Əmali-mahi-rəməzan
1900-cü ilin rəməzan ayının üçüncü günü Gəncədə axşama iki saat qalmış getdim məscidə. Axund Molla İsmayıl Həsənzadə minbərin üstündə oturub belə moizə buyururdu:
“Dər bəyani-əmali-mahi-mübarək. Bəli, hər ge dər şəbi-seyyümi-mahi-rəməzan qüsl künəd dər nəhri-cari və səy kəf ab bər sər berizəd, ta mahi-rəməzane ayənde flan və flan…”.
Cəmaət axundun sözlərini eşidib bərk yuxuya getmişdi; doğrusu, mən bir az başa düşmədim, çünki avam adamam, savadım-zadım yoxdur və çox istəyirəm ki, axund fərmayiş etdiyi sözləri başa düşüm; bəs nə eləyim?
Xülasə, qaldım məəttəl.
Bir qədər dayandım, gördüm ki, Axund Molla İsmayıl məsciddən çıxıb gedir evinə. Öz-özümə belə fikir elədim, “Vallah, nə qədər ağanın dərin mənalı moizəsinə qulaq assam, bir şey qanmayacağam, yaxşısı budur ki, xəlvətcə ağanın dalınca gedim, gizlincə girim ağanın həyətinə, bəlkə bir qaranlıq bucaqdan mısıb qulaq verəm və baxıb görəm ki, rəməzanın gecəsini axund özü necə keçirdir və nə tövr ibadət edir ki, mənə də dərs olsun.
Elə necə ki, xəyalımda qoymuşdum ki, elə də oldu: ağanın dalınca yavaşca küçə qapısından girib özümü verdim armud ağacının dalına. Ağa girdi otağa, on-on beş dəqiqədən sonra azan deyildi:
“Bismillahi rəhmanir-rəhim. Hər ke dər vəqti-iftar in duara bexanəd, xuda əta künəd bəy səvab hər kəsira ki dər in ruz ruzə daştəəst…”.
Axund Molla İsmayıl duanı oxudu ki, cəmi oruc tutanların səvabını alıb ona versinlər.
Müxtəsər, bir-iki saat keçdi. Amma hava soyuq idi, bərk üşüyürdüm. Bir qədər də keçəndən sonra gördüm ki, axund molla İsmayıl əbasını örtüb çıxır küçəyə. Mən də onun dalınca çıxdım ki, rəməzan gecəsinin əmalını təkmil öyrənim. Axund gedir, mən gedirəm. Bir böyük imarətin qapısına yetişib axund girdi içəri, mən də istədim girəm, qapıda duran xidmətçilər qoymadılar. Məlum oldu ki, bura qubernator Lotsayovun evi imiş. Qulluqçuların hərəsində on dörd şahı üç qəpik rüşvət verdim, soxuldum həyətə və akoşkadan gördüm ki, Axund Molla İsmayıl Həsənzadə həzrətləri qubernatorun otağında əyləşib çay içir və qubernatora bu sözləri deyir:
“Qubernat sağ olsun, mənim nə qədər ki, canım sağdır, hökumətə ixlas ilə qulluq edəcəyəm. Və əvvələn bunu lazım bilirəm cənab qubernata ərz edim ki, bizim Gəncə müsəlmanları dövlətimiz əleyhində bir para pis fikirdədirlər və hətta çoxluca pul yığıb Osmanlıya, Nəcəfə və Əfqanıstana göndəriblər və Məhəmməd əfəndinin təht-idarəsində olan “Məktəbi-xeyriyyəni” də o qəsdlə açıblar ki, gələcəkdə öz bəd fikirlərini layiqincə əmələ gətirə bilsinlər”.
A başınıza dönüm, mən bir qərib adamam, özüm də qorxaq. Qubernat bu sözləri eşitcək xidmətçilərindən birini çağırıb bilmirəm nə dedisə, bir də gördüm ki, deyəsən dünya və aləm bir-birinə dəydi.
Sonra məlum oldu ki, haman gecə qəflətən qoşun tökülüb məscidi əhatə edib, cəmi tələbələri heyvan kimi doldurub odun anbarına və məscidi axtarandan sonra nə ki, quran-kitab var idi, meşoklara doldurub saldatlar aldılar dallarına və götürüb apardılar. İyirmi dörd evin uşaqları bisahib qaldı və neçə-neçə övrət-uşaq qorxudan tələf oldu. Sabahısı günü məktəbi-xeyriyyəni də hökumət bağladı. Əgər bu məktəb xudanəkərdə yaşasaydı, indiyədək buradan beş yüz müəllim çıxmışdı.
Gəncədə məscid axtarılandan sonra və “Məktəbi-xeyriyyə” bağlanandani sonra camaatın qorxusundan hacı Molla İsmayıl dəxi Gəncədə baş saxlaya bilmədi, çünki bir tərəfdən yoldaşı Atakişi baş götürüb qaçdı, bir tərəfdən də qayınatası Hacı Seyid Bağır Xorasanda idi, buna da əli çatmadı. Odur ki, Axund Molla İsmayıl – danosçuların padşahı – əlacsız qalıb günlərin bir günü xəlvətcə Gəncədən baş götürüb qaçır Vladiqafqaza.
