İntihar ərəfəsində
Birdən-birə yadıma düşdü. Miss Hannanın nə vəziyyətdə olduğundan xəbərim yox idi. Şübhəsizdir ki, o, osmanlılarla bərabər çəkilib gedə bilməyəcəkdi, çünki onlar çəkilərkən Təbrizə girə bilmədilər. Miss Hannanın özü də Helmi ilə bərabər getmək istəmirdi, o, «Təbrizdə məhv olmaqdan qorxmuram, lakin osmanlılara qoşulub getməkdən qorxuram? demişdi.
Mən miss Hamnanı, rus qoşununun qabaq dəstələri şəhərə girdiyi zaman xatırladım. Şeşgilandan gəlirdim, yolum onun qapısından düşəcək idi. Onunla görüşməyi və vəziyyətini yoxlamağı düşünürdüm. Mən onun qapısının qabağına gəlirkən xidmətçisi kiçik təbrizli oğlan məni görər-görməz dəhşətli bir surətdə:
– Kömək edin! - deyə qışqırdı.
Mən içəridə bir hadisə üz verdiyini zənn etdim, çünki belə zamanlarda bədbəxt hadisə hər kəsə üz verə bilərdi. Yerli hökumətin inzibati qüvvəsi yox kimi idi. Osmanlılar çəkilmişdi, ruslar isə hələ Təbrizi tamamilə işğal edə bilməmişdi. Buna görə də bir çox oğrular və cinayətkarlar evlərə soxulurdu. Hətta son günlər osmanlı əsgərləri paltarlarına girən bir çox məhlə lotuları da xalqın evinə girib qiymətli şeyləri tələb edirdi. Bizim adamlarımız osmanlı əsgəri qiyafəsində olan iyirmi nəfərə qədər oğrunu tutmuşdu.
Bu fikirlə də mən amerikalı qızın evinə girdim. Hələ həyətdəki pilləkənlərə yetişməmişdim ki, evdən boğunuq səslər eşitdim:
– Burax məni! Burax! Mənə rəhm et, burax!
Evdə soyğunçu olduğunu zənn edərək tapançamı çıxarıb içəri girdim. Məni heyrət götürdü. Qız saçları dağılmış halda əlində tapança çapalayırdı, xidmətçi qoca qadın isə onun hər iki qollarını bərk-bərk qucaqlayıb qızın özünü vurmasına maneə törədirdi. Qız isə çapalayaraq:
– Burax məni! - dedikdə qadın da:
– Kiçik xanım, anana rəhmin gəlsin, atanın gözü yoldadır, cavan canına rəhmin gəlsin, – deyərək onu buraxmaq istəmirdi.
Mübarizə çox şiddətli idi, onların hər ikisi son qüvvəsi ilə çalışırdı. Mən tapançanı cibimə qoyub irəlilədim, qız mənim içəri girdiyimi bilmirdi. Mən onu səslədim:
– Miss Hannal Tapançanı mənə ver!
Bu səs qızın qulağına yetişən kimi başını silkələyib, saçlarını yana atdı, məni görürkən qoca qadın da onu buraxdı. Qız əlində tapança üstümə yüyürdü, yanıma yetişərkən tapançasını qaldırdı, qoca xidmətçi bunu görürkən qışqırdı.
– Aman, buraxmayın, o özünü də, sizi də məhv etmək istəyir!
– dedi.
Mən çox soyuqqanlı bir surətdə əlimi uzadıb onun incə biləyindən tutub sıxdım, tapança əlindən düşərkən sol əlimlə tutub cibimə qoydum.
Amerikalı qızın biləyini buraxmadım, çünki o, bayılmaq ərəfəsində idi: onu tutub yumşaq divanın üstünə qoydum. Xidmətçi qadın da yorulmuşdu. vəziyyəti fəna idi, mən ona müraciətlə:
– Gedin, rahat olun! – dedim.
O getdi, xidmətçi oğlana su gətirməsini əmr etdim. Dəsmalımı isladıb qızın ürəyinin üstünə qoydum, ürəyi adi halında vurmağa başladı, lakin hələ gözlərini açmamışdı. Bu vəziyyət bir saat davam etdi. Mən onun saçlarını üzündən kənar edib, başını sığalladığım zaman o, gözlərini açıb, başını köksümdə görərək ağladı:
– Nə üçün məni rahat olmağa buraxmırsınız? – dedi. – Mənim dostum. məniyyətcə ölmüş bir qızı ölümdən qurtarmağın mənası nədir? Siz özünüz təsəvvür edin: mənim üçün yaşamaq imkanı vardırmı? Mən bütün mədəni bəşəriyyətin yanında üzüqarayam, harada İ- i “əl İ N.
İ , yerim vardır? Mənim üzüm də, vicdanım da, biliyim də... Hər şeydən təmiz olan sevgim də xalqın nəzərində ləkəlidir.
– İntihar yaramaz! Bu, qeyri-adilik və acizlikdir.
– İntihar xoş olmayan həyata qarşı gözəl bir protest deyildirmi?
– «İntiharə öz səhvlərini islah etmək istəməyənlər, acizlər, bacarıqsızlar, qorxaqlar üçündür, – dedim.
Amerikalı qız ağlaya-ağlaya dedi:
– Öz səadətləri üçün bütün dünyanın səadətini almağa hazır olan, milyonların bədbəxtliyi üzərində səadət qurmaq istəyən almanlar mənim də səadətimi əlimdən aldılar. Onlar mənim sadəliyimdən istifadə etdi, məni casusluq çirkabına batırdılar. Onlar məni öz əlimlə casusluq kağızını imzalamağa məcbur etdilər. İndi mənim kimi bir qızın yaşamasının bəşəriyyət üçün nə əhəmiyyəti vardır? Tutaq ki, mənim vicdanım casus vicdanı deyildir, buna kim inanar? Mən ürəyimi xalqın qabağına qoyub onda casusluğa aid bir duyğu olmadığını isbat edə bilərəmmi? Kim mənim qəlbimi oxuya bilər? Kimin də nə işi vardır? İndi, bu saat casusların qəlbini yoxlamaq üçün kimdə vaxt vardır? Birisi sizin özünüz... Nə üçün də mənə inanasınız? Mənim öz əlimlə imza etdiyim casusluq vəsiqələri alman konsulxanasının arxıvindədir. Mənim həbs edilməyim üçün Rusiya konsulxanasında əmrnamələr vardır. Amerika konsulxanasına da mənim alman casusu olmaq münasibəti ilə həbsə alınacağımı xəbər vermişlər. Böyük dünyanın harasında mənim yerim vardır? Milyonları yaşadan dünya bəzən bir nəfəri yaşatmaqdan da boyun qaçırarmışl Dünyada vəhşilərin, canavarların, yırtıcıların, bütün canlı və cansızların yaşamaq səlahiyyəti olduğu halda, mən yazığa, mən bədbəxtə yer yoxdur.
Qız heç bir vəchlə sakit ola bilmirdi. O, Helminin tamamilə getdiyini, bütün canlı qüvvəsini Yam gədiyi altında basdırıb qaçdığını, rusların Təbrizə girəcəyini eşitdiyi və özünün həbsə alınacağını hiss etdiyi üçün özünü məhv etmək istəyirdi. Mən ona sözün açığını deməmişdim. O, rus və alman konsulluqları arxivində olan vəsiqələrin bizim əlimizdə olduğunu bilmirdi, o yenə də məni tanımırdı, onun üçün yaşamaq imkanı yarada biləcəyimi xəyalına belə gətirmirdi.
Mən onun saçlarını sığallayaraq təsəlli verir və deyirdim:
– Siz məna inanın, hələlik siz yaşamaq imkanından tamamilə məhrum deyilsiniz. Siz özünüzün vicdanən casus olmadığınızı göstərməklə xalqı inandırmalısınız, intihara gəldikdə o, insanın üzərinə atılan ləkələri daha da tutqunlaşdırar. Sizin Almaniya konsulxanasında imza etdiyiniz vəsiqə və rusların əlinə düşmüş məktubunuz, konsulxananın sizin haqqınızda verdiyi əmmamələr oğurlanmışdır. Helmi onları çoxdan bəri apartdırmışdır. Mən sizin üçün yaşamaq imkanı yaratmağa söz verirəm. Sizə gəldikdə, yenə də almanlarla əlaqədə olmalı və əski rabitəni qırmamalısınız.
