Paklar
“Məkkeyi-mükərrəmdə, Səfa ilə Mərvə arasında, Mədineyimünəvvərədə küçələrdə iki nəfər hacı gördükləri ədəmi-nazafəti elə bir lisani-təəssürlə anlatıyorlardı ki, ciddən dilxun olmamaq qabil deyildi”.
Bu sözlər yazılıb İstambulda çıxan “Tənin” qəzetinin 559-cu nömrəsində və mənası budur ki, iki nəfər hacı, Məkkədə və Mədinədə gördükləri çirki və zibili eli bir dil ilə nağıl edirlər ki, müsəlmanın qəlbi qan ilə dolur.
Yenə “Tənin” deyir: “Əhvali-ruh üləması bir adamın qəlbini, ruhunu, mahiyyətini anlamaq üçün onun iqamətgahını görmək pək müfid olduğunu söylərlər. Bir millətin qabiliyyət və mənəviyyatını anlamaq üçün şəhərlərini görmək və şəhərlərinə görə haqqında hökm vermək icab etsə, əcəba bitərəf müşahidlərin nəzəri-imtahanına nə yüzlə çıqacağız? Bütün dünyanın müsəlmanlarının ən şərif, ən müqəddəs bir ziyarətgahı olan mübarək şəhərləri oylə ədəmi-nəzafət içində buraxırsaq, bizə nə deyərlər? Nə desələr haqları olmaz?..”. Bu sözlərin mənası budur ki, yer üzünün cəmi müsəlmanlarının ən müqəddəs bir ziyarətgahı bu tövr çirk içində qalıb ətrafı üfunətləndirəndə, gör elədə bu millətin evi, həyəti, küçəsi və hətta məscidi nə halda olmalıdır?
Biz öz tərəfimizdən bunu ərz edə bilərik ki, cənab “Tənin” hələ uşaqdır və Məkkədən, Mədinədən belə xəbərlər eşidəndə çox təəccüb eləyir və bir az da hirslənir, amma bunu bilmir ki, dünyada hər yanda, hər məmləkətdə ki, bir müsəlman şəhəri var, ora bir zibilxanadır. Mən mərc gələrəm və gözü bağlı bir şəhərə, ya kəndə daxil olanda bilərəm ki, burada yaşayanlar “pak” müsəlmanlardır, ya murdar rus, gürcü və ermənilər. Qoxu gələndə bilərəm ki, bura müsəlman məkanıdır və gözümü açıb görərəm ki, hər divarın dalında övrət-uşağın qabağında əlində aftaba bir qırmızısaqqal əyləşib.
Bura müsəlman vilayətidir.
“Tənin” indi dediyi söz həmin sözdür ki, biz 7-ci nömrədə “Nəcasət” məqaləsində demişdik. Biz o vaxt yazmışdıq ki, küçə və bazarımız qoxur; indi də “Tənin” deyir ki: “hətta ən şərif bir ziyarətgahımız olan mübarək şəhərlərimiz qoxur”.
Amma yazıq “Tənin”in hələ Məşhədi-müqəddəsdən xəbəri yoxdur. Ax, biçarə! Bir gəl səni aparım Xorasana, orada gör nələr var. Götür qələmi yaz! Əvvəl başdan yaz ki, “ay türk qardaşlar, gəldim çıxdım Məşhədi-müqəddəsə və maşallah, buraları təmiz işıq, pak və tərəqqinin ən yuxarısında gördüm və buna da səbəb müctəhid Mirzə İbrahim Kosadır”.
O vədə mən deyəcəyəm ki, “yox, səhv edirsən, o deyil, Fazili- Səbzəvaridir”.
Birdən baxıb görəcəksən ki, birisi sol tərəfdən çıxıb deyir ki, “xeyr, Xorasanın abadlığına bais – mənəm!” A gədə, bu kimdir?
Bu da Hacı Mirzə Məhəmməd Sərabidir.
Bəli ağa, əfv elə, qanmamışam, bağışla.
Amma bir az keçəcək, sağ tərəfdən biri çıxacaq və deyəcək ki, “Xorasanı Frəngistana yetirən mənəm!”. A gədə, bu kimdir?
Bu da Ağayi-Seyid Əli Sistanidir ki, Kəlatda əyləşir.
Xub, günahımızdan keç, bir qələtdi elədik: bundan sonra təklifimizi bilərik.
– Pəh, baba, bəs məni niyə yazmırsınız ki, mən olmasaydım, indi əcnəbilərin əsgərləri tökülmüşdü vətənimizə.
– Bəli, ağa, bağışla, sən kimsən?
– Mən də Türbətli Ağa Şeyx Hüseynəm.
– Xub, nə eybi var, səni də yazarıq.
Xülasə, elə ki qələmi götürdün əlinə və bir şəhərə daxil oldun və istədin biləsən ki, qoxu hansı tərəfdən və haradan gəlir, o vaxt Tiflisdə həftədə bir dəfə çıxıb müsəlmanları güldürən “Molla Nəsrəddin”ə bir kağız yazasan və saniyən əgər əhvalatın tərəfra xastə başid, məruzizəmir-münir-cənab ali budə midarəd ki, lillahil-həmd vəlminnə…
Bəndə dəxi bilmirəm nə deyim; ancaq bunu deyə bilərəm ki, işlər xarabdır!..
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 4 aprel 1910, №13
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-paklar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məhərrəm ayı yetişdi. Məscidlər yavaş-yavaş dolacaq, sinələrin düymələri açılacaq, papaqlar başlardan götürüləcək, bitlər hərəkətə gələcək, keçəllərə hava dəyəcək, arvadlar töküləcəklər küsə və məscidə, uşaqlar doluşacaqlar qəndab təştinin ətrafına və ağlayıb qəndab istəyəcəklər. Məscid müdirləri keçəl başlarını qaşıyandan sonra çirkli əlləri ilə stəkanı uzadacaqlar qəndabın içinə və doldurub verəcəklər uşaqlara. Uşaq da başını təştin içinə tutub qəndabın yarısını içəcək, yarısını da ağzının yanından qaytarıb tökəcək yenə təştin içinə.Bu heyndə xəbər gələcək ki, “ədə, çəkil, çəkil, dəstə gəlir!” Qabaqdan bir şəxs – ağ köynək, bir əlində xəncər, bir əlində kağız oxuya-oxuya gəlir. Bunun dalınca bir dəstə adam – ağ köynək, əllərində xəncər, sinələri açıq, oxuya-oxuya sinə vururlar.
İcazeyi-ictihadCümə günü eydi-əhza münasibətilə, yəni qurban bayramının günü, Bakıda Məscidi-camedə və Bayır şəhərdə müsəlman qardaşlar ictima etdilər və bir yerdə bayram namazı qıldılar.Amma bu il keçən illər kimi olmadı; məsələn, keçən vaxtlarda oxumuşlarımızın heç biri nə rəməzanda və nə qurban bayramında camaata qarışıb bayram namazı qılmırdılar, ancaq bir para cüvəllağı oxumuşlarımız məhz avamı aldatmaq üçün məhərrəmlikdə dəstənin qabağına düşüb, sinə vura-vura yalandan dəstmalı gözlərinə basıb, ürəkdən gülə-gülə və zahirdə guya ağlaya-ağlaya dəstənin qabağında dolanırlar.
SəhvBu gün mən bədbəxt az qalmışdım bir böyük səhv edəm.Bir qəzetin üçüncü nömrəsinin əvvəlinci səhifəsində başdan yekə hərflər ilə yazılmışdı idi:
Nə deyimAx, kaş dünyada müsəlmanlardan savayı heç bir kəs olmayaydı və gündə biri qabağımızı kəsib soruşmayaydı ki, “o nədir” və “bu nədir”.Budur məscid tərəfində mərəkədir. Uzaqdan eşidirəm ki, oxuyurlar:
Стихи других поэтов · Сатира
Стыд шушинцы теряют: гуляют и пьют.По дороге бесчестья шушинцы идут.
Asudəlik bu saət yerdən göyə cəhanda"Dil mirəvəd zidəstəm, sahib dilan xudara,Dərda ki, razi-pünhan xahəd şod aşikara!"1
Ədəbiyyat (“Ey “Kəlniyət!” Ey xatirinin zövqü savası”)Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,
Arvadlar deyirlərTanrı kəsibdir bizim ərlərin insafını;Sən ki bilirsən, Baba, onların övsafını?!