaporun, teleqrafın, təbabətin nemətlərindən nəfbərdar oluruq.

Rus, alman, frəngilər həmə dər karənd,
Ta to nani bekəf ari və bərahət bexuri.
Həmə əz bəhri to sərkəştəvü fərman bərdar,
Qul edib onları tari sənə səndən ötrü.


Möhtərəm oxucularımıza ərz olsun ki, tibb aləmindən axır vaxtlarda danışılan məsələ “anabiyoz” məsələsidir ki, rus professorlarından məşhur Baxmetyev cənabları tərəfindən icad olunubdur. Cənab Baxmetyevin ixtiranın əsli budur ki, cəmi heyvanat bir dərəcə donmaq halına çatanda yarı diri olurlar, yarı ölü olurlar; yəni nə diri demək olur, nə ölü; nə canlı kimi hiss edirlər, nə ölü kimi hissiz olurlar.

Professor cənablarının fənni imtahanları elə bir qəribə nəticə bağışlayıb ki, bu xüsusda tamam Avropaya şöhrət salıb; hətta Amerika ruznamələri gün olmur ki, bu barədə yazmasınlar.

Təqribən bir ay bundan qabaq Pirisdə həkimlər məclisində Baxmetyev cənablarının nitqi biz müsəlmanlar üçün xeyli əhəmiyyətlidir; çünki həmin nitqdə bəyan olunan mətləblərin biri budur ki, dünyada yaşayan başları qırxıq millətlər həmişə “anabiyoz” halında yaşayırlar. Səbəb budur ki, qışda şiddətli soyuq təsirindən qırxılmış başlar “anabiyoz” olurlar, yəni donub nə ölü olurlar, nə diri.

“Mürdəənd, vəli zində”

Hərçənd haman məclisdə cənab professora irad edən olub, lakin bu məsələ yenə şayani əhəmiyyətdir; məsələn, islam aləmindən xəbərdar olan məşhur fransız səyyahı müsyo Lizurtaj cavab verib ki, qışın şiddətli soyuğu müsəlman başlarını “anabiyoz” halına sala bilməz; zira ki, müsəlmanlar gecə-gündüzün iyirmi dörd saatından səkkiz saatını isti hamamda keçirirlər ki, həna və rəng yaxşı tutsun.

Qəzetlər yazır ki, müsyo Lizurtajın cavabı təsirsiz qalmayıb; çünki frəngcə oxuduğu nitqi Sədinin şeirlərilə itmama yetirib:

Bələğəl-üla behəmamihi,
Kəşəfəddüca-behecamihi,
Həsənət cəmii xisalihi,
Səllü əleyhi və alihi.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 26 iyun 1913, №18

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qərardad

Qabaqca bunu ərz edim ki, mən özüm zəhmətkeş bir adamam və bütün ömrümdə həmişə çalışmaqda olmuşam; onun üçün də nə qədər ki, rəməzan ayı gəlib keçib, heç bir dəfə də oruc tutmağa vaxt tapa bilməmişəm; çünki heç vaxt bikar olmamışam. Dərsə gedən uşaqlarım da habelə: onlar da kitab və dəftər içində dərs və qələm-kağıza məşğul olduğundan həmçinin oruc tutmağı yada sala bilməyiblər.Yəni oruc-namaz söhbəti keçən vaxtlar heç yadıma da düşməzdi: heç bilməzdim oruc tutan kimdir, namaz qılan kimdir? Məscidə harada gedərlər, orucu nə vaxt tutarlar, nə vaxt başlanar, nə vaxt qurtarar?

3 мин
İki faciə

İran barəsində bu axır vaxtlarda iki bədbəxtlik üz verib. Biri Ərdəbildə axund Mirzə Ələkbər ağanın tutulub Tehrana göndərilməsi, ikinci də ləqəblərin götürülməsidir. Bu iki fəğərəyə biz o səbəbə bədbəxtlik adı qoyuruq ki, birisi fövt olub dünyadan gedəndə, onun qohum-əqrabası cəm olub, yas tuturlar.Nədir bunun mənası? Bunun mənası budur ki, o şəxs tutuldu, getdi, onun yeri boşalır, onun yeri görsənir və o heyndə dəxi dünyada bir kəs olmur ki, mərhumun özü kimi və özünə oxşar onun yerini tutsun. Axund Mirzə Ələkbər ağanın Tehrana aparılması barəsində bunu deyə bilərik ki, bu işin özü ərdəbillilər üçün həqiqətdə bir böyük dərddir ki, nə qədər dünya var bu dərdin dağı onların ürəyindən getməz. Səbəb də budur ki, Ərdəbil yer üzündə adsız-sansız bir yerdir ki, heç kəsin yadına düşməzdi ki, Ərdəbil varmı dünyada, yoxmu? Oranı şöhrətə mindirən həmən vücudu-zicud ağayi-Mirzə Ələkbər ağa oldu. Bu cənab da ki, bir para mərdümazarların fel və fitnəsi ucundan Ərdəbildən uzaqlaşdı ta bundan sonra bir belə şəxs yerdə haradan tapıla bilər buna əvəz olsun. Allah şahiddir ki, nəinki bütün İranı – dünyanı gəzəsən dəxi bir də bir belə bihəya tapıla bilməz ki, öz Vətənini dost-düşmən içində Ərdəbil halına salsın ki, az qalıbdır binamusluğun zərbülməsəli olsun.

2 мин
Üsuli-tərbiyə

Söhbət məktəb şagirdlərinə tənbeh etmək barəsindədir. Tənbeh də ona deməzlər ki, başlayasan şagirdə uzun-uzadı nəsihət eləyəsən. Çünki sən ona nəsihət edincə o da Krilovun “Dayının pişiyi” kimi bir ucdan əti yeyib, qurtaracaq. Hətta atalar da bunu deyiblər ki, Quran oxumağınan donquz darıdan çıxmaz.Müxtəsər ki, kötək lazımdır.

1 мин
Qonaq[lıq] vermək

Qəza şəhərlərində oturan şura xidmətçiləri, əlbəttə xəbərdar oldular ki, hökumətin axırkı qərardadına görə, bundan sonra qəza işçiləri borclu olacaqlar, tez-tez kəndlərə gedib və əlaqələrini kəndlilər ilə sıxı saxlayıb onların harayına hər gün çata bilsinlər və onların ehtiyaclarına hər gün kifayət verə bilsinlər.Amma burada bir balaca söhbət var ki, bu barədə bir neçə söz danışmaq istəyirəm.

2 мин

Стихи других поэтов · Сатира