Страница 1 из 3

Bolşevik düşmənlərinin ərkani-hərbi və əyyaşlarının yurdu sayılan «Metropol» otelində bu gecə fövqəladəlik vardı. «Metropol»da toplananlar sırasında daşnaq, eser və menşeviklər birinci yeri tuturdu. Böyük və kiçik salonların qapısında vərəqələr asılmışdı:

«Buraxılış vərəqəsi göstərilmədən salona daxil olmaq qadağandır».

Yenilikləri salonlarda, stolların örtüsündə, yemək qablarında, çəngəl-bıçaqlarda, yeməklərin növlərində, xidmətçilərin libasında, onların qolları üzərinə saldıqları dəsmallarda, taxta döşəmələrdə, lampalar və avizələrdə, tavanlar və pilləkənlərdə – hər yerdə, hər bucaqda, hətta menşevik və eser rəhbərlərinin vizitqa və ağ yaxalıqlarında da görmək mümkün idi.

Bugünkü ziyafət, bolşeviklərə qarşı Bakı menşeviklərinin Gürcüstan menşevikləri ilə olan həmrəylik və əməkdaşlığını göstərirdi.

Gürcüstan menşeviklərinin Zaqafqaziya dəmir yollarını açaraq alman-türk ordusunu Bakıya buraxmasına cavab olaraq, Bakı menşevikləri də ingilisləri Bakıya gətirməyə və Bakı proletariatını ikitərəfli təzyiqin arasında əzməyə hazırlaşırdılar.

Daşnaq və menşeviklərin görkəmli adamlarına göndərilən dəvətnamələrdə:

«Bakıya qonaq gəlmiş iki nəfər möhtərəm ingilis ailəsinin şərəfinə düzələn ziyafətdə iştirak etmənizi rica edirik. Ziyafət axşam saat 11-də «Metropol»un böyük salonunda olacaqdır.

Sadovski».

Ziyafət salonunun böyük avizələrinə işıq buraxılan kimi «rəhbərlər» də yaxalıqlarını düzəldərək pilləkənlərdən yuxarı qalxırdı; özünün hamıdan əvvəl gəldiyini düşünənlər balkona çıxarkən Sadovskini orada görürdülər.

Sadovski hamıdan əvvəl gələrək xanımların yuxudan durub-durmadıqlarını öyrənməyə çalışır, heç bir məlumat ala bilmirdi, çünki xanımların otağına təyin edilmiş xidmətçi qızları da görmək mümkün deyildi.

Sadovski bir neçə dəfə açar yerindən içəri baxmaq istədisə də mümkün olmadı. Çünki balkonda o tərəf-bu tərəfə gedənlər buna imkan vermirdi.

Nəhayət o, qapıya yanaşaraq, həsir börkünü əlinə aldı və qulağını qapıya söykədisə də içəridən heç bir səs eşidilmədi...

Saat on biri keçirdi. Bütün fikirləri Bakı Sovetinə qarşı xəyanətdən ibarət olan menşevik, eser, daşnaq nümayəndələri əksinqilabın baş qərargahı sayılan «Metropol»a toplanmışdı.

Hər şey öz yerində idi, aralıqda çatmayacaq bir şey varsa, o da xanımların yuxudan qalxmamasından ibarət idi.

Cəbhədən ziyafətə dəvət edilənlər də salonda gözləyirdilər.

Üzərində ağ və nişastalanmış əl dəsmalları ehram kimi düzələn ağ örtüklü stollarda sükut hökm sürürdü. Yuxarı başda toplanmış simfonik orkestrin səsi çıxmırdı.

Bir əli bolşevik, digər əli isə menşevik və daşnaq ətəyində olan general Dukaçiyev, Hamazasb və miralay Qazarov, Arutyunovlar, hərbi nazir Baqratuni, cəbhə arxasında duran xüsusi qatar ilə Bakı stansiyasına və oradan da yumşaq maşınlara oturub «Metropol» salonuna axışırdılar.

