Sərdar Rəşidin evində axtarış
Страница 1 из 2
Alman konsulxanasına məxsus vəsiqələr yoxlandığı zaman bizim üçün gizli və qismən də şübhəli qalan bir çox məsələlər həqiqət şəklinə keçdi. Biz bu vəsiqələrdən sərdar Rəşidin iş mteodunu və kimlərlə əlaqədə olduğunu, hansı hökumətə satıldığını təyin etdik. Sərdar Rəşid almanlara böyük bir para müqabilində böyük vədlər vermişdi. Bir tərəfdən İran valisi olan bu adam, o biri tərəfdən də hələ Helminin dəstəsi Təbrizə girməzdən əvvəl Almaniya dövlətindən yüz min tümən para alıb bunun müqabilində hökumətə təyin olunduğu zaman yerli xalqları rusların əleyhinə qaldırmaq və Təbrizdə toqquşmalar yaratmağı öhdəsinə götürmüşdü.
Əbülfət Mirzənin evindən tapılan yazılı vəsiqələr sərdar Rəşidin bu xəyanətini sübut edirdi. Buna görə 4di ki, Helmi ilə birləşərək bizi həbsə almaq və Təbriz xalqını rus təbəələri və Təbriz erməniləri üzərinə qaldırmağa çalışırdı.
Lakin bizim müvəffəqiyyət qazanmağımız nəticəsində almanlarin bütün planları darmadağın oldu və sərdar Rəşid də aldığı böyük para müqabilində, az da olsa, bir iş görə bilmədi.
Bu vəsiqələrdən sonra qarşıda daha başqa bir məsələ dururdu. O məsələ də sərdar Rəşidin Tehranla və rus konsulxanası ilə saxladığı əlaqənin şəklini öyrənməkdən ibarət idi. Buna görə də sərdar Rəşidin evini axtarmaq lazım gəlirdi.
Biz öz adımızdan sərdar Rəşidin evini axtarmağı bacarmazdıq, çünki o bizi artıq tanıyırdı. Bizim təşkilatımızı bir çox hadisələr nəticəsində öyrənmişdi. Buna görə də onun evini yenə də Helminin tərəfindən və Helminin adından təftiş etməyi qərara almışdıq. Bunu təxirə salmaq olmazdı, çünki bizim verdiyimiz tələbat nəticəsində, Helmi yığışıb Təbrizdən gedirdi. Artıq dəstənin ağırlıqları Sofyana köçürülmüşdü.
Sərdar Rəşidin evinə girmək üçün iyirmi nəfər hazırlanmışdı, bunlar yalnız sərdar Rəşidin evində olan vəsiqələrlə kifayətlənməyərək, onun rüşvət paraları ilə doldurulmuş sandıqlarını da boşaltmalı idi.
Təftiş üçün gedənlər Helmi bəyin adından bu məzmunda bir məktub aparmalı idi:
«Almaniya mənafeyi uğrunda çalışdığınız üçün sentyabr ayının 21-də Əbülfət Mirzə vasitəsilə aldığınız yüz min tümən paranı təcili surətdə qaytarasınız. Təftiş komisyonuna sizdən paraları almaq və evinizdəki alman əleyhdarlığına dair vəsiqələri götürmək əmri verilmişdirə.
İnqilab komitəsinin göstərişinə görə vaxtikən Mahrunu çağırıb bu barədə danışmışdıq, gizli vəsiqələr saxlanılan yerləri, gümüş və kağız paralar saxlanan sandıqları, qiymətli daşlar və cavahiratlar qoyulan cəbələri və sairələri öyrənmişdik. Hərgah sərdar Rəşid bu şeylərin yerlərini göstərməzsə, təftişə gedənlərin özləri belə şeylərin yerini tapmaqda çətinlik çəkməyəcəkdi. Lakin onlara öz hərəkətlərində evin içərsindən xəbər verildiyini hiss etdirməmək qəti surətdə tapşırılmışdı, çünki burası Mahru haqqında şübhə doğura bilərdi.
Bizi düşündürən başqa bir məsələ də var idi: sərdar Rəşidin evi Əbülfət Mirzənin evinə bənzəməzdi, bu qapıda nökərlər, sərbazlar və sairələri dururdu. İçəri girmək üçün çarə tapmaq lazım idi. Çox düşündükdən sonra yenə Əbülfət Mirzənin adından istifadə etmək qərarına gəlmişdik. Gecə saat 12-də Şəfi Şabanzadə bir nəfər yoldaşla sərdar Rəşidin qapısına yanaşacaq və Əbülfət Mirzənin adı ilə içəri girəcək idi.
Belə də oldu. Şabanzadə qapıda duran qarovula yanaşaraq:
– Get, həzrət əşrəfə xəbər ver ki, Əbülfət Mirzə onun hüzuruna müşərrəf olmaq istəyir.
Qarovul bu sözdən sonra həzrət əşrəfə xəbər vermək üçün küçə dəhlizinə girərkən, Şabanzadə ilə yoldaşları dəhlizə girib qarovulu tərk-silah etdilər və ağzını, əl-ayağını bağlayıb böyrü üstə yıxdılar, Şabanzadənin yoldaşları da qapıya yanaşdı, onlardan bir nəfərini qarovul yerində qoydular və içəriyə heç kəsin buraxılmamasını tapşırdılar.
Şabanzadə özü ilə bərabər on nəfər götürdü, qalan yoldaşları da küçədə və evin ətrafında buraxıb, hər ehtimala qarşı ehtiyatla hərəkət etmələrini tapşırdı.
Şabanzadə səs çıxarmadan nökərlərin otağına gəldi. Onların hamısını yatdıqları yerdə yaxaladılar, onların hamısı sərxoş olub yatmışdı. Silahlarını aldılar, yanlarında isə əlində bomba iki nəfər adam qoydular. Küçə dəhlizində qolları bağlanmış qarovulu da sürüyüb otağa salandan sonra sərdar Rəşidin yaşadığı otaqlara yanaşdılar.
Salonun və dəhlizin lampaları sönməmişdi, lakin nökərlərin sərxoş olub yatmaları sərdar Rəşidin evində özlərindən başqa kimsənin olmadığını göstərirdi, çünki ağa cazadsınızə demədən nökərlər öz vəzifələrindən çəkilməzdilər.
Telefon simləri kəsilmişdi, həyətə girəcək və həyətdən çıxacaq yerlər tutulmuşdu. Heç bir hadisə üz verə bilməzdi. Buna görə də Şabanzadə dəhlizin qapısını vurdu, kiçik bir ev nökəri qapını açdı, açan kimi iki tapançanın lüləsini öz gözlərində görməklə bu səsi eşitdi:
– Səsini çıxarma! Düş qabağıma, xidmətçi qadınlar yatan otağı göstər!
Nökər dəhlizdən salona keçərək orada kiçik bir otağı göstərdi. Şabanzadə xidmətçi oğlanı da həmin otağa buraxıb, qapısında da bir nəfər silahlı qarovulçu qoydu.
Sərdar Rəşid öz yazı otağında idi, Mahru xanım da onun yanında əyləşmişdi, çünki o işlədiyi zaman yazı işlərinə kömək etmək bəhanəsi ilə Mahrunu yanında əyləşdirər və öz konyak piyaləsini onun əlindən alıb içərdi.
Sərdar Rəşid başını yazıdan qaldırıb:
– Mahru, bir konyak ver! – dedi. – Mahru konyakı doldurub verdikdən sonra lumu suyu ilə düzəlmiş konfeti götürüb ona verdiyi zaman pəncərələrin hər birisindən bir onaçılan tapançanın lüləsi görünməyə başladı və bunun dalınca da bir səs gəldi:
– Əllərinizi yuxarı qaldırın, yerinizdən tərpənməyin! – dedikdə sərdar Rəşid əlindəki konyak piyaləsini yerə qoyub əllərini yuxarı qaldırdı. Mahru da onunla bərabər əllərini yuxarı qaldırdı.
Bir saniyə keçmədən Şabanzadə bir osmanlı zabiti qiyafəsində, yanında dörd nəfər əsgər otağa daxil oldu və sərdar Rəşidə müraciətlə:
– Yazı masasının başından qalxi – dedi.
Sərdar Rəşid əlləri yuxarı olduğu halda qalxdı və otağın ortasında durdu.
Şabanzadə əsgərin birisinə əmr etdi:
– Axtarın bunun üstünü!
Axtardılar, silahı yox idi. O, titrək bir səslə:
– Tapança yazı masasının üzərindədir, – dedi.
Bir əsgər gedib tapançanı götürdü.
Yenə də Şabanzadə sərdar Rəşidə tərəf dönüb:
– Oturun! – dedi və sonra Mahruya: – Həyəcana lüzum yoxdur, burada otura da bilərsiniz, – dedikdə Mahru gözlərini Şabanzadə tərəfə döndərib:
– Mümkünsə mən otağıma getmək istəyirəm, – dedikdə Şabanzadə bir əsgərə:
– Xanım əfəndini müşayiət edin, – dedi.
Mahru qalxıb getdi.
Sərdar Rəşid oturub qorxusundan nə edəcəyini və nə deyəcəyini bilmirdi. Şabanzadə bir papiros yandırıb danışdı:
– Siz komandan paşanı və onun zabitlərini qəbul etmədiyiniz üçün biz komandan paşanın məktubunu sizə yetirmək üçün bu cür tədbirlərə əl atmalı olduq. Buna görə də həzrət əşrəf bu küstahlığı özünün komandan paşaya qarşı tutduğu layiqsiz vəziyyətlərlə əlaqədar bilməlidir.
Sərdar Rəşidin dili açıldı və Şabanzadəyə yalvarıcı bir dillə müraciət edib soruşdu:
– Cənab zabit, bir papiros götürmək olarmı?
– Buyura bilərsiniz!
Şabanzadənin icazəsindən sonra sərdar Rəşid bir papiros yandırib çəkdi və özünü ələ alaraq:
– Komandan paşa həzrətlərinin özləri çox gözəl bilir ki, bizi özbaşımıza qoymadılar. Ona məlumdur ki, bizim yaxamız bir ovuc əşrarın əlində qalıbdır. Bu işləri bu məqama gətirib çıxaran və komandan paşa ilə bizim əlaqəmizi pozan həmin bu Əbülhəsənbəydir. Komandan paşa onu bizim ziyafətdə tanımadımı? O özü bilir ki, mən o haramzadəni tutub onun əlinə tapşırmaq istəyirdim. Bunu cənab şahzadə Əbülfət Mirzə bilmirmi? Mən onun vasitəsilə öz fikrimi komandan paşaya bildirməmişəmmi?
– Bizim bunlarla işimiz yoxdur, – deyə Şabanzadə Helmi bəy adından yazılmış məktubu ona uzatdı:
– Bu məktubu oxuyub təcili surətdə əməl etməlisiniz.
Sərdar Rəşid əli titrəyə-titrəyə məktubu oxudu və udquna-udquna cavab verdi:
– Cənab şahzadə Əbülfət Mirzə özü bilir ki, mən həmin pulu özüm üçün almamışam, onu yüz adama paylamışam, hərgah məqsədə nail olmadımsa, onu da məndən yox, o xəbis oğlu xəbis Əbülhəsənbəydən görməlisiniz. Ağa zabit, indi özünüz mültəfit olun, bəndə gecənin bu vaxtında yüz min tümən pulu haradan tapım? Eybi yoxdur, qoyun sabaha qalsın, o tərəf-bu tərəfdən düzəldib verim, əlacım nədir?
– Bu möhləti sizə vermək üçün bizə icazə verilməmişdir, yüz min tüməni bu saat verməlisiniz!
– Haradan verim?
– Onda sizi həbsə almaq və təcili surətdə Türkiyəyə göndərmək məcburiyyətində qalacağıq. Bizim işimizi təxirə salmayın, bizə iki saatdan artıq icazə verilməmişdir. Hər dəqiqə təxir sizin məsuliyyətinizi artırır.
– Qoyun komandan paşaya telefon edim, özündən sabaha kimi icazə alım!
Zabit çox qəti olaraq:
– İcazə verilmir! – dedikdən sonra sərdar Rəşid öz-özünə danışmağa başladı:
– Baisin evi yıxılsın, məgər qoyurlar ki, adam öz işini görsün? Özüm də bədbəxt oldum, onların da yanında üzüm qara qaldı, – deyəndən sonra zabit:
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-serdar-residin-evinde-axtaris
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gənc mayor on beş gündən bəri idi ki, xəstəxanada yatırdı. Ölüm təhlükəsi sovuşub getmişdi. Lakin özünü çox zəif hiss edirdi. Buna görə baş həkim Zərifə xanım onun ürəyini dönə-dönə yoxlayırdı.Yenə bir dəfə baş həkim mayorun ürəyini yoxlayırdı. Onun fikirli və mə’nalı gözlərindən düşən bir qətrə yaş gənc mayorun alnında parçalandı. Mayor göz qapaqlarını ağır-ağır qaldırdı. Çarpayısının yanında baş həkimin oturduğunu gördü. Təxminən 40—42 yaşlarında olan bu qadının bahar buludu kimi yağışla dolu olan gözləri ona zillənmişdi.
KarvanMən gəlirdim keçən il İrandan,Qarşıma çıxdı bir böyük karvan.
Kənd alverçisi1Görməmişdi ümum kəndistan
Toy gecəsində1Axşam saat onda lampalar yanır,
Стихи других поэтов
Sizə mən vəsfin edim bu evi viran birənin,Dini yox, məzhəbi yox, şum bəd-arkan birənin,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,