Gənc mayor on beş gündən bəri idi ki, xəstəxanada yatırdı. Ölüm təhlükəsi sovuşub getmişdi. Lakin özünü çox zəif hiss edirdi. Buna görə baş həkim Zərifə xanım onun ürəyini dönə-dönə yoxlayırdı.

Yenə bir dəfə baş həkim mayorun ürəyini yoxlayırdı. Onun fikirli və mə’nalı gözlərindən düşən bir qətrə yaş gənc mayorun alnında parçalandı. Mayor göz qapaqlarını ağır-ağır qaldırdı. Çarpayısının yanında baş həkimin oturduğunu gördü. Təxminən 40—42 yaşlarında olan bu qadının bahar buludu kimi yağışla dolu olan gözləri ona zillənmişdi.

Mayor bütün həyatında ana qucağı və ana nəvazişinin nədən ibarət olduğunu bilmirdi. Bu səbəblə də baş həkimin göstərdiyi məhəbbət onu sanki bir anda körpəliyə qaytardı və onun xəyalını uşaqlığın məs’ud günlərinə atdı. O, həzin bir səslə yavaşdan:

– Eh, ana, – dedi, – dünyada sənin müqəddəsliyini tə’yin edə biləcək heç bir ölçü yoxdur, sənin əzəmətini təsvir edə biləcək hələ heç bir kitab yazılmamışdır. İndiyə qədər nə şairlər, nə də ədiblər həqiqi bir ananı canlandıra bilmədi. Sənin öz övladına bəslədiyin sevgi və məhəbbəti dünyada heç bir şey əvəz edə bilmədi. Sən öz övladın üçün hər şeysən.

Ən səmimi sevgilər, ən coşqun, saf məhəbbətlər və vicdani sədaqətlər ana kəlməsində olan həqiqi mə’nanı ifadə etməkdən acizdir.

Baş həkim bu sözləri xəstənin dilindən eşidərkən kövrəldi, gözləri yaşardı. O, ağ xalatının cibindən çıxardığı yaylıqla gözlərini sildi və nəvazişkar bir surətdə xəstəyə müraciətlə:

– İndi sizi təbrik edə bilərəm. Şükür olsun ki, səhhətiniz özünüzə qayıtdı. Bədəninizdə heç bir şikəstlik və illət hiss etməyəcəksiniz. İndi ananıza da salamatlıq məktubu yaza bilərsiniz, – dedikdə, yenə də yaralının dodaqları bir-birinə dəydi və baş həkim onu diqqətlə dinlərkən bu sözləri eşitdi:

– Çox təəssüf ki, anam yoxdur.

Baş həkim xəstənin bu sözlərindən daha da kədərləndi. Yenə də onun fikirlər yorğunu olan bəbəkləri göz yaşlarının içində üzməyə başladı.

Baş həkim həyəcanlanmışdı, o, sel kimi axan göz yaşlarını da artıq gizlədə bilmirdi. Palatada yatanlar artıq onun səsinə qalxdı, o tərəfə baxmağa başladılar. Gənc mayor gözlərini açıb diqqətlə həkimin üzünə baxdı.

Həkimin baxışları onun nəzərini bir daha özünə cəlb etdi. Onun vaxtından əvvəl ağarmış olan saçları xəstəni xeyli zaman düşündürdü. Onun alnında nəqş olunmuş dərin cizgilər gənclikdə keçirmiş olduğu qara günlərin kədərli və qəmli tarixini bildirirdi. Qadının gənclikdə gülməyən zərif dodaqları mərmər heykəllərin cansız və qansız dodaqlarını andırırdı...

...həkim – onun anası, mayor da onun oğlu idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Çar konsulu gəlir

Çar təbəələri və çar himayəsində olanların qapılarında çar bayrağının yellənməsi konsulun Təbrizə daxil olmasını bildirirdi. Bunu yalnız bayraqlardan deyil, hər şeydən görmək mümkün idi. Dərvişlərin qəsidələri, dilənçilərin duaları, korların sızıltısı, mərsiyəxanların mərsiyəsi, müctəhidlərin moizəsi də deyirdi ki, imperatorun konsulxanası açıqdır.Səhər tezdən çar və onun ailəsinin şəkillərini satan Məşədi Məmmədəli dükanını açıb şəkillərin üzünü silir və bir-bir düzüb müştəri səsləyirdi.

19 мин
Friksonun evində

Gecə saat 11-də şiddətli qar yağırdı. Küçələrdən camaat evlərinə çəkildiyi vaxt mən də Həsənağa və Tütünçüoğlunu götürüb Amerika konsulxanasına yola düşdüm. Qapını vurduq, sanki qapının dalısında adam durub bizi gözləyirmiş, bir saniyə içində qapını açıb bizi içəriyə buraxdılar. Qışın soyuğuna baxmayaraq, Frikson başı açıq balkonda gəzir və bizim intizarımızı çəkirdi.Biz balkona çıxdıq, balkonda Həsənağa və Tütünçüoğluna muraciətlə:

9 мин
Jandarm təşkilatı

Sərdar Rəşid konsulxana ilə olan əlaqəsi barəsində bizə düzgün xəbərlər vermirdi. Onun verdiyi xəbərlərin bir çoxu əsassız xəbərlər idi, biz onun verdiyi xəbərləri bir də Mirzə Ələkbər xan vasitəsilə yoxlayır və əsilsiz olduğunu təyin edirdik.Mirzə Ələkbər xan özünü bizim sərəncamımıza vermişdi, hər halda, o, konsulxanada olan sirlərin hamısını da olmasa, mühüm bir qismini bizə verirdi. Sərdar Rəşidin verdiyi xəbərlər isə:

13 мин
Rəfizadə

1914-cü ildə Rusiya konsulxanası yanında düzələn casus təşkilatına üzv yazılan və bütün xəbərləri bizə gətirən «Əfəndi Bağır? bu gün bizə heç gözləmədiyimiz qorxulu bir xəbər gətirdi". Bu xəbər" Əfəndi Bağır - vaxtilə İstanbulda çayçılıq etmiş və Təbrizə başında fəs qayıtdığı üçün təbrizlilər onun adını Əfəndi Bağır qoymuşdular. İnqilabçılar sırasında çalışırdı. İngilislər və ruslar casus təşkilatı düzəltdikləri zaman bir çoxları ilə bərabər onu da həmin təşkilata cəlb etmişdik.

22 мин

Стихи других поэтов