Qonaq[lıq] vermək
Qəza şəhərlərində oturan şura xidmətçiləri, əlbəttə xəbərdar oldular ki, hökumətin axırkı qərardadına görə, bundan sonra qəza işçiləri borclu olacaqlar, tez-tez kəndlərə gedib və əlaqələrini kəndlilər ilə sıxı saxlayıb onların harayına hər gün çata bilsinlər və onların ehtiyaclarına hər gün kifayət verə bilsinlər.
Amma burada bir balaca söhbət var ki, bu barədə bir neçə söz danışmaq istəyirəm.
Şübhə yoxdur ki, kəndistan işçiləri və məsul xidmətçiləri nə qədər kənd camaatını tez-tez yoxlasalar, yəni nə qədər onlar ilə tez-tez görüşüb əhvallarından xəbərdar olsalar o qədər də kəndlilər razı qalacaqlar. Onun üçün də belə münasibətdə olmağı da Şura hökuməti kənd qulluqçularından təkidən tələb edir.
Və digər tərəfdən də nə dərəcədə xidmətçilər kəndliləri tez-tez yada salmaq istəsələr, o dərəcədə kəndlilərin məhəbbəti və etimadı onlara artıq olacaq.
Və haman bir məsələ ki, mən onun barəsində danışmaq istəyirəm,
– o da budur ki, aya bizim kənd xadimlərinin hamısı bunu bilirmi ki, kəndlərə tez-tez gedəndə onlar hara düşəcəklər və kimə qonaq olacaqlar? Bu məsələ zahirdə asan və kiçik bir məsələdirsə də, həqiqət bunun həlli hər dəfə necə ki, lazımdır mümkün olmur və görükmür.
Bunu cavan işçilərimiz unutmasınlar gərək, atalar demiş kimi: “qonaq bir gün olar”. Və bunu unutmasınlar ki, onlar kəndlilərin qonağı deyillər, bəlkə kəndlilərin yoldaşları və “həmqəryəli”ləridirlər. Hər bir məsul işçi ki, onun kəndə tərəf yolu düşdü, onun gərək kənddə məxsusi evi ola ki, evin adı ümumi xidmətçi evidir. O evdə onun öz pulu ilə alınmış çörəyi və atının öz pulu ilə alınmış arpa və samanı ola gərək.
Hər bir kənd qulluqçusu ki, bu üsulu bərk-bərk saxlamağı bacardı,
– onu bilməli olsun ki, o, əhalinin rəğbətini əlbəttə və həmişəlik qazanıbdır və o kəslər ki, bu mühüm nöqtəni səhl sayıb gündə bir, iki gündə bir keçmiş çürük əsrlərdə Danabaş kəndinə cövlan edən çinovniklər kimi, başında on iki atlı ilə bu gün bu kəndə, o biri gün o kəndə çöküb özü yağlı-ballı bir xan evində əziz qonaq olub və on iki atlısı da kəndlilərin evlərinə, hər evə bir nəfər atlını at ilə qonaq verib, il uzunu, beləliklə, başını saxlamağı qənimət bildi, – həmin kəmtəcrübə işçilərimiz bu başdan unutmasınlar gərək ki, axırda onlar çəkdikləri zəhmətə baxmayaraq, gah hökumət yanında və gah kənd əhalisi yanında məyus və məsul olacaqdır.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 30 may 1925, №22
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-qonaq-liq-vermek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İrs iki qismdir. Yaxşı, ali imarət, gözəl bağ içində növ-növ meyvə ağacları, evin içində hər qism əşya. Və belə də ola bilər ki, birisinin atası ölən gündən üç gün sonra borc sahibləri gəlib deyələr ki, “çıx evdən, buranı atan bizə satıb”.İranı indi biz o halda görürük ki, borc sahibləri gəlib durublar iranlıların başının üstündə və deyirlər: “çıxın buradan, buranı atalarınız bizə satıblar”.
NovruzAx, gözəl bayram, ax gözəl novruz! Ax, min-min balaca uşaqların qəlblərini şad edən novruz!Vəqti bəharəst xiz, ta betamaşa rəvim.
Keçi“Xah, beca, xah bica, xah imruz, xah fərda hər nöqteyi-Asiya ki, əmniyyəti-mali və cani nist, məhali-əql əst ki, beydəqi-Frəngistan bər on nöqtə nəsb nəşəvəd”.Mirzə Məlküm xan – “Üsuli-təməddün”.
Əmali-mahi-rəməzan1900-cü ilin rəməzan ayının üçüncü günü Gəncədə axşama iki saat qalmış getdim məscidə. Axund Molla İsmayıl Həsənzadə minbərin üstündə oturub belə moizə buyururdu:“Dər bəyani-əmali-mahi-mübarək. Bəli, hər ge dər şəbi-seyyümi-mahi-rəməzan qüsl künəd dər nəhri-cari və səy kəf ab bər sər berizəd, ta mahi-rəməzane ayənde flan və flan…”.
Стихи других поэтов · Сатира
Mənalı keçərsə məclisdə söhbət,Plov nəyə lazım, aş nəyə lazım?
Vücudi-lətifin, ey taci-sərimCəfərqulu xana*Vücudi-lətifin, ey taci-sərim,
Yoldaşım, yatmışmısan?– Yoldaşım, yatmışmısan?– Yox, bir sözün varsa, buyur!
Ədəbiyyat (20-ci nömrədə "Cinani"yə cavab)Çox eybculuq etmə, məndən senə vəsiyyət,Sanma ki millətində bilmərrə yoxdu qeyrət.