Birdən-birə dünyaya böyük ğülğülə düşdü,Bu ğülğülədən ali-Roman müşkülə düşdü.

İnsafına, vicdanına «lə’nət» bu cahanın,Yıxdı evini zülm ilə övladi-Romanın,Yummuşdular üç yüz sənə ağzın füqəranın,İmdisə bu iş bəs necə dildən-dilə düşdü,Övladi-Roman bax necə bir müşkülə düşdü!

Rusiyyədə üç yüz sənə bir amiri-mütləq,Birdən-birə başı gicəlib vurdu məəllaq,İnsaf idi, ayə, pozula bir belə rövnəq?!Hürriyyət olub da «dayımız» əngələ düşdü,Bilməm bu nasıl atəş imiş məş’ələ düşdü?!

Saxlardı məhəbbətlə bizi əski hökumət,Doxsan sənə qoymuşdu əsarət bizi rahət,Viranlığı cahililə sanırdıq mədəniyyət,Heyvan kimi əfsarimiz əldən-ələ düşdü,Çarə nədi, keçmişdə bizimki belə düşdü!

Bir parça havavü həvəs olmuşdu hökumət,Şeytanlar ilə həmnəfəs olmuşdu hökumət,Zalimlərə imdadrəs olmuşdu hökumət,Axırda palan əydi, dalından şələ düşdü,Məhv oldu, bizimtək evinə vəlvələ düşdü.

Əlhəqq bu hökumət bizi tə’zim eləyirdi,Dinsizliyi, dilsizliyi tə’lim eləyirdi,Həqqin verərək hər kəsi təkrim eləyirdi,İmdisə nədən bəs başımız cəncələ düşdü?Can verdi hökumət sürüşüb məzbələ düşdü?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İntihar ərəfəsində

Birdən-birə yadıma düşdü. Miss Hannanın nə vəziyyətdə olduğundan xəbərim yox idi. Şübhəsizdir ki, o, osmanlılarla bərabər çəkilib gedə bilməyəcəkdi, çünki onlar çəkilərkən Təbrizə girə bilmədilər. Miss Hannanın özü də Helmi ilə bərabər getmək istəmirdi, o, «Təbrizdə məhv olmaqdan qorxmuram, lakin osmanlılara qoşulub getməkdən qorxuram? demişdi.Mən miss Hamnanı, rus qoşununun qabaq dəstələri şəhərə girdiyi zaman xatırladım. Şeşgilandan gəlirdim, yolum onun qapısından düşəcək idi. Onunla görüşməyi və vəziyyətini yoxlamağı düşünürdüm. Mən onun qapısının qabağına gəlirkən xidmətçisi kiçik təbrizli oğlan məni görər-görməz dəhşətli bir surətdə:

9 мин
Çar konsulu gəlir

Çar təbəələri və çar himayəsində olanların qapılarında çar bayrağının yellənməsi konsulun Təbrizə daxil olmasını bildirirdi. Bunu yalnız bayraqlardan deyil, hər şeydən görmək mümkün idi. Dərvişlərin qəsidələri, dilənçilərin duaları, korların sızıltısı, mərsiyəxanların mərsiyəsi, müctəhidlərin moizəsi də deyirdi ki, imperatorun konsulxanası açıqdır.Səhər tezdən çar və onun ailəsinin şəkillərini satan Məşədi Məmmədəli dükanını açıb şəkillərin üzünü silir və bir-bir düzüb müştəri səsləyirdi.

19 мин
Friksonun evində

Gecə saat 11-də şiddətli qar yağırdı. Küçələrdən camaat evlərinə çəkildiyi vaxt mən də Həsənağa və Tütünçüoğlunu götürüb Amerika konsulxanasına yola düşdüm. Qapını vurduq, sanki qapının dalısında adam durub bizi gözləyirmiş, bir saniyə içində qapını açıb bizi içəriyə buraxdılar. Qışın soyuğuna baxmayaraq, Frikson başı açıq balkonda gəzir və bizim intizarımızı çəkirdi.Biz balkona çıxdıq, balkonda Həsənağa və Tütünçüoğluna muraciətlə:

9 мин
Jandarm təşkilatı

Sərdar Rəşid konsulxana ilə olan əlaqəsi barəsində bizə düzgün xəbərlər vermirdi. Onun verdiyi xəbərlərin bir çoxu əsassız xəbərlər idi, biz onun verdiyi xəbərləri bir də Mirzə Ələkbər xan vasitəsilə yoxlayır və əsilsiz olduğunu təyin edirdik.Mirzə Ələkbər xan özünü bizim sərəncamımıza vermişdi, hər halda, o, konsulxanada olan sirlərin hamısını da olmasa, mühüm bir qismini bizə verirdi. Sərdar Rəşidin verdiyi xəbərlər isə:

13 мин

Стихи других поэтов · Сатира