Страница 1 из 2

Helmi və İbrahim Fovzi öz dəstələrinin qalib gələ bilməyəcəyini lazımınca təyin eləmişdi, çünki bir alay qüvvətində də olmayan bu dəstə Rusiyanın güclü qoşun hissələri ilə deyil, Araz çayı kənarındakı sərhəd qarovulları ilə də qarşı-qarşıya gələ bilməzdi. Lakin bunlar Türkiyə ərkani-hərbinin qərarını həyata keçirməli idi. Tam bu günlərdə Ənvər paşa Sarıqamış və Kars üzərinə hücuma başlamışdı. Helminin dəstəsi İran və Aleksandropol dəmir yollarını işğal etməklə rusların arxasını təhdid edəcək və Ənvər paşanın Kars tərəflərini əldə etmək hərəkətini asanlaşdıracaqdı. Bu səbəbdəndir ki, Helmi Təbrizdə özünə verilən nəsihətləri və göstərilən həqiqətləri qəbul edə bilmədi, o, min nəfərlik bir dəstəni məhv etsə belə, 30 dərəcə soyuqda Sarıqamışa hücum edən Ehsan paşa qol ordusunun hərəkətinə yardım göstərməli idi. Helminin ərkan-hərbi Sofyanda idi. Onun dəstəsi isə Sofyanın şimalında və şimal-şərqindəki möhkəm mövqelərdə yerləşdirilmişdi.

Helminin gecə ikən Təbrizi buraxması və orada heç olmazsa yüz nəfərlik bir qarnizon qoymaması özlərinin gələcəkdə Təbrizə girəcəklərindən ümidlərini kəsdiklərini göstərirdi, onlar pozulub çəkiləcəklərini Təbrizdən hərəkət etməzdən əvvəl bilirdilər.

Helminin dəstəsi Sofyandan hərəkət etməzdən əvvəl, rus piyada və atlı kazakları Araz çayını keçib Təbrizə hücum etmək əmrini almışdı, çünki ruslar qəti soyuqların nəticəsində Ənvər paşanın Kars və Sarıqamış üzərinə sürdüyü qol ordunun taleyini həll etmişdi. Rusların çayı keçdiyini və Təbrizə hücum etdiyini Helmiyə qandırmışdıq. Ona baron Cəbrayılın düzəltdiyi silahlı asori dəstələrinin də müntəzəm rus ordusuna qoşulduğunu bildirmişdik. Rus piyada və atlısı qışın qatı soyuqlarına baxmayaraq, Mərənd şəhəri ilə Təbriz arasında vaqe möhkəm dağ keçidində və Yam gədiyi ətrafında yerləşdirilmişdi. Baron Cəbrayılın asori dəstələrinə rus piyadasının sağ qanadını müdafiə etmək və Helmi dəstəsinin sağ qanadını təhdid altina almaq əmri verilmişdi. Helmi rusların Yam gədiyində yerləşdiyindən xəbərsiz və rus agentlərinin verdiyi yalançı kəşfiyyat xəbərlərinə istinadla Sofyandan müstəqim xətt ilə Mərənd şəhərinə irəliləmək əmrini verdi.

Dəstə mövqelərin çətinliyini, qışın soyuqlarını və strateii cəhətləri nəzərə almadan Təbriz – Culfa şosesi ilə dağınıq bir surətdə gedirdi. Helminin belə ehtiyatsızcasına hərəkət etməsinə Sulduz xanı Bala Samsamın da xəyanəti böyük rol oynadı. Helmi Sofyandan Mərənd üzərinə hücum etdiyi anlarda, Bala Samsam dörd yüz müntəzəm atlı ilə onun köməyinə gəlmişdi.

1 İndiki Leninakan şəhəri.

Nə Helmi, nə də onun ətrafındakılar Sulduz xanı Bala Samsamın çoxdan bəri rus təbəəliyini qəbul etdiyini bilmirdi. Sulduz xanı konsuldan və sərdar Rəşiddən aldığı dəstura görə müharibə zamanı He!minin dəstəsini arxadan vuracaq və məhv edəcəkdi.