Ordusunu düşmən qarşısında başsız qoyub «Metropol»a tələsən silahlı ağalar cəbhə telefonlarını «Metropol» müdirinin kabineti ilə birləşdirərək ziyafətin nə vəziyyətdə olduğunu xəbər alır və gecə saat birə yaxın ziyafətə gələcəklərini xəbər verirdilər. «Rəhbərlər»in cəbhədən nə vaxt gələcəyini və cəbhənin nə vəziyyətdə olduğunu hamıdan əvvəl «Metropol» müdirindən öyrənmək olurdu.

Sadovski çox həyəcanlı bir vəziyyət keçirirdi, o, vaxtını keçirmək və xanımlar yuxudan duruncaya qədər məşğul olmaq üçün bir iş axtarırdı. Nəhayət, dəhlizdə qoyulan böyük güzgünün qarşısından keçərkən öz yaxalığında müxtəsər bir uyğunsuzluq hiss etdi və düzəltmək üçün tələsik kiçik salona getdi. Ayollo Sadovskinin orada olmamasından istifadə edib, onun yerini tutdu və gözünü qapının açar yerindən içəri dirədi.

İvanov barmaqları üzərində çox ahəstə yeriyərək onun qulağına pıçıldadı:

– Möhtərəm xanımları rahatsız etmənizi məsləhət görmürəm. Belə işlər beynəlxalq bir skandala da səbəb ola bilər.

Ayollo geri çəkildi, lakin buna baxmayaraq, o, xanımlarla daha çox maraqlanır və ingilis xanımlarının diqqətini özünə cəlb etmək üçün daha artıq çalışırdı.

Bu xanımlar, menşevik və eser rəhbərlərinə sədaqətli bir istiqbal müjdəsini verirdi. Hələ bu qapıdan çıxacaq Raya xanım da, ingilis miralayı Tiq-Çonsona nişanlandığı üçün menşevik və eser rəhbərlərinə daha böyük ümidlər verirdi. Bu intizar, ingilislərə daha yaxın sayılan və ingilisləri Bakıya dəvət üçün bir neçə dəfə Həmədan, Rəşt və Ənzəli şəhərlərinə səfər edən erməni milli soveti üzvü, «cənab» doktor Araratyan gəlincəyə qədər davam etdi.

Rəhbərlər o qədər də darıxmırdı. Çünki fikir qarışıqlığı bir tərəfdən, xanımların ziyarətindən gözlənən istiqbal nəşələri digər tərəfdən intizarın ağırlığını unutdururdu.

Hər kəs xanımlara necə yanaşacağını düşünür, fikrindəkini əlində, qədəmlərində, gözlərində və çöhrəsində nümayiş etdirirdi.

«Metropol»un balkonu, böyük bir teatrda pərdə dalısındakı vəziyyəti andırırdı. Bu siyasi aktyorlar sanki rollarına hazırlaşırdılar.

Araratyanın qızı Ester xanım gələn kimi intizar yox oldu. Vəziyyət dəyişdi, Esterin brilyant üzüklü barmağı xanımların qapısındakı çıngırağa toxunduqda balkondakıların qəlbi də çırpınmağa başladı.

Bir azdan sonra xanımların qapısından bir qadın başı göründü, «rəhbərlər» isə qapıda birinci sıranı işğal etmək üçün biri digərini itələyib irəli yüyürdü, ağ yaxalı boyunlar qeyri-təbii olaraq qapıya tərəf uzandı və yenə də geriyə çəkildi, çünki qapıda görünən qadın, intizarı çəkilən xanımlardan deyil, xidmətçi qadınlardan biri idi. Xidmətçi qadın Ester xanımı içəri buraxdıqdan sonra qapını yenə qapadı.

Balkondakı intizar davam edirdi. Lakin indi söhbətlər pıçıltı şəklindən çıxaraq, adi bir hal almışdı.

Söhbətlərin məzmunu da dəyişdi. Balkondakılardan biri:

– Heç şübhə yoxdur ki, – dedi, – onlar Bakıya gələcəklər. Gəlmək xəyalları olmasaydı, öz ailələrini buraya göndərməzdilər.

Araratyan bunu təsdiq etdi:

– Mən ingilisləri elə bil ki, bu saat Bakıda görürəm. General mənə «sən öləsən» deyibdir. Mən onun dostluğuna da inanıram. O, mədəni və alicənab bir zatdır. O, əbəs yerə mənə and içməz.

Ayollo:

– Belədir ki, var, – dedi, – ingilis şərəfinə şübhə etməyin özü şərəfsizlikdir. Hərgah ingilis generalı bir dəfə «gələcəyik» demişsə, ona inanmamağa haqqımız nədir. İndi biz xanımların ruhunu oxşamağa, özümüzü bolşeviklərə nisbətən mədəni tanıtmağa çalışmalıyıq. Onları hazırkı mühitlə lazımi qədər tanış etməliyik və göstərməliyik ki, kütlə bizim tərəfimizdədir. Bütün bu işlər, ingilislərin Bakıya gəlməsini yaxınlaşdırar.

Bu sözdən sonra Velonts:

– Belədir ki, var! – dedi. – Bolşeviklərin nüfuzdan düşdüyünü, hazırkı hökumətin süqut ərəfəsində durduğunu, Bakı işçilərinin bizim tərəfimizdə olduğunu gənc xanımlara bildirməli, bunu da həyatda isbata çalışmalıyıq.

Biz onların ruhunu oxşamağa müvəffəq olduqda, onlar da Ənzəliyə müsbət məzmunlu məktublar göndərərlər.

Möhtərəm xanımlar istəsə, onlar ingilislərin Bakıya gəlmək maraqlarını daha da artıq alovlandıra bilərlər.

Velonts sözünü bitirdikdə, İvanov heç kəsə macal verməyərək:

– Biz, xanımlara bildirməliyik ki, hərbi donanma mədəni və qüvvətli bir hökumət tələb edir, – dedi.

Xanımların qapısı ikinci dəfə açılarkən həyəcan təzələndi, yenə söhbətlər dəyişdi.

Xidmətçi qadın başını qapıdan dışarı uzadıb:

– Xanımlar ağaların beş dəqiqə gözləmələrini rica etdi, – dedikdə sanki bu səs, saatlardan bəri intizar çəkməkdə olan rəhbərlərə özlərinin ingilislər himayəsi altında qurmaq istədikləri hökumətin deklarasiyasını oxudu.

İndi, artıq rəhbərlərin hərəsi bir cür vəziyyət almağa başlamışdı.

Sadovski bığ fırçasını jiletinin cibindən çıxarıb bığında cərgəsindən ayrılıb nizamsız duran tükləri sahmana salırdı.

Elçiyan qoltuq cibindən «iynə qabı» şəklində uzun bir ətir çıxarıb bığlarını və əllərini ətirlədi.

Ayollo nə iş üçün isə dalan tərəfə yüyürürdü. İvanov isə üstünə qonmuş tozu çırtmıx ilə vurub təmizləyirdi.

Ümumiyyətlə, balkonda duranlar saatı gözdən keçirməkdə və beş dəqiqəlik müddətin bitib-bitmədiyini yoxlamaqda idilər.

Qapı açıldı, ağ ipəklərə bürünmüş xanımlar otaqlardan dışarı çıxdı. Britaniya imperializminin ağ yaxalı və qara məqsədli lakeyləri «Metropol»un həqiqi lakeylərinə macal vermədən başlarını əyib xanımları salamladılar.

Doktor Araratyan ingilisləri Bakıya dəvət işində birinci rol oynadığı, hətta xanımlarla yol yoldaşlığında olduğundan onlara lələ olmaq vəzifəsini də öhdəsinə alaraq, əvvəlcə:

– Qızlarımın kefi necədir? – deyə yaltaqlandı.

Sadovski Leyla xanımın, İvanov Rayanın qoluna girdi. Hamazasb hazır olmadığından miralay Avetisov onun nişanlısı Esterin qolundan tutaraq salona doğru irəliləməyə başladılar.

Ayollo dəstədən ayrıldı və salondakılara xanımların gəlməsini xəbər vermək üçün yüyürdü.

Xanımlar salona daxil olarkən Slavinskinin rəhbərliyi altında simfonik orkestr Britaniya marşını çalmağa başladı.

Ziyafətin yemək işlərini Bakı burjuaziyasından olan, «restoran kralı» ləqəbini almış İvan İvaniç idarə edirdi.

Hər kəs ayaq üstə durmuşdu, çünki xanımlar salonu və salondakıları gözdən keçirdiyi üçün nə özləri oturur, nə də «ağalar»a oturmaq icazəsi verirdi.

Stolların bir tərəfində İvan İvaniçin lakeyləri, digər tərəfində isə ingilis kralı beşinci Georginin səmimi və sadiq lakeyləri durmuşdular.

Milli marş bitdi, doktor Araratyan irəli keçərək, əvvəlcə xanımları ölkənin silah daşıyan «rəhbərləri» ilə tanış etdi və:

– Bu cənab, baş komandan Dukaçiyevdir, – dedi, – çar ordusunun məşhur generallarından və vaxtı ilə Tarabzon üzərinə yürüş etmiş çar ordusunun cəsarətli komandanlarından birisidir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XXI. Esterin romanı

Doktor Araratyan ingilisləri istiqbal etdikdən sonra düz evinə qayıtdı. Ona nəştər vursaydın qanı çıxmazdı. Çünki ingilislərin Bakıya dəyərli bir qüvvə gətirməməsi üzündən bir çoxları onu hələ körpüdə ikən məzəmmət etməyə başlamışdı.Araratyan bir kərə Həmədana, ikinci dəfə Ənzəliyə gedərək ingilisləri Bakıya gətirmək üçün apardığı müzakirənin müvəffəqiyyətsizliyi ilə daşnaq və onlarla əməkdaşlıq edən menşeviklərin nifrətinə səbəb olmuş və tənqid edilmişdi. Buna görə də, doktor Araratyan üçüncü dəfə İrana getməyi və ingilis generalı Denster-Vil ilə danışmağı qət etmişdi. O, pilləkənləri yuxarı çıxaraq, zəngi basdı. Xidmətçi qapını açan kimi doktor bir dəstə kağız pul verərək xidmətçiyə dedi:

33 мин
XXII. Generalın yanında

Doktor Araratyan qızı Esterlə bərabər Ənzəlidə quruya çıxarkən, 39-cu ingilis briqadasının kiçik bir hissəsi də Bakıya göndərilmək üçün gəmilərə otururdu.Araratyan yeni toplar və yeni zirehli avtomobillərin Bakıya göndərildiyini gördükdən sonra cibindən yazılı bir kağız çıxarıb çırdı. Bu kağız Araratyanın generala deyəcəyi sözlərin müxtəsər konspekti idi. Araratyan Bakıya göndərilən hərbi ləvazimatı gördükdə, öz-özünə:

20 мин
XXIII. Yeni hökumətin siması

«Müfəssəl deklarasiya dinləmək üçün vaxt olduqca azdır. Birləşmiş iclas Bakını müdafiə tədbirlərinin müzakirəsinə həsr edilməlidir.Tiq-Çonson

3 мин
XXIV. Esterin həbs edilməsi

Bolşeviklərin həbsə alınması və onların əmlakının və hərbi ləvazimatın müsadirə edilməsinə dair çıxarılan qərar Esterə olduqca ağır təsir bağışladı. Esterin zənnincə bütün bolşevik işçilər həbsə alınacaq və edam ediləcəkdi. O, bolşeviklərə məhəbbət bəsləyir və onların hökumət başından çəkilməsinə çox kədərlənirdi. Esterin bolşeviklərə bəslədiyi hüsn-rəğbətdə, Vahanla olan səmimi əlaqəsi də mühüm rol oynamaqda idi.O, daima qəlbində «Bolşeviklər yaxşı və xalqın qeydinə qalıcı adamlar olmasaydı, Vahan onlara qoşulmazdı» deyə düşünürdü.

5 мин

Стихи других поэтов