Страница 1 из 3

Çar təbəələri və çar himayəsində olanların qapılarında çar bayrağının yellənməsi konsulun Təbrizə daxil olmasını bildirirdi. Bunu yalnız bayraqlardan deyil, hər şeydən görmək mümkün idi. Dərvişlərin qəsidələri, dilənçilərin duaları, korların sızıltısı, mərsiyəxanların mərsiyəsi, müctəhidlərin moizəsi də deyirdi ki, imperatorun konsulxanası açıqdır.

Səhər tezdən çar və onun ailəsinin şəkillərini satan Məşədi Məmmədəli dükanını açıb şəkillərin üzünü silir və bir-bir düzüb müştəri səsləyirdi.

– İmperatorun özüdür, vəliəhdidir, iki gözüdür. Bu məlikəsidir, bu qızlarıdır, bu də əmisidir. Çox da ucuzdur, biri bir tüməndir, doqquz qran eləmişik. Xəbərin olsun ay təbrizli, gəl tamaşasına!.. Bu imperatorun vəzirləridir, bu imperatorun generallarıdır... Bu qubernatorlar, bu naçalnik, bu da pristavlarıdır. Bu da qaradovoylarıdır. Ucuz elədik, qaradovoyun biri bir qran! Yubanma, kasıb, səkkizcə dənə qaradovoyumuz qalıbdır.

Mən iki gün əvvəl bu dükanın qabağından keçəndə o, gələnlərə başqa şəkillər təqdim edib oxuyurdu:

– Bu Soltan Məhəmməd Xamisdir, xəlifeyi-ruyi zəmindir. Ənvər paşa da həmindir. Bu qardaşlarıdır, bu əmiləridir, bu toplarıdır, bu da gəmiləridir...

Konsulun görüşünə birinci olaraq sərdar Rəşid getmişdi. Hər halda onun bizə söz verdiyinə və kağız imza etdiyinə baxmayaraq, ona əmin olmaq çox çətin idi, o, ruslar gəldikdən sonra arxasını onlara verib bizi sata bilərdi. Buna görə də mən bu məsələnin nəticəsindən qorxurdum. Evə gəldim, birinci kərədir ki, Rusiya qəzetləri Təbrizə gəlirdi, oturub qəzet oxuyurdum. cRusskoye slovo» qəzeti məni məşğul etmişdi, cəbhə xəbərləri ilə maraqlanırdım. Nina da evdə yox idi. Nigaran idim, onun konsulxanadan nə kimi xəbərlər gətirməsini gözləyirdim. Telefonun zəngi vurdu. Dəstəyi götürdükdə sərdar Rəşidin səsini eşitdim. O:

– Salam, cənab Əbülhəsənbəyl – dedi, – Təzə xəbəri bilirsinizmi?

– Xeyr, bilmirəm!

– Cənab general-konsul məni hüzuruna çağırmışdı.

– Elə isə sizi təbrik edirəm!

– Sizi də təbrik etmək lazımdır. Haqqınızda cənab konsula o ki, lazımdır ərz edib sizin xidmətinizi bir-bir tərif etmişəm, hətta o dərəcəyə gəlib yetişdi ki, cənab general sizə xüsusi salam yetirməyi mənə tapşırdı.

– Bunların hamısı həzrət əşrəfin bizə olan iltifatından asılıdır. Bizim həmişə sizə kiçikliyimiz olmuş, yenə də olacaqdır. Sağlıq olursa, biz də bunun əvəzində sizə bəndəçilik edərik. Əlbəttə, biz özümüzü sizin böyük xanədanınıza mənsub bildiyimiz üçün iftixar edə bilərik.

Mən bu cür sözlərdən və İran tacirlərinə məxsus quru və həqiqətdən uzaq kəlmələrdən bir xeyli dedikdən sonra, sərdar Rəşid də özünü həqiqətən bu dediklərimə layiq bilərək:

– Belədir ki, var, – dedi, – həmişə kölgəmiz sizin üstünüzdə olacaqdır. Mən elə istəyirdim ki, cənab Əbülhəsənbəylə bir də oturub ətraflı danışaq və gələcək xətt-hərəkət barəsində bir daha qərarlaşaq.

