Təəccüblü işlər
Əfqan padşahının builki Avropa səfəri məni bir para fikirlərə gətirib çıxarır. Sözün doğrusu, mən bir fağır qoca adamam və dünyanın çox da dərin məsələlərindən başım çıxmaz. Amma onu bilirəm ki, əfqan padşahının bu ilki səfəri keçmiş şahların səfərindən bir çox təfavütlü nəzərə gəldi. Təfavutün birincisi budur ki, – necə ki, hamı da görür, – əfqan padşahına cəmi hökumətlər tərəfindən nəhayət dərəcədə və həddindən – artıq mehmandustluq və məhəbbət izhar olundu. Bu da, elə bilirəm, padşahın bəxtindəndir; çünki keçmiş padşahların səfərini yadıma salanda, doğrudan da o şəhid Nəsrəddinşaha lap yazığım gəlir. Belə ki, indiki kimi yadımdadır, Nəsrəddin şah düz qırx il bundan müqəddəm Avropa səfərinin təhiyyə tədarükünü görəndə qabaqca cəmi padşahlardan piş əz vəqt içazə istəmişdi. Doğrusu bu siyasi məsələləri mən nə o vaxt başa duşə bilirdim (çünki mən o vaxt uşaq idim. Uşağın da ki, o qədər dərrakəsi ola bilməz) və nə indi, qoca vaxtımda başa düşürəm (çünki-əslindən siyasi işlərdən mənim o qədər başım çıxmaz, zira mən əslindən bitərəf bir yazıçı mollayam, partiyabazlığnan da işim yoxdur).
Ancaq bu yaxşı yadımdadır ki, rəhmətlik Nəsrəddin şaha cəmi padşahlar onların məmləkətinə varid olmaq icazəsini verəndə, tək bircə qudurğan Şvetsariya hökuməti cavab vermişdi ki, əzbəs ki, Şvetsariya məmləkəti “sosializm bayrağına sitayiş edir, bu səbəbdən şah həzrətləri rəsmi surətdə Şvetsariya torpağına daxil ola bilməz və rəsmi mehmannəvazlıq şəraitini həmin cümhuriyyətdən müntəzir ola bilməz və lakin təğyiri-libas olub, adi bir vətəndaş qiyafəsində azad Şvetsariya məmləkətinə hər bir vaxt təşrif gətirə bilər”.
Doğrusu, bu söhbətləri burada mən necə ki, bir qoca adam, xatirat olaraq söyləyirəm; yoxsa Allah şahiddir ki, nə Nəsrəddin şahla işim var, nə də əfqan padşahı ilə (amma, görəsən, Əmanullah xan bu yaxşılıqları təqdir edə biləcəkmi?.. )
Xülasə, hərdən bir keçmiş günləri yada salmaq hər bir qoca adamın peşəsidir.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 28 iyun 1928, №26
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-teeccublu-isler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Üsuliddinin birincisi – vəhdaniyyətə qane olmaqdır; yəni – Allah birdir, iki deyil. Dəlili-əqli–filan. Dəlili-nəqli–filan və filan.Və lakin bu söhbətlərin hamısı Oktyabr inqilabı nəticəsində qoydu getdi işinə; zira bir surətdə ki, biz Allahın özünü inkar edirik, dəxi burada tövhid də gedir işinə, qeyriləri də gedir işinə.
Oktyabr kimin bayramıdır?Oktyabr kimə bayramdır, kimə yas? Cəmi zəhmətkeşlər Oktyabrı bayram saxlayanda iki qism insanlar yas saxlayır. Kimdir yas saxlayanlar?1. Tacir və mülkədarlar. Səbəbi?
Yaponiya və biz“Vışka” qəzeti 11 noyabr nömrəsində yazır ki, Yaponiyada paravozun təmiri 6 gün çəkdiyi yerdə bizlərdə haman paravozun təmiri 30 gündən 80 günə kimi çəkir.Buradan mən bir müşabihə götürürəm, bir dindar adamı və bir də dinlə işi olmayan Allah bəndəsini. Bu iki adama iş tapşırsan flan vaxta hərəsi öz işini qurtarsın. Əlbət ki, ikincisi işini qabaqkından tez qurtaracaq: səbəbi budur ki, işin şirin yerində qabaqkı dindar yoldaş cibindən saatını çıxarıb deyəcək: bəh, namazımın vaxtı keçdi.
Köhnə sözlərYazmaq lazım gələndə hər bir yazıçı təzə söz axtarır ki, yazsın. Amma təzə söz tapılmayanda köhnə sözləri yazmağa məcbur olur.Köhnə sözlərin biri Bakı küçələrinin zibilli olmağıdır. Doğrudur, Şəhər idarəsi bir həftə bundan əvvəl bir belə qərar çıxartdı ki, küçələri təmizləmək lazımdır, amma haman qərarı mətbəədə çap edəndə zalım oğlu mürəttib səhvən “təmizləmək” yerinə “təmizləməmək” yazmışdı. Onunçün də ev sahibləri elə güman ediblər ki, Şəhər idarəsi küçələrin zibilli qalmağını xoşlayır və halon ki, belə deyil.
Стихи других поэтов · Сатира
Birdən-birə dünyaya böyük ğülğülə düşdü,Bu ğülğülədən ali-Roman müşkülə düşdü.
MollanınGəlib orucluğun dəmi, çıxır sədası mollanın,Bu ayda müstəcəb olar bütün duası mollanın.
Tanıya bildimSəni gec də olsa tanıya bildim,Vətənə, millətə gərəksizsənmiş.
Harda düşür vur şitil iranlıyaHaıda düşür vur şitil İranlıya,Pampaca sal hər mitil iranlıya.