İndi mən də müsəlman qardaşları and verirəm Baği-şimal müctəhidi hacı molla Barat axundun “Həblül-mətin” müdiri Müəyyüdilislam barəsində olan əqidəsinə ki, mənim bu sualıma Orbenburqda çıxan “Din və meşə” jurnalında cavab versinlər ki, aya, yer üzündə bir tayfa tapıla bilərmi ki, Molla İsmayıl Həsənzadə kimi din və millət xainini öz içinə qəbul eləyib öz əli ilə başını açsın tutsun bu dəlləyin qabağına və desin: “Qırx başımı?”.
Bəradərim, düz yol birdir: əgər haqqı axtarırsan, götür yaz gəncəlilərdən xəbər al gör, düzdürmü biz yazdıqlarımız, ya yalandır. Əgər doğru olsa, – bizə iman gətir, əgər yalan olsa, dəxi niyə ürəyini sıxırsan: bizi ki, kafir qələminə verirsiniz.
Biçarə iranlı oxucularımız! Bu behişt əhlləri bir yer tapa bilmirlər ki, orada “kafirə” rast gəlməsinlər; Əhməd Kamal da hələ bu tərəfdən çıxdı.
Yazıqlar.
Lağlağı
“Molla Nəsrəddin”, 21 mart 1910, №12
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-emali-mahi-remezan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Leyfild, 24 oktyabr. Təzə rəisül–vüzəra Bonar–Lou kralın dediyinə müşərrəf olub ona izhar etdi ki, təzə kabinənin təşkilini öhdəsinə götürür.Bu yavuq vaxtda Bonar–Lou öz deklarasını bəyan etməyə hazırlaşmaqdadır. Hərçənd piş əz vəqt deklarasiyanın məzmunundan xəbərdar olan yoxdur; amma hökumətin təzə rəisi Kamal paşanın müzəffəriyyətinin əsbabı barəsində xüsusi məclislərdə öz məhrəmlərinə elə bir nəzəriyyat meydana qoyur ki, bu vaxtadək Yevropanın politikaşünaslarından belə bir işarələr indiyədək olunmayıb. Söhbət İranın türklərə bu müharibədə nə münasibətdə olmağı barəsindədir.
Hədərİnqilabdan sonra Azərbaycanda, Türküstanda, Tatarıstanda və Gürcüstan ilə Ermənistanın bəzi şəhərlərində müsəlman kəndlilərinin oxumağı üçün çox-çox qəzet və jurnallar çıxmaqdadır.Bu qəzet və jurnalların cəmini nəzərə alanda və onlara diqqət edəndə, baxıb görürük ki, bu cəridələri çıxardanlar, bu işə xərc və səy qoyanlar bunu heç bilmək istəmirlər ki, aya bu qəzetləri oxuyan var, ya yoxdur.
Qanı istilərNaxçıvanda bir dəli Molla Abbas var idi. Uşaqlar başına doluşub hoydu–hoyduya götürəndə Molla Abbas camaata üzünü tutardı və belə deyərdi:– Ay camaat, vallah mən dəli deyiləm, bu uşaqlar məni dəli eləyirlər.
RəndəBəli, qızlarımızın da oxumağı getdi işinə.Bir ildən artıqdır ki, mahalları gəzirdim (yəni bir işim də yox idi, ancaq veyillənirdim). Mahallarda çox şeylər gördüm və bunu da gördüm ki, qızlarımız dəxi oxumurlar. Bunun səbəbini mən çox qurdaladım və hərə bir cür bəyan etdi: bir paralarından bunu eşitdim ki, qızların oxumamaqlarının səbəbi budur ki, inqilabdan bu yana məktəblərdə heç oğlan uşaqlarını da oxudan yoxdur. Bir neçələri də qızların oxumamaqlarına belə səbəb qoyurdular ki, onsuz da dərs kitabları və təlim şeyləri tapılmır; tapılanda da oğlan uşaqlarına heç çatmır ki, hələ qız uşağına da çatsın. Oğlanları da qoyub qızlara paylasalar, oğlanlar yumruqlayıb qızların əlindən alacaqlar.
Стихи других поэтов · Сатира
(Siyahət xatiratımdan)Babacan! Guş elə əlan sənə bir hekayət edim ünvan ki, çıxar ortalığa sirri-
Rusların, ermənilərin, gürcülərin xəlfələriRusların, ermənilərin, gürcülərin xəlfələriBirliyə, mehrə, vəfaye çağırır milletini,
Məktəb nəyə lazım?Bica söz imiş məktəbi-irfan, məni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.
Çəpər çəkməsinZəmanəmiz Nuşirəvan əsridir,De bağbana, bağa çəpər çəkməsin!