– Həzrət əşrəf hər zaman buyurarsa, bəndə hazıram. Bəndə öz tərəfimdən qəti söz verirəm ki, bütün qüvvətimlə həzrət əşrəfin nüfuzunun xalq arasında böyüməsi üçün çalışacağam və həzrət əşrəfin düşmənlərini öz düşmənim hesab edib, mübarizə aparacağam.

– Qeyrətinizə, namusunuza qurban! Mən buna inanıram... Mən də sizin kimi namuslu vətəndaşlara arxalanıb, bu vəzifəni qəbul etmişəm. Zənnimcə, tezliklə görüşəcəyik.

«Həzrət əşrəfə mənə dua edə-edə telefonun dəstəyini yerə qoydu. Oturub qəzet ilə məşğul olmağa başladım. O qədər çəkmədi ki, Nina gəldi, tələsik əlcəklərini çıxarıb cibinə qoydu, paltosunu, şlyapasını tutub asdılar, o, Təhminə xanıma müraciətlə:

– Ana, üşümüşəm, mənə bir stəkan çay versinlər, – dedi və gəlib oturdu. O hələ bir söz demədən mən onun gözlərinə və çöhrəsinə baxırdım. Mən həmişə şad və qəmgin xəbərləri onun çöhrəsindən və gözlərindən oxuyardım.

Yenə də Ninanın gözləri gülürdü, yenə də onun çöhrəsinin hər iki tərəfində çuxurlar açılırdı, o, sevinə-sevinə bir məktub çıxarıb mənə verdi.

«Cənab Əbülhəsənbəyl Bu gecə saat 11-də konsulxanada düzələn görüş ziyafətinə Nina xanımla bərabər gəlmənizi arzu edirəmə.

Məktubu general-konsul yazmışdı, o bu ziyafətlə öz qələbəsinin bayramını etmək və diplomat nümayəndələri ilə görüşmək istəyirdi.

Nahar süfrəsinə oturmamış telefonun zəngi vurdu, danışan yenə də sərdar Rəşid idi:

– İndi bu saat cənab generalın öz əli ilə yazılmış bir dəvətnamə aldım, saat 11-də ziyafətə dəvət edilmişəm. Bilmirəm sizinlə orada görüşə biləcəyikmi? Bunu çox arzu edirdim. Zənnimcə, ziyafətə cənab general sizi dəvət etməmiş olmaz, çünki bəndə o ki, lazımdır tapşırmışam.

– Bəli, bizi də dəvət etmişlər, axşam orada görüşəcəyik, – deyə dəstəyi asdım.

Süfrə başında Nina konsulxanadan aldığı məlumat haqqında danışmağa başladı:

– Konsul sərdar Rəşidin şeylərinin getməsindən həyəcana düşmüşdür, çünki onlar həmin vəsiqələrin getməsi nəticəsində sərdar Rəşid kimi sadiq bir nökəri itirmələrindən qorxurlar. Sərdar Rəşidin nişanının aparılmasına o qədər əhəmiyyət vermirdi, çünki onu əvəz etmək mümkündür. Sərdar Rəşidi yanına çağırmışdı, onunla uzunuzadı danışdı, sərdar Rəşid onun yanından çox şad bir üzlə çıxdı, sevindiyindən yerişini belə itirmişdi. Sərdar Rəşid getdikdən sonra konsul məni yanına çağırıb kefimi soruşdu və əlim əlindəykən: «Bu saat mənim yanımda sizin dostunuzdan möhtərəm və namuslu bir şəxs yoxdur. Siz bir-birinizə layiqsiniz. Get mənim salamımı ona yetir və bu məktubu da ona verlb – dedi.

