Avam arasında “cəmdək” – heyvan ölüsünə deyirlər. Söhbəti burada qoyub, qeyri məsələnin müzakirəsinə keçmək istəyirəm.


Dünən küçədə bir müsəlman qardaş məni dayandırıb üzr istədi və soruşdu:

– Molla əmi, ağlın nə kəsir, görəsən, bu babi dini ki, ortalığa salıblar, bu gözəl dini, görəsən, bəs nə səbəbə keçəl-küçəl və tiryəki müsəlmanlardan başqa qeyri millətlər qəbul eləmədilər; məsələn, dünyada nə bir nəfər erməni babisi var, nə gürcülərdən babiliyi qəbul edəni eşidirsən, nə rus, alman, firəng, ingilis, amerikan. Xub, əgər bu din həqiqətdə gözəl, doğru bir dindir, səbəb nədir ki, dünyada dılğır müsəlmanlardan savayı qeyri bir millət bu gözəl dinə yanaşmadı?

Küçədə bu suala cavab verməyi mən bica hesab eləyib, üzr istədim və çıxıb yolumla getdim.


Dünən bütün gecəni bədxab keçirtdim; bu fikir mənim yaxamdan yapışıb əl çəkmirdi:

– Aya, nə səbəbə dünyada nə bir nəfər erməni babisi var, nə gürcü, firəng və rus?..

Ancaq sübhə yavıq xəyalıma bir belə təşbih gəldi.

Bədən ki, var–insan və ya heyvan–nə qədər ki, salamat və təndürüstdür, razı olmayacaq ki, sair həşərat ona daraşsın: bu iki qüvvə bir-biri ilə bir qədər mübarizədən sonra bədən qalib gəlib, həşəratı özündən dəf edəcək. Çünki bədən salamatdır.

Amma zamani ki, bədən qüvvətdən düşdü, – dəxi burada mübarizəyə çıxmaq imkanı tapmayacaq; onun üçün də azardan zəif tapmış bədənə mikroblar həmişə mail olurlar, ta o yerə kimi ki, bədən candan düşdu, nəfəs kəsildi, – dəxi meyit və yaxud cəmdək hər saydığımız düşmənlərin hücumuna bilaixtiyar təslim olur və az bir vaxtda bu ət parçasına milyon və milyardca həşərat daraşır ki, onunla xörəklənib yaşaya bilsinlər.

Bu–təbiətin bir qanunudur ki, Darvin ona həyat mübarizəsi və eyni zamanda “babilik” adı qoyur.

Hər kəs Darvinin kitabını əlinə alıb oxusa, orada xah təbiət tarixindən və xah babi və bəhayilikdən çox nüktələr anlaya bilər.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 5 iyul 1928, №27

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Təzə xəbər

Tükəzban xalanın gəlini, istəyirdi toyuqlara dən səpə, sarı toyuq gözünə sataşmadı. Bir az “cü-cü” eləyib çağırdı, sarı toyuq görsənmədi. Gəlin fikir elədi ki, bəlkə toyuq Fatma xalanın həyətinə keçib və divara tərəf yeriyib divarın alçaq yerindən başını Fatma xalanın həyətinə uzadıb çağırdı:– Ay Fatma xala, sən Allah, bax gör bizim sarı toyuq sizin həyətə keçməyib ki?

2 мин
Quzu

Məmmədhüseynin kirvə oğlusu Qurtbasar kəndindən buna bir quzu sovqat göndərmişdi. Kəblə Məmmədhüseyn istədi quzunu kəsə, amma heyvanın belini əlləri ilə sığallayıb, bıçağı tulladı yerə və arvadına dedi ki:– Bir sümüknən bir dəridən savayı bir şey yoxdu.

8 мин
Molla Fəzləli

Minbərin dibində bir qərib molla oturmuşdu. Helə ki, mərsiyə tamam oldu və məscid sovuşdu, mən də camaatla çıxdım küçəyə, gördüm ki, haman tanıdığım molla mənim dalımca gəlir. Mən buna tərəf çönüb baxanda bu mənə çox ədəblə dedi:– Axund Molla Nəsrəddin, bu gecə sizə qonağam.

7 мин
Nigarançılıq

Tiflisdə “İslamiyyə” mehmanxanasının üçüncü nömrəsinə iki nəfər müsafir düşmüşdü; ikisi də naxçıvanlı idi: biri bəzzaz Məşədi Heydər idi, biri də ayaq üstə alış-veriş eləyən Məşədi Qulamhüseyn idi.Həmin gün mehmanxanaya bir nəfər də gəldi düşdü, bu da şirvanlı Məşədi Məmmədbağır idi ki, özgə nömrələrdə yer olmadığından qabaqkı məşədilərin razılığı ilə həmin üçüncü nömrəyə bir kravat qoydurdu, bunlara yoldaş oldu.

8 мин

Стихи других поэтов · Сатира