Jandarm təşkilatı
Страница 1 из 2
Sərdar Rəşid konsulxana ilə olan əlaqəsi barəsində bizə düzgün xəbərlər vermirdi. Onun verdiyi xəbərlərin bir çoxu əsassız xəbərlər idi, biz onun verdiyi xəbərləri bir də Mirzə Ələkbər xan vasitəsilə yoxlayır və əsilsiz olduğunu təyin edirdik.
Mirzə Ələkbər xan özünü bizim sərəncamımıza vermişdi, hər halda, o, konsulxanada olan sirlərin hamısını da olmasa, mühüm bir qismini bizə verirdi. Sərdar Rəşidin verdiyi xəbərlər isə:
«Bu gün konsul məni yanına çağırmışdı».
qBu gün konsul dedi ki, həzrət əşrəfin kefi necədir?ə
Bu gün konsul bayram münasibəti ilə məni təbrik etmişdi» və ilaaxır... sözlərdən ibarət idi.
Bizim yoldaşlardan bir çoxu Tehranla əlaqə saxlamaq, ələ keçən gizli vəsiqələri mərkəzi hökumətə xəbər vermək məsələsini irəli sürürdü. Lakin mən buna qəti etiraz edirdim, çünki mərkəzdə oturanların bir hissəsi ingilis, bir hissəsi rus, az bir qismi də alman tərəfdarlarından ibarət idi. Buna görə də bizim Tehrana göndərdiyimiz xəbərlər birinci növbədə ingilis və çar səfirlərinin əlinə düşəcək, bununla da Təbrizdə gizli bir təşkilatın işlədiyi bəlli olacaqdı.
Amerika konsulxanasının baş katibi də öz imzasına hörmət qoyur və vaxtlı-vaxtında bütün xəbərləri bizə gətirirdi.
kok
Vəliəhdin Təbrizə gəlmək xəbəri ilə bərabər Təbrizdə başqa bir hadisənin zühur edəcəyi gözlənirdi, çünki neçə gündən bəri yenə də küçələrdə dəstələr gəzir və ya €Ya sahibəzzəmanə deyə qışqırırdılar. Bunun üçün də biz Təbriz küçələrində qopan bu vaveylanın təzə bir macəra olduğuna inanırdıq.
Sərdar Rəşid bu macəranı bilməmiş deyildi, bu macəra ingilis və çar iandarması tərəfindən düzəlmiş olsa belə, yenə də sərdar Rəşidin əli ilə düzəlməli idi. Bunu sərdar Rəşid bizə deməyəcəkdi, Mahru xanım da ki, neçə gündən bəri xəstə olduğundan nə bizə gələ bilir, nə də telefonla danışırdı. Hər halda mən telefon vasitəsilə sərdar Rəşidlə danışmaq və görüşmək üçün vədələşmək istədim.
Sərdar Rəşid, onu telefona çağırdığımdan çox razı qaldı və hazırda Savucbulağa getmək istədiyi üçün mənimlə görüşmək arzusunda olduğunu bildirdi.
Mən təcili surətdə onun yanına getdim, çünki o səhər çayını içən kimi yola düşəcəkdi. Sərdar Rəşid özü çay otağına gəlməmiş məni çay otağına keçirdilər. Orada Mahrudan başqa heç bir kəs yox idi. Mahru mənim əlimi sıxdıqda böyük bir məktubu əlimə basdı, lakin onu oxumaq imkanı yox idi, sərdar Rəşid tezliklə çay otağına gələcəkdi.
Məktubu cibimə qoydum, evi bir baş dolanmamışdım ki, sərdar Rəşid gəldi, adəti üzrə məni qucaqlayıb öpdü və:
– Mahrunun canına and olsun ki, sizi bu gecə yuxumda görmüşdüm, çox nigaran idim, bu saatda da telefon edəcəkdim, çünki mən yuxumda sizi xəstə halda görmüşdüm, əlhəmdülillah ki, cənab sərkarı salamat görürəm, – dedi.
O, gözünü bağlamışdı, mən soruşmadan gözü ağrıdığını söylədi və həmişəki kimi dostluğa və mehribanlığa aid bütün rolları oynayıb bitirdi. Sonra da birlikdə çay süfrəsinə əyləşdik.
Sərdar Rəşid Mahruya müraciətlə:
– Bacım, həkimlər sənə tapşırdı ki, yerindən qalxma, – dedi.
– Bacım, get rahat ol, mən Savucbulaqdan qayıdana kimi yerindən qalxmayacaqsan, xəstəsən, Allah etməsin, üzülərsən, evimiz yıxılar, böyük bir tayfadan bir sən, bir də mən qalırıq.
Mahru durub getdi, sərdar Rəşid bununla mənə göstərmək istəyirdi ki, o mənimlə öz gizli söhbətlərini təklikdə danışmaq istəyir.
