Nadirül-vücud
Bu yavıqlarda bizim sahibmənsəblərdən birinin ölüm xəbərini qəzetlərdə oxuduq. Məlum şeydir ki, cəmi yaranmışlar öləcəklər; torpaqdan xəlq olunanlar yenə axırda torpağa qayıdacaqlar.
İnna lillahi və inna ileyhi raciun.
Öləcəklər padşahlar, öləcəklər gədalar, öləcəklər abidlər, öləcəklər kafirlər və lakin zamani ki, başmaqlar gəldi ortalığa və mizantərəzi quruldu, – o vədə mən sənin kefini xəbər alacağam.
Əzizim, indi sənnən işim yoxdur, indi dövran sənindir; ye, iç, otur ali imarətdə! Amma görərəm, görərəm, halını görərəm, bəradərim! Bunu bil ki, o vədə peşimanlıq bir səmərə bağışlamaz, necə ki, vaizişəhir buyurublar:
Cəhd kon dil zində gərdəd, tən çe arayi bezər?
Mürdəra sudi nədarəd guri pür nəqşü nigar.
Amma mən yenə başa düşmədim ki, bu yavuqları vəfat edən bir vücudun barəsində niyə o qədər çığır-bağır saldılar. Mərhumun adını qəzetlərin birində qoymuşdular: “Nadirül-vücud”. Lüğəti açıb baxdım, gördüm “nadirül-vücud” o şəxsə deyirlər ki, millət yolunda heç bir əlahiddə səy və qeyrət göstərməyə və “bir kəs məndən inciməsin” – deyib ömrünün əvvəlindən axırınadək çalışmalı yerdə, rahat otura evində və öləndə də Qafqaza elə şöhrət sala ki, xalq onu doğrudan da millət mücahidi hesab edə.
Nadirül-vücud bu imiş.
Mərhumun ruhundan üzr istəyib və qohum-əqrəbasına sərsəlaməti deyib keçək mətləbə.
Mən belə görürəm ki, camaatımızın içində mollaları çıxandan sonra, tərəqqi və maarifimizi təxirə salan haman ağayi-möhtərəmlərdir ki, bu yavıqlarda vəfat elən “nadirül-vücuda” oxşayırlar. Avam camaat nə qanır? O da baxır əvvəl mollalarına və seyidlərinə, görür ki, Seyid Məhəmməd Şirvani çıxıb minbər üstə və deyir: bir gün Musa Allah-taala dərgahından istida elədi ki, cəmi qəzet yazanların barmaqlarını şil eləsin. Bir gün gözlədi, Allahdan cavab gəlmədi, iki gün gözlədi, Allahdan cavab gəlmədi, axırı Musa əleyhüssəlam səbr edə bilməyib, başlayıb Aşqabadın küçələrini gəzməyə ki, zehni bir az açılsın və Yaşkanın padvalının bacasından baxıb görüb ki, Seyid Məhəmməd Şirvani əyləşib, qabağında bastırma kabab və bir uzun ərizə və o ərizədə yazılıb ki, flan qəzet yazan-kafirdir; ondan ötrü ki, dinə sataşır, Molla İsmayıla sataşır, Seyid Məhəmmədə sataşır.
Əgər Aşqabadda Seyid Məhəmməd Şirvani bir belə qonaqlıq tərtib edə, əvvəl-qabaqca bastırma kababını yeyib haman təkfir ərizəsinə qol qoyanlar olacaqlar Aşqabadın “nadirül-vücud” ağaları, ondan sonra: Molla Xoruzullah, Molla Müseyyib, Molla Heydər Quliyev, Hüseyn Zal, Ömər Xoca, Kərbəlayı İbad qəssab, Hacı Əbduləli hamamcı və cəmi behiştə gedənlər.
Bunun səbəbi nədir? Səbəbi budur ki, bu vücudlar əgər istəsələr Seyid Məhəmməd Şirvaninin xilafına getməyə, o da avam camaatı başına yığıb bunları kafir qələmə verəcək ki, nüfuzdan düşsünlər. “Dəxi nə işim var, qoy canı çıxsın, kaş mən rahat olum”.
Vladiqafqazda hətta “ədib”lərimiz Molla İsmayılın səsini eşidəndə siçan dəliyini satın alıb konsulxanalarda gizlənirlər. Söz yox, axırda bu ağaların adını millət mücahidi qoyacağıq ki, bu, ədəbli dolanıb və hicab məsələsi barəsində mollalara “bəli, bəli” deyib.Amma bunu lazımdır nəzərə almaq ki, məsələn, Gəncədə, yəni müsəlmanların Oksfordunda bu qədər oxumuşların varlığı ilə heç bir kişi öz övrətilə cürət eləyib küçəyə çıxa bilməz: məsələn, Molla İsmayıl Həsənzadə kimi bir molla, məhərrəmdə minbərdə qaradovoya dua eləyəndə bir “millətpərəst” haman mollaya bir söz demir ki, “mollalar və camaat məndən inciməsin”…
Lənət şeytana!