İndi mən qismən sakit olmuşdum. Sərdar Rəşid imzasının hörmətini gözləyərək, bizim haqqımızda müsbət məlumat vermişdi. Ziyafətə hazırlanmaq lazım idi. Hələ vaxta bir saat qalmışdı, konsulun avtomobili qapıda dayandı, bizim ziyafətə bir saat tez getməyimiz lazım gəlirdi. Nina bütün qiymətli zinətlərini üstünə taxdı, bununla da konsula özünün qələbə bayramını şadlıqla qarşıladığını anlatmaq istəyirdi.

Mən də təmiz və ziyafətə məxsus paltarlarımı geyinmişdim, bu halda Məşədi Kazım ağa içəri girdi, bizi geyinmiş görüb soruşdu:

– Hara belə təşrif aparmaq istəyirsiniz?

– Konsulxanada düzəlmiş böyük ziyafətə gedirik.

– Bu ziyafətdə bəndə üçün bir çörək bişirəcəksiniz, ya yox?

– Bişirmişəm, xatircəm olun, bundan sonra rusların bütün ticarəti yenə də əvvəldə olduğu kimi sizin əlinizdə olacaqdır. Sizin yenədəmi alış-verişə ehtiyacınız vardır? Pulların faizi kifayət etmirmi?

– Hələ günəşin başı yarımçıqdırl – dedi və tez qayıdıb evinə qaçdı, on dəqiqədən sonra ən qiymətli bir sancaq gətirib Ninanın döşünə taxdı.

– Məşədi Kazım əmin səni cöldən tapmayıbdır, – dedi və güldü. İnqilabdan milyonlar qazanmış bu tacir dalımızca: – Gedin, işləriniz uğurlu olsun, – dedi və Ninaya müraciətlə: – Qızım, onu ağanın yadina salarsan hal – deyib bizi avtomobilin yanına qədər ötürdü.

Biz konsulun ziyafət salonuna yox, öz xüsusi otaqlarına, ailəsi yaşayan mənzilə getdik. Ziyafət otaqlarında heç kəs yox idi, çünki çox tez idi. Konsul mənim əlimi sıxdığı zaman:

– Çox şadam ki, – dedi, – yenə də sağ və salamat görüşdük. Hərgah Təbrizdə sizin kimi bir neçə mədəni, əqilli adamlar olsaydı, hərgah beş nəfər sizin kimi öz vətəninin səadətinin harada və kimlərdə olduğunu anlasaydı, hər iki dövlətin mənfəəti və dostluğu zərrə qədər xələldar olmazdı.

Mən konsulun cavabında:

– Doğrudur, cənab general! – dedim. – 11-ci ilin hadisəsi bizim üçün bir ibrət dərsi olmuşdur. O zaman bir çoxları xalqın avamlığından istifadə etdi. Xalqı özünə mədəniyyət və səadət gətirən çar ordusunun və çar diplomat nümayəndələrinin üzərinə qaldırdı, nəti- «ədə minlərcə rus və iranlı qanı töküldü. Cənab general bilir ki, son günlər Təbriz yenə də həmin təhlükənin qarşısında durmuşdu. Həmin bədbəxtlik yenə də xalqın başı üzərində dolaşırdı, bunun üçün də cənab general Təbrizdən getdikdən sonra biz camaatı başa saldıq, onları təşkil etdik, bu gələnlərin Təbrizi qarət etmək və xalqı öz dostunun, öz mehriban qonşusunun üzərinə qaldırmaq üçün gəldiklərini izah etdik. Bizim bu təşəbbüsümüzə mane olanları cəzalandırdıq, xalqın özünü, rus təbəələrini, rus himayəsində olanları müdafiə üçün dəstələr düzəltdik. Lakin əlimiz boş idi. Silahsız bir iş görmək olmayacaqdı, cənab sərdar Rəşidə müraciət elədik, o bizi çox hörmətlə qəbul etdi, bizdən silahı müzayiqə etmədi. Bizim bu təşəbbüsümüzün gözəl nəticələrindən birisi də budur ki, onlar erməni xalqını qətlqarət edə bilmədilər. Şükür olsun ki, müvəffəq olduq, bir nəfərin də burnu qanamadı, yenə də silahları və patronları aparıb həzrət əşrəfin göstərdiyi adamlara təhvil verdik.

General-konsul ikinci kərə əlimi sıxaraq:

– Bu barədə erməni xalqı yazılı olaraq sizdən mənə razılıq göndərmişdir, cənab sərdar Rəşid biz Tiflisdə olanda sizin barənizdə teleqramla məlumat vermişdir. Bu günün özündə haqqınızda təfsilən danışdı və silahları eynən təhvil verdiyinizi qeyd etdi. Mən də öz tərəfimdən sizi əmin edirəm: biz bu kimi hadisələrdə öz köməyimizi sizdən əsirgəməyəcəyik. Bizim bütün məqsədimiz odur ki, Təbriz xalqı Rusiyanın özünə dost olduğunu bilsin. Əlhəmdülillah bunu da xalq sizin kimi namuslu şəxslərin vasitəsilə bilib və anladı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İran Culfasında

Araz çayının üstündən salınan körpünün o biri başında keçmişdəki kimi qarovul və yoxlayıcı postu var idi. İran məmuru Qara Mahmud xan yenə də öz kürsüsünü orada qoyub oturmuşdu, lakin nə o gəlib-gedənlərə, nə gəlib-gedənlər ona əhəmiyyət verirdi. İran gömrük məmuru artıq yoxlayıcı vəzifəsi deyil, tamaşaçı vəzifəsini daşıyırdı. Çar istilasının təsirləri gömrük məmurlarının damarlarına qədər təsir etmiş, onları müstəmləkə şəraitinə öyrətmişdi. Bizi rus Culfasından İran Culfasına aparan fayton düz-doğru sürüb körpünü keçdi, kimsə onun hara getdiyini soruşmadı və ya soruşmağa cürət etmədi. Mən əcnəbi qiyafətində idim, yanımdakı qız da amerikalıya deyil, rus qızına bənzəyirdi. Buna görə də faytonumuza yaxın düşən olmadı, heç kəs çar istilasının əzəmətini düşürmək və çar təbəəsini ətrafına dolanmaqla onun şərəfinə toxunmaq cürətində bulunmadı..Biz isə çar təbəəsi olmadığımızdan pasportumuzu vizə etdirməli idik. Pasport idarəsinin qarşısında faytonu saxladıq. Bizi yoxlamalı idilər.

9 мин
Livarcan yaylasına doğru

Culfa olduqca isti idi. Yaşamaq, nəfəs çəkmək mümkün deyildi. Xüsusən bu iqlimə adət etməyənlərə bura cəhənnəm qədər dözülməz gəlirdi. İstidən artıq havanın pozuqluğu və toz insana əziyyət verirdi. Minlərcə fayton və araba karvanlarının yerləşdiyi bu ticarət mənbəyi küləkli günlərdə toz buludlarına çulğalanırdı.Xanla məsləhətləşdik, yol açılıncaya qədər Livarcan yaylasına köçməyi qərara aldıq. Bura dağlıq, bağçalıq bir yerdir. Sərin suları, gözəl binaları olan kiçik bir şəhərdir. Mənim Culfada qalmağım da qorxulu idi. Mən Livarcan yaylasına getmək qərarına gəldiyimi miss Hannaya söylədim.

11 мин
«Şahın bibisi oğlu»

Livarcanın ağası Hacı xan iki oğlu və nökərləri ilə bərabər bizim istiqbalımıza çıxmışdı.Gecənin qaranlığında küçələr nökərlərin saxladığı böyük fənərlərlə işıqlanmışdı.

6 мин
Hacı xan

Poçt-teleqraf rəisi ilə mən hamıdan əvvəl yatağımızdan çıxıb əl-üzümüzü yuduq, balkona çıxarkən Hacı xanın bizdən əvvəl qalxdığını gördük. Bərabər oturub bir o qədər söhbət etmişdik ki, onun qulluqçularından biri gəlib baş əyərək:– Cənab xan, hamam hazırdır, – dedi.

17 мин

Стихи других поэтов