– Yenədəmi casusluq etməliyəm?
– Xeyr. Siz indi almanların tələbi və bir məcburiyyətin nəticəsində deyil, öz vicdanınızın tələbi ilə İran kəndlisi və İran yoxsulunun nəfinə çalışmalısınız. Siz üzərinizdə olan ləkələri yalnız sədaqət, səmimiyyət və iradəli bir qız olmaq nəticəsində təmizləyə bilərsiniz. Ayağa durun, özünüzü ələ alın. Bir stəkan çay hazırladın, mən də sizinlə çay içəcəyəm. Sabahdan etibarən sizin üçün başqa bir bina tapdıraram, buradan köçməyiniz lazımdır. Siz hələ mənim yanımda olan hörmətinizi tamamilə itirməmişsiniz. Mən yenə də sizə baxanda Culfadakı, Livarcan yaylasındakı miss Hannanı görürəm. Sizi itirmək mənim vicdanım üçün çox ağırdır, buna görə də nicatınız üçün çalışacağam.
Doğrudan da, biz qızı mühafizə etməli idik. Onda bizim bir çox sirlərimiz var idi, o bizim təşkilata az yaxşılıq etməmişdi, o özü bilmədən Almaniya əks-kəşfiyyatına satılmışdı, bəlkə də, bunu özünün dediyi kimi bizə bir xidmət və şəxsən mənə sədaqət göstərmək məqsədi ilə etmişdi.
Gənc qız mənim verdiyim nicat vədlərindən fövqəladə bir surətdə sevindi, indi də o, şadlığından ağladı, əlimi tutaraq öpmək istədikdə əlimi onun əlindən aldım, o isə mənim boynuma sarılaraq üzümdən öpdü və:
– Mənə inanın, mənim göz yaşlarım saxta göz yaşları deyil,
– dedi. – Mən ən bədbəxt və ən sadə bir qızam. Siz məni casus hesab edib dodaqlarımdan iyrənməyin. Mən casus deyiləm, sizi öpən yenə də keçmişdəki Hamadır. Mən sizə və sizin mənsub olduğunuz xalqa yardım göstərmək üçün alman konsulunun xain tələsinə düşdüm.
– Hər şey yaxşılığa gedir, – dedim.
– Kimbilir, bəlkə də... Amma məhəbbətiniz olmasaydı, mən bu vəzifələri öhdəmə götürməzdim. Lakin kor-koranə daşıdığım vəzifədə nə sizi, nə də sizin mənsub olduğunuz xalqı satmamışam. Mən ancaq alman konsulunun tapşırığına görə rusların əleyhinə çalışmışam, bunu sizin üçün də mənfəət hesab etmişəm. Hərgah o vəsiqələr sizin əlinizə düşmüş olsaydı, mənim doğru dediyimə inanacaqdınız.
Doğrudan da, Almaniya konsulluğuna aid vəsiqələr içərisində nə miss Hanna, nə də başqaları tərəfindən bizim əleyhimizə verilmiş materiallar yox idi. Amerikalı qızın dedikləri doğru idi, buna görə də onun daxili əziyyətlərini azaltmaq üçün:
– Sizi əvvəlki vəziyyətinizə qaytarmış olarsam, sözümə baxarsınızmı?
Qız yenə də boynuma sarılaraq:
– Mənim ruhum, - dedi, – mən sizin nə zaman sözünüzdən çıxmışam ki?
– Sözümdən çıxmamışsınızsa, işlərinizi məndən gizlətmişsiniz. Bu iş bizim səmimiyyətimizə yaraşardımı?
Qız bu sözümdən utandı və:
– Doğrudur, məni cəzalandırınl – dedikdə mən:
– Bunun üçün də sizi cəzalandırdım, məgər biləyinizin ağrısını hiss etməyirsinizmi?
Qız biləyinə baxmadan:
– Ürəyimin ağrısı daha şiddətli olduğu üçün biləyimin ağrısını unutdum.
Miss Hannanın biləyini, tapançanı almaq üçün özüm də hiss etmədən elə dəhşətli sıxmışdım ki, onun biləyində barmaqlarımın yeri qalmışdı, o biləyinə baxaraq bir ah çəkdi və:
– Bu yadigar biləyimdə həmişəlik qalsaydı! – dedi.
– Heç darıxmayın, siz yenə də özünüzü xoşbəxt hiss edəcəksiniz. Sizin qiymətli şeylərinizi də yığışdırıb saxlatdırmışam, sizə verilən yadigarlar, hədiyyələr tamamilə yerindədir. Təzə binaya köçdüyünüz zaman onları sizə qaytaracağam.
Miss Hamna bir ah çəkərək:
– Hər şeyi bərpa etmək mümkündür, lakin mənim Amerika konsulxanasında itirdiyim hörmətimi bərpa etmək mümkün deyildir,
– dedikdə mən:
– O da mümkündür, gözəl qız, – dedim.
– O gözəllik də məhv oldu, varlığım bu bir neçə günlük daxili əziyyətlərin pəncəsində çeynənib bitdi.
– Sizin gözəlliyinizə heç bir xələl yetməmişdir.
– Doğrudur, çünki siz mənə baxdıqda, gözünüzə ancaq bir miss Hama görünür, lakin o dəyişmiş, dəyişməmişdirsə, onda da, indi də bununla işiniz olmamışdır, siz daima mənə fərqsiz bir nəzərlə baxmışsınız. Bunun səbəbini də bilmədim, sizi öyrənməyi bacarmadım. Qızların bir xəstəliyi də burasındadır ki, onlar özlərinə əhəmiyyət verməyən adamlara daha sıxı bir surətdə bağlanırlar. Bu xəstəlik məndə daha artıq idi. Mən dünyada sizdən gözəl, sizdən mədəni və sizdən bacarıqlı bir adam bilmirdim. Mən sizə bəslədiyim səmimiyyəti heç bir kəsə bəsləməmişəm. Onun xatirəsi üçün mənə kömək edin, mən məhv oluram.
– Mənim dostum, elə bilirəm ki, sizə olan hörmətimi hiss etməmiş deyilsiniz, mən də sizin özümə olan səmimiyyətinizi və sevginizi hiss edirəm. Hərgah bizim qarşılıqlı sevgimiz indiyə qədər bir nəticə verməmişsə, bunun da böyük bir səbəbi vardır, lakin hadisələr bu kimi səbəbləri aydın etməyə və sevgi kimi şəxsi işlərlə məşğu! olmağa imkan verməmişdir. Sizə yardım vermək məsələsinə gəldikdə, bütün varlığımla hazıram. Sizi Amerika konsulxanasında işə düzəltməyə qədər sizə söz verirəm. Bilmirəm, siz Amerika konsulxanası tərkibində baş verən təbəddülatı eşitmişsinizmi?
– Xeyr, eşitməmişəm.
– Konsul getmişdir, yerinə təzə konsul gələcəkdir. Bütün konsulxana işlçiləri, katib Friksondan başqa, dəyişilmişdir.
– Frikson qalırsa – bəsdir.
– O sizə heç bir şey edə bilməz.
– Mənim böyük düşmənim odur.
– Nə üçün?
– Mən onun arvadı Saranı təhqir etmişəm.
– Nə üçün?
– Çünki o qadın əxlaqsızdır. O sizinlə tanış olmaq istəyirdi. O bizim dostluğumuzu qırmağa çalışırdı.
– Bunlarda işiniz yoxdur. Deyin görüm konsulxanada çalışmaq istəyirsinizmi?
– Orası boş bir xəyal deyildirmi?
– Bunu mən sizə təklif edirəm, siz mənim boş söz danışmaq istəmədiyimi yenədəmi öyrənmədiniz? İstəsəniz sizi orada işə düzəldərəm. Yaxud orada namusla işlədiyiniz və öz xahişinizlə işdən xaric olduğunuz barəsində vəsiqə ala bilərəm.
Qız sevinərək:
– Mənnə qədər xoşbəxt bir qızam! – dedi. – Bəlkə, mən Culfada sizə rast gəlməyəydim, İranda nə cür yaşaya biləcəkdim?1
Mən bu sualın cavabını öz qəlbimdə verərək €Culfada mənimlə tanış olmasaydın, bu bəlalar da başına gəlməzdi», – dedim. Miss Hanna yanımdan durdu, içəri otağa keçdi, yarım saatdan sonra gəldi. Əyninə başqa paltar geyinmişdi. Paltar təzə deyildi, harada isə bu paltarı onun əynində görmüşdüm.
Məncə, bu paltarı mən on dörd gecəlik ayın yasəmən ağacları dalından üzümüzə şəfəq saldığı, yarpaqların hərəkəti amerikalı qızın çöhrəsində oynadığı, ördəklərin hovuzdan çıxıb qanad-qanada çalıb qışqırdığı, bütün həyatın yaylaq havasına məxsus lətafətin içərisində çimdiyi, gecəquşunun səsi Kəmtal dağlarında əks etdiyi, burnuma ətirlənmiş saçların qoxuları gəldiyi gecədə, Hacı xanın evində, Livarcan yaylasında görmüşdüm. O zaman nə miss Hanna, nə də mən bu qədər yorulmamışdıq, çox şən bir ruha malik idik.
Xidmətçi qadın bir stəkan çay gətirib yanıma qoyduqda başını qaldırıb üzümə baxa bilmirdi, çünki onun da casus olduğunu və qızın yanina Almaniya konsulxanası tərəfindən təyin olunduğunu bilirdim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-intihar-erefesinde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Leyla xanım iki məktub aldı. Məktubun birisi Bakı milyonçusu hacı Zeynalabdın Tağıyevdən, ikincisi Türkiyə ordusu ərkani-hərbindən idi. Məktubların ikisi də mühüm idi.Leyla xanım çox düşündü ki, «məktubların hansını əvvəlcə oxuyum». Əvvəlcə Türkiyə ərkani-hərbindən gəlmiş məktubu oxumağa qərar verdi. Çünki bu məktub Leyla xanımın Türkiyə ərkani-hərbinə göndərdiyi mühüm bir məktuba cavab olmalı idi.
XI. Hacının bağındaLeyla xanım hacının evinə köçmüşdü, lakin hacı ilə Bakıda görüşmək mümkün deyildi. Çünki hacı da başqaları kimi Mərdəkana köçmüş və öz bağında yerləşmişdi.Hacı Leylanın məktubundan sonra ona ikinci bir məktub göndərib Mərdəkanda, onun şərəfinə düzəlmiş ziyafətə gəlməsini xahiş etmişdi.
XII. Raya oğurlandıBu gün Leyla xanım Rayanı hacının evində düzəltdiyi nahara dəvət etmişdi, naharda Leyla və Rayadan başqa heç kəs yox idi. Yeməyə başlamazdan əvvəl, Leyla xanım yaşadığı möhtəşəm, milyonçu evini Raya xanıma təqdim etdi, özünün nə qədər möhtərəm sayıldığını bir daha söylədi.Yenicə süfrəyə oturmuşdular. Xadimə gəlib:
XIII. Əminənin romanıRaya özünün haraya və kimin evinə aparıldığını bilmirdi. Çünki onu örtülü faytonda və görmədiyi küçələrlə aparırdılar. Raya fayton atlarının inildəyərək yoxuşa dırmandığını görürdü.Raya faytonda təkcə oturmuşdu. Faytonun sağ-solunda iki başqa fayton da gedirdi. Bunlar, Rayanı həbs etməyə aparan Bakı qoçularının faytonları idi.
Стихи других поэтов
Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,