Çay içirdik, sərdar Rəşid söhbətini başlayıb dedi:
– Cənab sərkari bu gecə telefonla səsləmək istəyirdim, lakin sonra öz-özümə dedim ki, hər söhbəti telefonla danışmaq yaramaz. Doğrusu, gecələr küçələrdən eşidilən €Ya sahibəzzəmanə səsləri məni rahatsız edir. Cənab konsul da çağırıb mənə tapşırıdı ki, bu cürə hərəkətlərin qabağını almaq lazımdır. Yoxsa yenə içindən bir bədbəxtlik çıxar.
Sərdar Rəşid bununla mənim ağzımı aramaq istəyirdi, o bilirdi ki, mən bu məsələ barəsində ondan soruşacağam.
Mən onun cavabında:
– Bəli, bu səsləri mən də eşidirəm. Həzrət əşrəfin hüzuruna gəlməkdə də məqsədim bu idi.
Sərdar Rəşid bu sözdən sonra bir az düşünərək:
– Bunlar İntizariyun firqəsindən deyillər. Cənab sərdar özü bilir ki, onlar Seyidüşşühəda ziyarətinə gedibdir. Məncə, bunların kim olduqlarını gərək mollalar və müctəhidlərdən öyrənək. Cənab sərkarın özü də bilir ki, molla tayfası nə cür haramzada tayfadır! Bir balaca ki, toxundun, bazarı bağlatdırıb məscidlərə yığılacaqdır. «Dinə toxundularlb deyə hökuməti daşa basacaqlar. Heç bilmirəm nə çarə edim. Haramzada uşağı gündə bir macəra çıxarır, çar konsulu da tələb edir ki, məmləkəti sakit elə.
Sərdar Rəşid bu cür bəhanələrlə məni razı salmağa çalışır, bu sirri mənə vermək istəmirdi. Mən də özümü avamlığa vurub: cHəzrət əşrəf doğru buyururə – deyə ona cavab verirdim, çünki mən Mahrunun mənə verdiyi məktuba ümid bəsləyirdim. O, məktubun bu barədə mənə böyük məlumat verəcəyinə inanırdım. Buna görə də sərdar Rəşidə qarşı etimadsızlığımı gizlədirdim.
Nəhayət, mən:
– Həzrət əşrəf hər halda, ruhanilərlə əlaqə saxlamalı və məsələni öyrənməlidir, – dedim. Bununla söhbəti bitirmək istəyirdim. Lakin sərdar Rəşid başqa bir söhbətə keçdi, öz səfərinin məqsədindən söz açaraq dedi:
– Osmanlılar çəkilib gedibdir, lakin Savucbulaq və Miyandab tərəfləri yenə də hərc-mərclikdir. Camaat hansı hökumətin təbəəsi olduğunu bilmir, elə bilirlər ki, bir neçə gündən sonra yenə də osmanlılar qayıdıb gələcəkdir. Talançılıq, qətl-qarət davam edir.
– Təkmi gedirsiniz? – deyə sual verdim.
– Xeyr, Savucbulaq konsulu da gedir, özü ilə bərabər qoşun da aparır, Allah cənab konsuldan razı olsun, məmləkətin sakitliyi və xalqın əmin-amanlığı üçün əlindən gəldiyi qədər çalışır, heç bir şeyi əsirgəmir.
Məsələ aydın idi, çar qoşunu Savucbulağı işğal etməyə gedirdi, sərdar Rəşid isə öz ağalarının xidmətində gedir və bir İran nümayəndəsi kimi öz məmləkətini təslim etmək üçün məcburiyyət hiss edirdi.
Mən durub getmək istədikdə o məni dayandırdı:
– Oturun, sizi ən əsas bir məsələdən ötrü bura çağırmışdım, o məsələ Mahrunun məsələsidir.
– Mahru xanımın nə kimi bir məsələsi vardır?
– O qızın fikri məni tamamilə şaşırmışdır. Siz də özgəsi deyilsiniz, indi biz mühüm sirlərin vasitəsilə qaynayıb bir yerə qarışmışıq. Bəndə istəyirəm ki, sizinlə bir az açıq danışım.
– Buyurun, həzrət əşrəf daim bizimlə açıq danışa bilər.
– Heç soruşmursunuz ki, neçə gündən bəri Mahru nə üçün xəstələnmişdir?
– Madam ki, bu barədə həzrət əşrəf bizə xəbər verməmişdir, biz bunu haradan biləcəyik?
– Məsələ belədir. Qız indiyə kimi sizin qardaşınız Ağa Əsəd haqqında mənə heç bir söz deməmişdi. Doğrusu, mən onu həmişə mən edirdim, mən onu öz müsahiblərinə ərə verməyə çalışırdım, lakin mənim onu mən etdiyim zamanlar o heç vaxt mənə söz qaytarmamışdı. Ancaq bir həftə bundan əvvəl mən yenə ona nəsihət etdikdə, o mənim üzümə qabarı»:
– Artıq gecdir, iş işdən keçmişdir! – dedi. Doğrusu, mən də özümü ələ ala bilmədim, üstünə əl qaldırdım, gərək bunu etməyəydim, o gündən bəri xəstələnmişdir. Cənab Əbülhəsənbəy, rica edirəm bu barədə bizə köməkliyiniz dəysin.
– Mən əlimdən gəldiyi qədər kömək etməyə hazıram, lakin bilmirəm bu barədə mən nə edə bilərəm?
– Sizin özünüz mədəni, tərbiyəli və hörmətli bir zatsınız, qardaşınız Ağa Əsəd də nəcib, utancaq və tərbiyəli bir oğlandır. Siz mənim dilimdən ona salam yetirib deyin ki, rica edirəm bizim familiyamızdan əl çəksin, hər kimin üstünə əlini qoyarsa, mən onun üçün düzəldim, bütün məsarifi də məndən, ona atalıq edim, bir məmləkətin valisi olduğum halda, qollarımı çırmayıb onun toyunu edim, lakin Mahrudan əlini çəksin, çünki biz İranın adət və ənənəsinə toxuna bilmərik. Bir də odur ki, rəiyyətin vali bacısına evlənməsi xalqın içərisində də şübhəyə səbəb ola bilər. O şübhə elə bir şübhədir ki, sizin qardaşınız Ağa Əsədin üstündə həmişəlik bir ləkə ola bilər.
Mən sərdar Rəşidin Mahrunu evdən çıxarmaq istəmədiyini bilirdim. Onun özü Mahrunu sevirdi, onsuz yaşamağı bacarmırdı. Biz isə bir neçə kərə Mahrunu onun əlindən azad etmək üçün söz vermişdik. Buna baxmayaraq, biz onun müvəqqəti olaraq orada qalmasını qərara almışdıq, çünki sərdar Rəşidi kontrol etmək üçün başqa adamımız yox idi. Yazıq qız bizim işimiz xatirəsinə əxlaqsız sərdar Rəşidin nazını çəkmək məcburiyyətində idi, hər halda, Əsədlə onun evlənmək məsələləri bitmiş kimi idi, onlar daim bir-biri ilə görüşür və sevgilərindən azad bir surətdə istifadə edirdilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-jandarm-teskilati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bolşevik düşmənlərinin ərkani-hərbi və əyyaşlarının yurdu sayılan «Metropol» otelində bu gecə fövqəladəlik vardı. «Metropol»da toplananlar sırasında daşnaq, eser və menşeviklər birinci yeri tuturdu. Böyük və kiçik salonların qapısında vərəqələr asılmışdı:«Buraxılış vərəqəsi göstərilmədən salona daxil olmaq qadağandır».
III. Fabrik-zavod rayonunaİngilislərin Bakıya gətirilməsi üçün zəminə hazırlamaqdan ötrü menşeviklər Bakı işçiləri arasında öz nüfuzlarını artırmağa çalışırdılar.Bunun üçün də menşevik və eser rəhbərləri, xanımları fabrik-zavod rayonuna aparmaq və öz tərəfdarlarını onlara göstərmək istəyirdilər. Bu səyahətin müvəffəqiyyətli keçməsi üçün menşevik və eserlər vaxt ikən işçi rayonlarına adamlar göndərmiş, menşevik tərəfdarları arasında çalışmış və xanımların mədən rayonuna getdiyi vaxt, işçilərin bolşeviklər əleyhinə çıxışlarını düzəltməyə səy etmişdilər.
IV. Brilyant sırğalarLeyla xanım doktor Araratyanın qızı Esteri təqib etməyə başlamışdı. Onun daşnaq rəhbərləri Hamazasb və Avetisovla əlaqəsi Leylanı şübhələndirmişdi.Buna görədir ki, Leyla Esterin stolu üzərindəki şeyləri, jaketinin cibini və redikulunu araşdırmaqdan heç də geri durmazdı.
V. «Ərdəhan» gəmisində«Ərdəhan» hərbi gəmisində dəniz səyahəti, saat altıya təyin edilmiş iclasdan sonra baş tutacaqdı.Raya gəmiyə gəldikdə, saat doqquz idi, iclas yenicə qurtarmışdı. Rozenblyum, Nəccarov, Kriçenko və sairləri gəminin göyərtəsində dolaşarkən, eser, menşevik, daşnaq rəhbərlərinin qara fikirləri qaranlığa qarışıb şəhərin üzərinə çökürdü. İvanov Rayanın qolundan tutub üç düyməli topun kölgəsində əyləşdirdi, günəşin şəfəqləri isə Xəzərin ilıq axşam sularında çimərək ağ buludların yumşaq qətifəsinə bürünürdü. Ay, Qara şəhərin yüksək bacalarından baxaraq, Nargin adasına işıq salmaq istərkən, yelkənlər də ruzigarda çırpınan bir kəpənəyin qanadı kimi titrəyirdi.
Стихи других поэтов
O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
BilməzəmSəbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,