Atlı dəstələri ehtiyat olaraq Helmi dəstəsinin arxasınca gedirdi. Yam gədiyi ətrafında müharibə başlandığı zaman, Helminin dəstəsi həm şimal, həm də şərqdən hücum edən dəstələrlə vuruşurdu, bu zaman Bala Samsamın atlıları da qılınclarını çəkib Helminin arxasına hücum edirdi. Helmi vəziyyətdən çıxmaq üçün nicatı ancaq müharibədə görürdü, Helmi öz atlı dəstəsini Bala Samsamın dəstələrinə qarşı qoymuşdu. O, müharibənin nəticəsi məlum olmadan belə on nəfər atlı ilə bərabər Bala Samsamın atlı dəstələrini yarıb Xacə Mircan tərəflərinə qaçmağa başladı.

Müharibəni İbrahim Fovzi idarə edirdi. Nəhayət, onun atını da bir neçə tərəfdən dəymiş güllələr yıxdı, özü də ağır bir surətdə yaralandı. Burada kürdlər böyük yararlıq göstərdi və İbrahim Fovzini yaralı bir surətdə atın üstünə qoyub aralıqdan çıxartdılar.

Müharibə rusların qələbəsilə qurtarmış oldu. Kazaklar qaçanları Sofyan – Təbriz şosesində atlarının döşünə salıb qovur və qılıncla yaralayıb tuturdular.

Yam gədiyi yanından qaçanlar Xacə Mircan kəndinə yığışıb oradan da Miyandab və Savucbulaq tərəflərinə qaçmağa başladılar, lakin onların əksəriyyəti Savucbulağa qədər gedib çıxa bilmədi, çünki Helminin dəstəsi osmanlı sərhədindən Təbrizə qədər gələrkən yolların ətrafında yerləşən kəndləri və şəhərləri taladığından, indi məğlub olub qaçdıqları zaman yerlilər onların üzərinə qalxıb məhv etdilər. Hər dərədə və hər çayın kənarında onlarca insan meyidi tökülüb qalmışdı.

4İttihadi-tərəqqi» partiyasının və Hacı Mirzağa Büllurinin avantürasına düşən minlərlə adam məhv oldusa da, biz Təbriz xalqını bu təhlükədən xilas edə bildik. Xalqın bu avantüraya qarışmasına imkan vermədik, almanların planlarını darmadağın etdik. İndisə Təbriz xalqının gələcək vəziyyəti sərdar Rəşidin çar konsuluna verəcəyi mə- İumatın mündəricəsindən asılı idi.

Axşam idi. İri qar parçaları sanki ağacdan qopub düşürdü. Təbriz, qarların ağ pambıqlı yorğanına bürünərək, sanki yaxında böyük bir hadisənin yuxusunu görməyə hazırlaşırdı.

Çar konsulunun qorxusundan qaçan və Helmi dəstəsi ilə bərabər Təbrizə qayıdanlar yenə də qışın qatı soyuqlarına baxmayaraq, öz ailəsinin qolundan tutub Təbrizdən çıxır və bir tərəfə çəkilməyə tələsirdi.

Çar qoşunu Təbrizə gəlməzdən və yolları kəsməzdən qabaq biz bir neçə yoldaşı şəhərdən çıxarmışdıq. Neçə gündən bəri cErmənistanda və başqa yerlərdə gizlənən çar təbəələri səbirsizliklə çar qoşununun gəlməsini gözləyirdilər. Çar ordusunu istiqbal etmək üçün yenə də yüzlərlə ağ uzunqulaqların belinə məxmər palanlar qoyulurdu. Bir neçə gün əvvəl ruslar köçdüyü zaman konsulun qulağına səlamətlik duası (səfər duası) oxuyan müctəhidlər gözlərinə sürmə çəkir, saqqalına rəng və həna qoyur, üst-başını düzəldir və konsulun istiqbalına hazırlanırdılar.

Neçə gündən bəri rolunu, yolunu və donunu dəyişənlər yenə də əski rolunun ifasına başlayır və özlərinə «səadət mənbəyh)ə olan çar konsulxanası ətrafında dolanırdılar.

Sərdar Rəşid öz ağasının istiqbalına çıxmaq üçün böyük bir siyahı düzəldirdi ki, o siyahıya bizi də daxil etmişdi.

Çar konsulu hələ Təbrizə girməmişdi, sərdar Rəşid telefonla bizə nahar yeməyinə gələcəyini xəbər verdi. Şübhəsizdir ki, o bizə nahar yeməyinə gəlmirdi. Onun əsas məqsədi öz vəziyyəti haqqında danışmaqdı. O, saat 4-də nökəri ilə bərabər hökumət faytonunda gəldi. Sivil paltar geyinmişdi, cOryolp nişanı əlindən getdikdən sonra hökumət forması geyməyə çox da maraqlanmırdı.

Onun paltosunu tutub asdılar. Əlimi sıxıb oturdu, lakin onun bütün görünüşü bizim evə bir məcburiyyət qarşısında gəldiyini göstərirdi. O nə qədər vicdansız bir adam olsa belə, yenə də utanırdı, çünki Ninanı bu evdən Helminin əsgərləri vasitəsilə çəkib aparmaq istəmişdi, buna görə də Ninanın gözünə görünmək istəmirdi.

O, sözünü belə başladı:

– Ağayi Əbülhəsənbəy, bəndənin hüzurunuza müşərrəf olmaqdan məqsədi gələcək xətt-hərəkətimiz barəsində cənab sərkarın fikrini bilməkdir.

Mən özümü sadəliyə qoyub ona sual verdim:

– Hansı və nə kimi xətt-hərəkət?

– Bizim sizinlə olan əlaqə məsələmiz...

– Bizim dostluq əlaqəmiz yenə də əvvəlki şəklində davam edir və edəcəkdir.

– Bilirəm, mən də bunu yaxşı bilirəm, lakin bir çox məsələlər vardır ki, biz cənab sərkarları bir-birimizə bağlayır. Bəndə bu barədə ərz etmək istəyirdim...

– Doğrudur, bizim əlaqəmiz dostluqdan başqa bir sirdaşlıq şəkli də almışdır, – dedikdə o, tələsik cavab verdi:

– Bəli, elə bəndə də bunu demək istəyirəm. Bizim cənab sərkarin əlində olan hər bir kiçik sirrimizin ifşa edilməsi, bəndənin mövqeyinin mütəzəlzil edilməsi deməkdir. Bəndə bunları ərz etmək üçün də sizin hüzurunuza gəlmişdim. Ağadan rica edirəm ki, bu sirlər öz yanımızda qalsın, mən də bir vilayətin başında dururam, elə olmasın ki, ruslar məni Müxbirissəltənə kimi buradan çıxarıb qovsun), Bəndə də bunların müqabilində cənab sərkarın hər nə əmri olursa yerinə yetirməyi öhdəmə götürürəm.

Mən bu sözlərdən sonra sərdar Rəşidə sual verməklə, onu bir çox günahlarını öz dili ilə deməyə məcbur etdim.

– Sizin məni Helmi bəyin əlinə vermək, Təbriz xalqını rus təbəələrinin üzərinə qaldırmaq və erməni xalqını qətl-qarət etdirməkdən də başqa bir sirriniz vardırmı?

Sərdar Rəşidin bu sualdan boğazı qurudu, cavab verə bilmədi. Nəhayət bir neçə kərə udqunduqdan sonra:

– Cənab ağa, bunlar yüngül sirlər deyil ki?l

– Bu sirlərin gizlində qalması həzrət əşrəfin özündən asılıdır.

– Bəndə öz tərəfimdən cənab sərkarın bütün tapşırıqlarını yerinə yetirməyə hazıram, boyun qaçırmıram, bunu ərz etmək üçün də gəlmişəm.

– Elə isə bütün suallarıma cavab verməlisiniz, çünki mən həzrət əşrəfin Rusiya, Almaniya və İran hökuməti ilə olan əlaqəsini təyin etmədən, həzrət əşrəfi müdafiə edə biləcəyimə söz verə bilmərəm. İndi buyurun görüm Almaniya ilə olan gizli əlaqəniz nə şəkildədir?

– Bəndə almanlardan yüz min tümən pul almışdım.

– Kimin vasitəsilə?

– Sabiq alman konsulxanası katibi şahzadə Əbülfət Mirzə vasitəsi ilə.

I Müxbirissəltənə 1911-ci ildə Təbrizə vali göndərilmişdi, çar konsulu ilə əlbir işləmək istəmədiyindən çar səfirinin tələbi üzrə Təbrizdən geri çağrılmışdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов