O hansı konsuldu ki, Bakı kimi böyük şəhərə konsul təyin oluna və gəlib çıxa Bakıya. Görə ki, bu şəhərdə yaşayan neçə min təbəəsinin heç birisi nə konsul cənablarının dilini başa düşür, nə də konsul onların dilini bilir. Axırda lazım gəlir ki, bir hambal konsulun hüzuruna gəlib, şikayət eyləməli olsa, məcbur ola öz yanınca bir dilmanc da gətirməyə?

Hər kəs bu tapmacanı tapsa, söz verirəm axund-molla Tağıdan iltimac edəm ki, bayram günü ərdəbilli məscidimizə Seyid Mirhəsən Ərdəbiliyə yığdığı altmış manatın yarısını həmən seyidə verəndə və yarısını da bərayi-ehtiyat öz yanında saxlayanda həmən puldan bir qədər xərclik də bizim tapmacanı tapana karsazi eləsin.

Axund cənabları desə ki, xeyr, mən pulların hamısını seyidə verdim. Onda biz də onun cavabında iki sübut gətirə bilərik:

Biri rəisi-məscid ağayi-Mirmahmud olsun Allah şahiddi.

İkinci də bu ki, xob, əgər axund həzrətlərinin çeşmidaştı yox idi, bəs nə səbəbə pulları dəsmala yığıb, qurtarandan sonra istədi versin seyidə? Nə səbəbə başladı axıra kimi sayıb qurtarmağa? Bu bir manat, bu iki manat, bu da altmış manat.

Demək, əgər axund cənablarının bu gözlətməsi yox imişsə, nə səbəbə pulun miqdarını bilmək istəyirmiş?

Cırcırama

“Molla Nəsrəddin”, 2 may 1925-ci il, №18

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Təəccüblü işlər

Əfqan padşahının builki Avropa səfəri məni bir para fikirlərə gətirib çıxarır. Sözün doğrusu, mən bir fağır qoca adamam və dünyanın çox da dərin məsələlərindən başım çıxmaz. Amma onu bilirəm ki, əfqan padşahının bu ilki səfəri keçmiş şahların səfərindən bir çox təfavütlü nəzərə gəldi. Təfavutün birincisi budur ki, – necə ki, hamı da görür, – əfqan padşahına cəmi hökumətlər tərəfindən nəhayət dərəcədə və həddindən – artıq mehmandustluq və məhəbbət izhar olundu. Bu da, elə bilirəm, padşahın bəxtindəndir; çünki keçmiş padşahların səfərini yadıma salanda, doğrudan da o şəhid Nəsrəddinşaha lap yazığım gəlir. Belə ki, indiki kimi yadımdadır, Nəsrəddin şah düz qırx il bundan müqəddəm Avropa səfərinin təhiyyə tədarükünü görəndə qabaqca cəmi padşahlardan piş əz vəqt içazə istəmişdi. Doğrusu bu siyasi məsələləri mən nə o vaxt başa duşə bilirdim (çünki mən o vaxt uşaq idim. Uşağın da ki, o qədər dərrakəsi ola bilməz) və nə indi, qoca vaxtımda başa düşürəm (çünki-əslindən siyasi işlərdən mənim o qədər başım çıxmaz, zira mən əslindən bitərəf bir yazıçı mollayam, partiyabazlığnan da işim yoxdur).Ancaq bu yaxşı yadımdadır ki, rəhmətlik Nəsrəddin şaha cəmi padşahlar onların məmləkətinə varid olmaq icazəsini verəndə, tək bircə qudurğan Şvetsariya hökuməti cavab vermişdi ki, əzbəs ki, Şvetsariya məmləkəti “sosializm bayrağına sitayiş edir, bu səbəbdən şah həzrətləri rəsmi surətdə Şvetsariya torpağına daxil ola bilməz və rəsmi mehmannəvazlıq şəraitini həmin cümhuriyyətdən müntəzir ola bilməz və lakin təğyiri-libas olub, adi bir vətəndaş qiyafəsində azad Şvetsariya məmləkətinə hər bir vaxt təşrif gətirə bilər”.

2 мин
“Cəmdək”

Avam arasında “cəmdək” – heyvan ölüsünə deyirlər. Söhbəti burada qoyub, qeyri məsələnin müzakirəsinə keçmək istəyirəm.Dünən küçədə bir müsəlman qardaş məni dayandırıb üzr istədi və soruşdu:

2 мин
Bitərəflər və din

M. Quluyev yoldaşın “Firqə və din” məqaləsinin dalınca*“Kommunist” qəzetinin altı iyul tarixli nömrəsində çap olunmuş haman məqalədə məqalə sahibi ancaq firqənin din və dinsizliyə nə münasibətdə olmağından bəhs edib, biz bitərəflərdən bir söz də danışmır. Və bunun səbəbini də özü bilər.

2 мин
Ləkə

Ləkə pis şeydir. Bunun pisliyi iki babətdəndir:Biri budur ki, ləkə həmişə çirkindir və o yerdə ki, bir ləkə var, – o yer çirkin görsənir. İkinci pisliyi də budur ki, ləkə bir yerə düşəndə, çirkin ləkədən savayı, o yeri yavaş-yavaş deşib yırta da bilər. Onunçün ağıllı və səliqəli insanlar bir yerə ləkə düşən kimi, ciddi-cəhd eləyirlər ki, o ləkəni tezliklə rədd eləsinlər.

2 мин

Стихи других поэтов · Сатира