“Nadirül-vücud”un mənası bizim lüğətdə bu idi ki, ərz olundu. Əgər özgə bir mənası da var, - qoy bilənlər desinlər.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 11 aprel 1910, №14
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-nadirul-vucud
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təzəlikdə Amerikada “Hiyufant” vilayətində təzə təsis olunan elektrik stansiyasına bəzi axmaqlar möcüz ad qoyurlar. Guya bu illətə ki, həmin elektrik stansiyasına iki yüz milyon at qüvvəsi əmələ gətirəcək. İyirmi milyon kilovat işıq verəcək və Şimali Amerikanın cəmi zavod və mədənlərinin yarısını işlətməyə və işıqlandırmağa qadir olacaqdır.Bu barədə Bakıda on yeddinci klubun zalında ramazanın 23-də professor Nikolayev tərəfindən müfəssəl məruzə oxundu ki, möcüz o deyil. Möcüz odur ki, həmən gecə qubalılar məscidində bir nəfər ləzgi istəyirmiş minbərə çıxıb xütbə oxusun. Elə ki, ağzını açıb, birdən yıxılıb və həmən saat can verib, ölüb. Həmən saat camaat həyəcana gəlib, bu işi möcüz hesab edib və fövri şeyx cənablarına üç yüz otuz manat pul yığıb, verib, dağılıblar.
Qəribə tapmacaDoğrudan da bu tapmaca çox qəribədir. İndi bir Allah bəndəsinin yolu düşə Parijə, ya Londona. Bu tapmacanı orada söyləyə. Yəqin ki, belə bir sözə orada heç bir kəs inana bilməz.
TapmacaO hansı konsuldu ki, Bakı kimi böyük şəhərə konsul təyin oluna və gəlib çıxa Bakıya. Görə ki, bu şəhərdə yaşayan neçə min təbəəsinin heç birisi nə konsul cənablarının dilini başa düşür, nə də konsul onların dilini bilir. Axırda lazım gəlir ki, bir hambal konsulun hüzuruna gəlib, şikayət eyləməli olsa, məcbur ola öz yanınca bir dilmanc da gətirməyə?Hər kəs bu tapmacanı tapsa, söz verirəm axund-molla Tağıdan iltimac edəm ki, bayram günü ərdəbilli məscidimizə Seyid Mirhəsən Ərdəbiliyə yığdığı altmış manatın yarısını həmən seyidə verəndə və yarısını da bərayi-ehtiyat öz yanında saxlayanda həmən puldan bir qədər xərclik də bizim tapmacanı tapana karsazi eləsin.
QərardadQabaqca bunu ərz edim ki, mən özüm zəhmətkeş bir adamam və bütün ömrümdə həmişə çalışmaqda olmuşam; onun üçün də nə qədər ki, rəməzan ayı gəlib keçib, heç bir dəfə də oruc tutmağa vaxt tapa bilməmişəm; çünki heç vaxt bikar olmamışam. Dərsə gedən uşaqlarım da habelə: onlar da kitab və dəftər içində dərs və qələm-kağıza məşğul olduğundan həmçinin oruc tutmağı yada sala bilməyiblər.Yəni oruc-namaz söhbəti keçən vaxtlar heç yadıma da düşməzdi: heç bilməzdim oruc tutan kimdir, namaz qılan kimdir? Məscidə harada gedərlər, orucu nə vaxt tutarlar, nə vaxt başlanar, nə vaxt qurtarar?
Стихи других поэтов · Сатира
Oylə qorxmam “biş”dən kim, qorxuram “cədvar”dən,Yardən olmam əmin, olsam da gər əğyardən;
Ol gün ki çıxdı Şişədə meydana dördaşıqOl gün ki çıxdı Şişede meydana dördaşıq,Qoydu tamam evleri viranə dördaşıq.
Təmir edən olsaZəhləm gedir, ay Kirpi, qaranlıq gecələrdən,Gəl bir gecə keç sən də bu bərbad küçələrdən.
Əşar (“Kəlniyət”, ağrın bu qoca naqqala”)“Kəlniyət”, ağrın bu qoca naqqala,Bircə sözüm var, onu yaz jurnala,