"Dil mirəvəd zidəstəm, sahib dilan xudara,Dərda ki, razi-pünhan xahəd şod aşikara!"1Asudəlik bu saət yerdən göyə cəhandaVar isə vardır ancaq İranda hər məkanda:Təbrizdə, Sərabda, Xalxalda, Xançobanda,Qeyrətli Şahsevəndə, hər anda, hər zəmanda,Lorlarda, Şıx-gözəldə, Keşkanda, İsfəhanda,Tehranda, əncüməndə, kabnetdə, parlamanda,İşlər bütün həqiqət, sözlər bütün güvara,"Dərda ki, razi-pünhan xahəd şod aşikara".Dalma təfəkküratə, qare, ki işbu halət –Ya kimlərin gücündən Iranda etdi nəş’ət?Əlyövm hər tərəfdən çarpır gözə şikayət,Hər kəsdə vəcdü şadi, hər yerdə əmnü rahət,Əhvali-daxiliyyə bilxeyrü vəssəlamət,Dadü sitəddə rövnəq, şirkətlə hər ticarət,Xoşdil bütün cəmaət, razi bütün rəiyyət,Asudə hali-millət, dair ümuri-dövlət,Nəzmü nəsəq mühəyya, leşkər bütün səfara,"Dərda ki, razi-pünhan xahəd şod aşikara".Zənn etmə haziranın sə’yilə bimühabaBu rütbə e’tilalıq beş gündə oldu bərpa!..Yox, yox, xəta edirsən, haşa və sümmə haşa!Gərçi bular da az-çox bir iş görüblər, ammaKeçmiş binayi-xeyrin asarıdır həmana,Qaib müdəbbiranın tədbiridir ki, halaEtdikləri sədaqət bir-bir olur da peyda,Açdıqları bulaqlar cari olur sərapa,"Hatəssəbuhə həyyu ya eyyühəssükara!""Dərda ki, razi-pünhan xahəd şod aşikara".Bunlar əbəsmi, yahu, mə’lulə yoxmu illət?Hümmətsizin olurmu bunca müvəffəqiyyət?!İran səadətində çoxlar edirdi xidmət,Çoxlar bu məmləkətdə göstərdi sə’yü qeyrət…Zoncümlə Nasirəddin2, – həqq eyləsin də rəhmət!Hər beşdə-üçdə etdi hər səmtə bir səyahət,Hər bir səyahətində sel tək axıtdı sərvət,Yüksəldi ərşə qarşı xaki-diyari-Dara3…"Dərda ki, razi-pünhan xahəd şod aşikara".İştə bunun üçündür iranlı bilməsərrət,Dünyalərə axışdı, olduqca gördü izzət (?)Hər şəhri qıl tamaşa, hər səmtə eylə diqqət:Məşriqdə minlər ilə, məğribdə bil’izafət,Türkiyyədə ziyadə, Rusiyyədə nəhayət,Çində, Xətadə… Bəh-bəh!.. Həp aşinayi-qürbət!Hər sudə bittəkəssür, hər kudə bizziyadət,İranlıdır görürsən, amma nə şanlı rö’yət!Amma nə datlı didar, amma nə xoş qiyafət!Hər şəxsə zahir ikən yox ərzi-halə hacət…Tə’rif üçün və bir də yoxdur dilimdə yara,"Dərda ki, razi-pünhan xahəd şod aşikara".Ha, indi də Əhəd xan4, ol mənbəi-ədalət,"Abadiye"-vətənçin minbabi-tabiiyyətNasir tək etmək istər isbati-qədri-millət,Bol-bol səyahətindən məqsudu məhz ibrət,Cudü səxavətindən mən eyləməm hekayət5…Qoy madmazellər etsin tə’rifini, nəhayət,İrana bənzər olsun qoy səfheyi-Buxara!"Dərda ki, razi-pünhan xahəd şod aşikara".

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира